300px|thumbnail|right|2002-ci il Paris gey praydında Fransadakı erməni LGBT təşkilatı olan "AGLA" (Association des Gays et Lesbiens Arméniens de France) üzvünün Ermənistan homoseksuallarına dəstək olaraq qaldırdığı plakatlar. Ermənistanda LGBT tarixi — müxtəlif dövrlərdə erməni cəmiyyətində homoseksuallıqla bağlı məlumatları əhatə edir.Ermənistan Respublikasının qurulmasından sonra konstitusiyanın homoseksualizm əleyhinə 116-cı maddə nəzərdə tutulmuşdu. 2003-cü ildə homoseksuallığı qadağan edən qanun Robert Koçaryan tərəfindən Cinayət Məcəlləsindən çıxarılmışdır.

Qədim dövr İkiçayarası xalqlarının ən qədim nəsr nümunələrindən olan Gilqameş dastanında xalq qəhrəmanı Gilqameşla güclü döyüşçü Enkidu arasındakı əfsanəvi məhəbbətdən söz açılır.Bruce L. Gerig — David & Jonathan and the Epic of Gilgamesh , Homosexuality and The Bible, epistle.us, İstifadə tarixi: 21 aprel 2015Kyle Bogdan — Homosexuality Between Gilgamesh and Enkidu Essay , 9/11/12, İstifadə tarixi: 21 aprel 2015 Sevgilisi Enkidunun ölümü bu cür təsvir edilir: "Gilqamış özünü yerə çırpır, paltarlarını cırır, saçlarını yolur".Bilqamıs dastanı, tərc. ed. İ. Vəliyev ; red. A. Quliyev, Bakı, Gənclik, 1985, səh. 47 Bu dastan bir müddət sonra Mesopotamiya taryfalarının ünsiyyətdə olduğu bütün yaxın ərazilərdə sürətlə yayılmış və şöhrət qazanmışChris Park — Thoughts on Gilgamesh and Enkidu , 8 February 2012, İstifadə tarixi: 21 aprel 2015Remzi Altunpolat — Saklananlar ve Söylenenler: Türk Romanında LGBT Kimliklerin Yol İzleri , 17 Aralık 2013, kaosgl.com, İstifadə tarixi: 21 aprel 2015, həmçinin Erməni ədəbiyyatına da təsir göstərmişdir.A. Y. Petrosyan — The IndoEuropean and Ancient Near Eastern Sources of the Armenian Epic. Journal of Indo-European Studies Monograph No 42. Washington D.C. Institute for the Study of Man, 2002, pg. 23–25БАНДАК ЕАНЕС ЯКОБОЕИЧ — МИФЫ В СОВРЕМЕННОЙ АРМЯНСКОЙ И СИРИЙСКОЙ АРАБСКОЙ ДРАМАТУРГИИ, Ереван, 1993, стр. 58–63

E.ə IV əsrdə Makedoniyalı İsgəndərin geniş Əhəməni torpaqlarını da imperiyasının tərkibinə qatması bu ərazilərdə yeni mədəniyyətin yayılması ilə müşahidə edilir.Whether Alexander the Great was Greek or just loved things Greek is not important. What is important is that he spread Greek ideas throughout the world in what is known as the Hellenistic Period and was perhaps the most important single person in western civilization with the possible exception of Jesus Christ. , ahistoryofgreece.com, İstifadə tarixi: 22 aprel 2015 Böyük İsgəndərin yürüşləri nəticəsində yayılan Ellinizm mədəniyyəti, Qədim Yunanıstan mədəniyyətindən gələnHerodotus Histories 1.135 Xenophon, Memorabilia 2.6.28, Symposium 8Athenaeus, Deipnosophistae 13:601–606 homoseksual münasibətlərin təbliği və yayılmasında ciddi rol oynamışdır.Oxford Classical Dictionary entry on homosexuality, pp.720–723; entry by David M. Halperin.Rictor Norton, Critical Censorship of Gay Literature Romanın Ermənistana yürüşləri və bu ərazini əsarəti altına alması, imperator Adrianın (117–138) öz həmcinsiylə təntənəli şəkildə evləndiyi dövrə təsadüf edir.Arifa Akbar — Hadrian the gay emperor , The Independent, 11 January 2008, İstifadə tarixi: 22 aprel 2015

