İkinci Dünya müharibəsində Sakit okean cəbhəsi (; ) — Sakit okean cəbhəsi (bəzən Asiya-Sakit okean cəbhəsi adlandırılır),Williamson Murray, Allan R. Millett A War to be Won: Fighting the Second World War , Harvard University Press, 2001, p. 143 İkinci Dünya müharibəsi illərində Sakit okeanda və Şərqi Asiyada baş vermişdir. Sakit okean və adaları, Sakit okeanın cənub-qərbi, Cənub-Şərqi Asiya və Çin kimi əraziləri əhatə etmişdir (1945-ci il Sovet-yapon münaqişəsi daxil olmaqla).
Əsasən, Sakit okean cəbhəsində hərbi əməliyyatlar, 1941-ci il 7–8 dekabr tarixində Yaponiyanın Tailandı işğalı və Britaniya müstəmləkələri olan Malayya, Sinqapur və Honkonqa, eləcə də ABŞ-nin Havay adasında dislokasiya edilmiş Pörl Harbor hərbi bazasına, Ueyk adası, Quam və Filippinə hücumu ilə başlanmışdır. Bəzi tarixçilər, Asiyada münaqişəni 1937-ci il 7 iyul tarixində Yaponiya imperiyası və Çin Respublikası arasında baş vermiş İkinci çin–yapon müharibəsinin başlanğıcından və ya 1931-ci ilin 19 sentyabrında Mancuriyanın Yaponiya tərəfindən işğalı tarixindən götürürlər.Roy M. MacLeod, Science and the Pacific War: Science and Survival in the Pacific, 1939–1945 , Kluwer Academic Publishing, p. 1, 1999 Əsas etibarilə, Sakit okean cəbhəsində hərbi əməliyyatlar 1941-ci ilin dekabr ayının əvvəllərində başlamışdır (İkinci çin–yapon müharibəsi daxil olmaqla).
Sakit okean cəbhəsində hadisələr, antihitler koalisiyasının Yaponiyaya qarşı döyüşləri ilə cərəyan etmişdir. Yaponiyanın müttəfiqi kimi Tailand böyük rol göstərsə də, əsas müttəfiqləri olan Almaniya və İtaliya hərbi yardım edə bilməmişdir. Məhz, İkinci Dünya müharibəsi bu regionda ABŞ Hərbi Hava Qüvvələri tərəfindən Xirosima və Naqasaki şəhərlərinə atom bombası atılması, 1945-ci ilin 8 avqustunda Mancuriyanın Sovet ordusu tərəfindən işğalı və Yaponiyanın 1945-ci il 15 avqust tarixində təslim olması ilə bitmişdir. Yaponiyanın rəsmi formada təslim olması, 1945-ci il 2 sentyabr tarixində Missuri xətt gəmisində baş vermişdir. Bu məğlubiyyətdən sonra, Yaponiya imperatorunun bir sıra səlahiyyətləri əlindən alındı, çünki antihitler koalisiyası ölkələri Yaponiyanın müharibəyə başlamasında əsas siyasi səbəb kimi hərbi aqressiyanı görürdülər və tezliklə Yaponiyanın yeni liberal-demokratik konstitusiyası qəbul edildi.
Sakit okean cəbhəsindəki müharibəyə verilən adlar Müharibə ərzində antihitler koalisiyası ölkələrində "Sakit okean cəbhəsi" əsasən, İkinci Dünya müharibəsindən ayrılmırdı və ya sadəcə Yaponiya əleyhinə müharibə kimi bilinirdi. Birləşmiş Ştatlarda Sakit okean cəbhəsi ifadəsi geniş istifadə edilirdi, baxmayaraq ki, əslində cənub-qərbi Sakit okean cəbhəsini (General Duqlas Makarturun rəhbərliyi altında), Çin-Birma-Hindistan cəbhəsi və ya Cənub-Şərqi Asiya cəbhəsini əhatə etmirdi. Halbuki, ABŞ-nin Sakit okean donanmasının aviadaşıyıcıları 1945-ci ilin əvvəllərində Vyetnamda — Xayfon, Kamran körfəzində və Sayqonda irimiqyaslı hava reydləri etmişdilər.
