Peterhof Dövlət Muzey-Qoruğu () dövlət federal büdcəsindən maliyyələşən mədəni kompleksdir. Kompleksə Fin körfəzinin cənubunda yerləşən görməli yerlər daxildir.

Təsvir İlkin olaraq "Peterhof" Dövlət Muzey-Qoruğu (DMQ) Peterhof saray-park kompleksinin idarə olunması məqsədi ilə yaradılmışdır. XX əsr ərzində, Peterhofda yerləşən Aleksandriya saray-park kompleksi və Kolonist parkı, Strelnada yerləşən I Pyotr sarayı və Konstantin sarayı, həmçinin "İmperator yaxtaları", "Benua ailəsi" və "Velosiperlər" muzeyləri də "Peterhof" DMQ-nun tabeliyinə verilmişdir. 2007-ci ildə "Oranienbaum" DMQ-nun likvidasiyasından sonra Lomonosov ərazisində yerləşən Oranienbaum saray-park kompleksi də "Peterhof" DMQ-nun tərkibinə verilmişdir.

Hər il "Peterhof" DMQ 4 milyondan çox insan tərəfindən ziyarət olunur. 1 mart-15 aprel tarixləri arasında isə kompleks ziyarətə qapalı olur.

Tarixi 19 may 1918 – Peterhof saray-park kopleksinin idarə olunması üçün Sovet Rusiyası rəhbərliyi tərəfindən "Peterhof" DMQ təsis edilmişdir. sentyabr 1941 – yanvar, 1944 – "Peterhof" DMQ almanların işğalı altında olmuşdur. Həmin müddət ərzində kompleksə daxil olan saraylar qarət edilmiş, dağıdılmış və yandırılmış, heykəllər dağıdılmış, ağaclar məhv edilmiş, fontanlar sıradan çıxarılmış, muzeylər qarət olunmuşdur. sentyabr 1944 – 1947 – Peterhof saray-park kompleksinin bərpa olunması üçün əsasə restavrasiya işləri aparılmışdır. 1999-cu il – restavrasiya işlərindən sonra I Pyotrun sarayı ziyarətçilərin üzünə açılmışdır. 2003-cü il – restavrasiya işlərindən sonra Konstantin sarayı ziyarətçilərin üzünə açılmışdır. 2007-ci il – "Oranienbaum" DMQ "Peterhof" DMQ-nun tərkibinə daxil edilmişdir. 12 iyun 2008-ci il – "Rusiyanın Yeddi Möcüzəsi" müsabiqəsinin qalibləri elan edilmiş və Peterhof saray-park kompleksi də qaliblər sırasına daxil olmuşdur. noyabr 2008 – "Peterhof" DMQ-na daxil olan obyektlər "Magistral" mühafizə qurumunun nəzarətinə verilmişdir.

Direksiya "Peterhof" DMQ-nun direksiyası Razvodnaya küçəsi, Peterhof ünvanında yerləşir. Direktor: Kalnitskaya Yelena Yakovlevna. Muzey-qoruq Rusiya Fedreasiyası Mədəniyyət və Kütləvi Kommunikasiya Nazirliyinə tabedir.

İstinadlar

Xarici keçidlər Muzeyin rəsmi saytı Peterhof muzeyi və şəhəri haqqında qeyri-rəsmi sayt

Kateqoriya:Peterhof (saray-park kompleksi) Kateqoriya:Sankt-Peterburqun görməli yerləri Kateqoriya:Rusiya muzeyləri Kateqoriya:1918-ci ildə yarananlar Kateqoriya:Əlifba sırasına görə muzeylər Kateqoriya:Sankt-Peterburq muzeyləri