B.e. III əsrindən etibarən Ermənistanda Maniçilik yayılmağa başlayır və sonradan manixeylər cinsi nizamsızlıq və homoseksuallıqda günahlandırılırlar.Армения. Между арабами и Византией , world-history.ru, İstifadə tarixi: 10 may 2015

Orta əsrlər VIII əsrdən Ermənistanın Ərəb Xilafətinin tərkibinə daxil olur. İslam dini eynicinsli əlaqələri birmənalı olaraq qadağan etsə də, hakim dairələrdə və saraylara bu cür əlaqələrin gizli olaraq davam etdirilməsi haqqında bəzi məlumatlar dövrümüzə çatmışdır. Dövrün məşhur tarixçisi İsgəndər böyük oğlu üçün yazdığı "Şahzadələr üçün güzgü" əsərində "qadın və ya gənc oğlan olsun, fərqi yoxdur, həzz almağından qalma. Qışda oğlanlarla, yayda isə qadınlarla vaxtını keçir" deyirdi.Eşcinselliğin Toplumsal Tarihi" – Halit Erdem Oksaçan, İstanbul, 2012, səh. 148

I Şah Abbasın 1599–1601-ci illərdə Böyük Moskva knyazlığı və Avropa ölkələrinə göndərdiyi diplomatik nümayəndə heyətinin I Katibi olan, Qərbdə Don Juan de Persiya adıyla tanınan Oruc bəy Bayat 1604-cü ildə İspaniyada nəşr etdirdiyi xatirələrində yazır: "Əlbəttə çoxları kimi durub hamambaşı fars Aləmdarın yanına gedə, bir abbasıya erməni, rumlu oğlanlarla nəfsimi öldürə, ya da Culfa adlanan erməni məhəlləsində Maronun say- seçmə qızlarıyala şərab içib gecəyarıyacan hər şey unuda bilərdim"Don Juan of Persia, a Shiah catolic, 1560–1604, edited by Sir E. Denison Ross and Eillen Power, London, 1926, səh. 198

Yeni dövr

Çar Rusiyası dövründə Romanovların hakimiyyətdə olduğu Çar Rusiyasında orta əsrlərdən bəri gizli həyat keçirən homoseksuallar, kilsənin də gücünün zəifləməsindən istifadə edərək fəallaşmağa başlamışdılar. Hələ I Pyotrun hakimiyyəti zamanında, 1716-cı ildə çarlıqda ilk dəfə homoseksuallıqla bağlı qanun imzalamışdı. Qanuna görə, orduda homoseksuallıq qadağan edilirdi.

Ermənistan SSR 1920–1991-ci illərdə Ermənistan SSRİ-nin tərkbində olub. Lenin I Nikolayın 1832-ci ildə imzaladığı homoseksuallığı qadağan edən qanununu ləğv etdi. Lenin ölümündən sonra hakimiyyətə gələn Stalin 1934-cü ildə bütün SSRİ-də kişilər arasında homoseksuallığı qadağan etdi. Sovet Cəza Qanununun 121-ci maddəsində homoseksuallıq (sodomçuluq) dövlətə qarşı edilən cinayət hesab edilir, 5 il həbs cəzası və həmin müddətdə ağır şərtlərdə icbari əməklə cəzalandırılırdı. Sosialistlər bunu Qərbin, kapitalizmin əməli olduğunu bildirirdilər. Avropada və Amerikada 1968-ci ildən fəallaşmağa başlayan homoseksual birliklər və kiçik lobbilər SSRİ-dəki insan hüquqlarıyla bağlı problemləri də dünya mediasında işıqlandırmağa başladılar.Resource Information Center about Soviet and Russia , Official Website of the US Department of Homeland Security, İstifadə tarixi: 29 aprel 2015