Yaponiya, 1941-ci il 10 dekabr tarixində müttəfiqlərlə və Çində davam edən müharibə ilə əlaqədar Böyük Şərqi Asiya Müharibəsi (大東亜戦争 Dai Tō-A Sensō) ifadəsindən istifadə edirdi. Bu ifadə, 12 dekabrda ictimaiyyətə bildirilmişdi və bu ifadənin belə səsləndirilməsi onunla izah edilmişdir ki, buraya Böyük Şərqi Asiya ortaq rifahı sahəsinin hərbi qüvvələri vasitəsilə, qərb qüvvələrindən öz azadlığına nail olmuş Asiya xalqları daxildir. Yapon rəsmiləri, Yapon-Çin münaqişəsini (日支事変 Nisshi Jihen) Böyük Şərqi Asiya müharibəsinə aid edirdilər.
Yaponiyanın Amerikan işğalı ərzində (1945–1952), bu yapon ifadələri rəsmi sənədlərdə qadağan edilmişdi, baxmayaraq ki, formal olaraq istifadə davam edirdi və regiondakı müharibə rəsmən Sakit okean cəbhəsi (太平洋戦争 Taiheiyō Sensō) kimi tanındı. Yaponiyada həmçinin 1931-ci ildə baş vermiş Mukden hadisəsindən 1945-ci ilə qədər dövrü əhatə edən 15 illik müharibə kimi də qeyd edilirdi.
İştirakçılar 200px|thumbnail|right|Generalissimus Çan Kayşi, Çinin Ali Baş Komandanı (1942–1945) İkinci Dünya müharibəsində 1941-ci ildəki Tailand ilə Yaponiya arasında razılaşdırılmış hərbi ittifaq, artıq Cənubi Tailandın işğalını həyata keçirmişdi. Phayap ordusu, Britaniya ordusunun nəzarətində olan, keçmiş Tailand ərazisi hesab edilən şimal-şərqi Birmanı işğal etdi. Həmçinin yaponlar, Mançjou-qo və Mençzyan kukla dövlətlərini (Mancuriyanın və Monqolustanın ərazilərinin çox hissəsini əhatə edirdi) və kollaborasionist Vanq Cinqvey rejimini (Çinin ərazilərindən ibarət idi) qurmuşdular.
ABŞ-nin rəsmi siyasəti o idi ki, Tailand düşmən tərəfdə olmasın və bununla da, Birləşmiş Ştatlar Tailandla müharibə etmədi. ABŞ federal hökumətinin Tailandla müqavilə bağlamaq istəməsi bu ölkənin Yaponiya tərəfindən işğal edilməmişdən öncə, yaponların xeyli təhdidinə məruz qalmasına səbəb oldu. Tailand, Birləşmiş Ştatlar ilə digər işğala məruz qalmış Belçika, Çexoslovakiya, Danimarka, Yunanıstan, Norveç, Polşa və Hollandiya ölkələri kimi müqavilə bağladı. 300px|thumbnail|left|Asiya-Sakit okean regionunun siyasi xəritəsi, 1939-cu il Yaponiya öz müstəmləkələri olan Koreya və Formosadan (Tayvan) çoxlu əsgərlər toplamışdı. Vişi Fransası, Hind Milli Ordusu və Birma Milli Ordusu qüvvələri Sakit okean cəbhəsində fəal olmuşdular. Honkonq, Filippin, Hollandiya Qvineyası, Britaniya Malayyası, Monqolustan və keçmiş Fransa Hind-Çinindən (Vişi Fransası hökumətinin nəzarətinə keçəndən sonra) və Timordan kollaborasionist birliklər Yaponiya İmperiya Quru Qoşunlarında xidmət etmişdilər.
Almaniya və İtaliya demək olar ki, Sakit okean cəbhəsində iştirak etmirdi, lakin alman və italyan donanmasına məxsus sualtı qayıqlar və bir sıra gəmilər Hind və Sakit okeanlarına nəzarət edirdi. İtalyanların Çindəki güzəşt edilmiş ərazilərdə dəniz bazaları var idi, lakin almanların heç bir bazası yox idi. Yaponların Pörl Harbora hücumundan və dövlətlərin bir-birilərinə müharibə elan etmələrindən sonra, bu hərbi bazalar yapon donanmasına keçdi.
Antihitler koalisiyasının tərəfində ABŞ, Çin, Böyük Britaniya (Britaniya Hindistanı, Fici, Samoa və s. ölkələrin hərbi qüvvələri daxil olmaqla), Avstraliya, Filippin, Hollandiya (Hollandiya Ost-Hindi və Yeni Qvineyanın qərb hissəsinin sahibi kimi), Yeni Zelandiya, Kanada və Sakit okean cəbhəsi Şurasının bütün üzv dövlətləri iştirak edirdi. Meksika, Azad Fransa və digər ölkələr, xüsusilə də Britaniya müstəmləkələrindən qüvvələr də iştirak etmişdi.
SSRİ və Yaponiya arasında 2 qısa elan edilməmiş sərhəd münaqişələri 1938–1939-cu illərdə baş vermiş, sonra isə vəziyyət 1945-ci ilin avqustuna qədər stabil qalmışdı. 1945-ci ilin avqustundan isə sovet ordusu Mançjou-qonu, Çini, Daxili Monqolustan Muxtar Rayonunu, Yaponiya protektoratı Koreyanı və Saxalin adalarını tutdu.
Əhatə etdiyi ərazilər 200px|thumbnail|right|Generalissimus Çan Kayşi və antihitler koalisiyası ordusunun Ali Baş Komandanı Jozef Stiluell, Çin (1942–1945) 1942–1945-ci illərdə Sakit okean cəbhəsində 4 əsas ərazi var idi: Çin, Sakit okeanın mərkəzi, Cənub-Şərqi Asiya və Sakit okeanın cənub-qərb hissəsi. ABŞ mənbələri Sakit okean cəbhəsi ilə bağlı, 2 ərazini irəli sürür: Sakit okean və Çin-Birma-Hindistan əraziləri. Sakit okeanda antihitler koalisiyası öz qüvvələrini 2 ərazidə bölüşdürmüşdü: Sakit okean və onun cənub-qərb hissəsi. 1945-ci ildə — Yaponiyanın təslim olmasından əvvəlki dövrdə, SSRİ və Monqolustan yaponlara qarşı Mancuriyada və şimal-şərqi Çində mübarizə aparmışdı.
Çin və Yaponiya arasında münaqişə
thumbnail|left|Sakit okean cəbhəsi Şurasına üzv ölkələrin dövlət başçıları, 12 oktyabr 1942-ci il 200px|thumbnail|Çan Kayşi 1937-ci ildən Yaponiya Mancuriyaya nəzarət edirdi və Çinin içərilərinə doğru hərəkət etməyə hazır idi. 1937-ci ilin 7 iyulunda baş vermiş Marko Polo körpüsündəki hadisə, Çin və Yaponiya arasında irimiqyaslı müharibəyə səbəb oldu. Homindançı və kommunist çinlilər vətəndaş müharibəsini dayandırdılar və yapon işğalına qarşı vahid cəbhədə birləşdilər. SSRİ, bu müharibədə Çin qüvvələrinə hərbi yardım etmişdi. Yaponlar Şanxay, Nankin və Uxanda mühüm hərbi qələbələr qazandı, lakin dünya ölkələri, əsas da ABŞ xüsusilə Panay hadisəsinə görə Yaponiyanın təcavüzkar siyasətini pislədi.
1939-cu ildə yaponlar, SSRİ-ni Uzaq Şərqdən, xüsusilə də Mancuriyadan çıxarmağa çalışırdılar. Onlar, marşal Georgi Jukovun rəhbərliyi altındakı sovet və monqol hərbi qüvvələri tərəfindən Xalxin–Qol döyüşündə məğlub edildilər. Bu şimala olan yapon hücumunu və SSRİ-nin Almaniyaya qarşı müharibənin əvvəlində sovet–yapon bitərəflik paktının imzalanmasının nəticəsi kimi Çinə edilən yardımını dayandırdı.Edward J. Drea, Nomonhan: Japanese-Soviet Tactical Combat, 1939 (2005)
1940-cı ilin sentyabrında Yaponiya Vişi Fransası tərəfindən nəzarət edilən Hind-Çin istiqamətindən Çinin əsas ərazilərini tutaraq, onun dünya ilə əlaqəsini kəsdi. Yaponlar, Vişi hökuməti ilə olan sazişlərini pozdular və öz məqsədlərinə çatdılar. 27 sentyabrda Yaponiya, Almaniya və İtaliya ilə hərbi müttəfiqlik barədə müqavilə imzaladı. ABŞ, Yaponiya və Almaniya arasında olmuş gizli diplomatik yazışmanı bilənə, yəni 1944-cü ilə qədər bu ölkələrin az olsa da, əlaqələri var idi.Boyd, Carl. Hitler's Japanese confidant: General Ōshima Hiroshi and MAGIC intelligence, 1941–1945 (1993)
1941-ci ildən münaqişə zəifləmişdi. Baxmayaraq ki, Yaponiya Çinin şimal, mərkəzi və sahilyanı ərazilərinin çox hissəsini işğal etmişdi, lakin Homindan hökuməti Çinin içərilərinə doğru geri çəkilmişdi. Eyni zamanda, Çinin şimal və mərkəzi hissələrinin yaponlar tərəfindən nəzarət olunması bir az seyrək idi, belə ki Yaponiya adətən dəmiryollarına və əsas şəhərlərə nəzarət edirdi, lakin geniş Çin vilayətlərində əsas hərbi və inzibati idarələr yox idi. Yaponlar, cənub-qərbi Çində dağlara çəkilən Çin ordusuna və kommunist çinlilərin şimali və şərqi Çində formalaşdırdığı partizan hərəkatına qarşı mübarizə aparırdılar.
Yaponiya, bir neçə kukla dövlətlər qurmuşdu və bunlardan biri də Vanq Cinqveyin rəhbərlik etdiyi hökumət idi. Halbuki, Çin əhalisinə qarşı zalım siyasətləri bu hökumətlərə hər hansı real güc gətirmədi və bir neçə rəqib hökumətlər Çan Kayşinin rəhbərliyi ilə Homindan hökuməti tərəfindən məğlub edildi. Çinli kommunist və homindançı hərbi qüvvələrin düşmən xəttləri arxasında ərazi nəzarəti üçün mübarizələri, 1941-ci ilin yanvarında mühüm hərbi toqquşma ilə əməkdaşlıqlarının bitməsinə səbəb oldu. 200px|thumbnail|Chongqing şəhəri bombalandıqdan sonra, iyun 1941-ci il Yaponlar Şanxay, Uxan və Chongqing kimi Çin şəhərlərini bombalamış və 1938-ci ilin fevralından 1943-cü ilin avqustuna qədər 5000-ə yaxın hava reydləri həyata keçirmişdilər. Yaponiyanın intensiv olaraq Çin şəhərlərini bombalaması 260.000–350.934 nəfər dinc insanın ölümünə səbəb olmuşdu.Lind Jennifer M. (2010). "Sorry States: Apologies in International Politics ". Cornell University Press, p.28. ISBN 0-8014-7628-3
Yaponiya və Qərb arasında gərginliklər 1935-ci ilin əvvəllərindən Yaponiya hərbi dairələri, Hollandiyanın müstəmləkəsi olan Hollandiya Ost-Hindini tutmağı qərara almışdı, səbəbi isə buranın neft resurslarının Yaponiya üçün əhəmiyyətli olması idi. 1940-cı ildə onlar Böyük Şərqi Asiya ortaq rifah sahəsi adlı konsepsiyalarına Hollandiya Ost-Hindi, Malayya və Filippin kimi əraziləri daxil etdilər. Yaponlar Haynan, Tayvan və Xayfon kimi ərazilərdə möhkəmlənir və Yaponiya İmperiya Quru Qoşunlarının zabitləri qaçılmaz müharibə haqqında danışırdılar. Xüsusilə də, Admiral Sankiçi Takahaşi ABŞ ilə üz-üzə qaldıqlarını bildirirdi.