Müasir dövr

200px|thumbnail|left|2004-cü il Marsel gey praydında Fransadakı erməni LGBT təşkilatı olan "AGLA" (Association des Gays et Lesbiens Arméniens de France) üzvünün Ermənistan homoseksuallarına dəstək olaraq qaldırdığı, azad sevgi tələb edən ingiliscə və ermənicə plakat. Ermənistan Respublikasının qurulmasından sonra konstitusiyanın homoseksualizm əleyhinə 116-cı maddə nəzərdə tutulmuşdu.Армянские геи: долгий путь к свободе , 13.03.2009, İstifadə tarixi: 10 may 2015 2003-ci il, homoseksuallığı qadağan edən qanun Cinayət Məcəlləsindən çıxarıldı

2006-cı ildə Fransadan olan erməni gay cütlük Üçkilsə kafedralında nikah mərasimi həyata keçirmişdir. "168 Zham" (168 Saat) qəzetinin bu haqqda məlumat yayması ölkədə qalmaqala səbəb olmuşdur.

2007-ci ildə Ermənistanda cinsi oriyentasiyaya görə diskriminasiya ilə mübarizə üçün nəzərdə tutulmuş və LGBT insanlarının hüquqları üçün mübarizə aparan "Pink Armenia" adlı QHT-nın əsası qoyulmuşdur.

8 may 2012-ci ildə İrəvanda LGBT insanlarının toplaşdığı "DIY" adlı bara terror hücumu təşkil edilmiş və aktivist Marina Burutyan bu hadisənin arxasında Daşnaksutyun partiyasının dayandığını açıqlayaraq "erməni millətçilərinin homofobik mövqedə durduqları"nı bildirmişdir.Марина Брутян: Армянские националисты оправдывают гомофобию , eastbook.eu, 22.05.2012, İstifadə tarixi: 10 may 2015 22 may 2012-ci ildə İrəvanda ilk gey prayd keçirilməsinə cəhd edilmiş, lakin bunun qarşısı alınmışdır. Tədbirin təşkilatçıları əvvəlcə yürüşün başqa məqsəd daşıdığını açıqlasalar da, sonradan yürüş iştirakçılarının səsləndirdikləri şüarlar qalmaqala səbəb olmuş və yürüş yarımçıq dayandırılmışdır.Гей-парад в Ереване. Без комментариев , YouTube, Pravda, istifadə tarixi: 10 may 2015

2013-cü ildə "İctimai informasiya və Bilik ehtiyacı" QHT-nın yaydığı illik hesabatda müasir Ermənistanda LGBT insanlarının acınacaqlı vəziyyəti aşağıdakı fikirlərlə ifadə edilir: "Ermənistanda şəxsi oriyentasiya və gender identikliyi məsələlərinə əsasən mənfi yanaşılır, LGBT hüquq müdafiəçilərinə "xalq düşməni" kimi baxılır, LGBT insanları isə cəmiyyətin düşməni kimi qəbul edilir. Nəticədə ictimai həyatın istənilən sahəsi LGBT insanları üçün diskriminasiya, təhqir və təzyiq yerinə çevrilmişdir. Dövlət rəsmilərinin açıqlamaları isə yalnız LGBT insanlarının hüquqlarının pozulmasının əsaslandırılmasına hədəflənir."Годовой отчет. Ситуация в сфере защиты прав ЛГБТ людей в Армении, 2013 г. , Опубликован в Армении (март, 2014 г.) неправительственной организацией "Общественная информация и нужда знаний".

Qədim dövrlərdə olduğu kimi, müasir erməni cəmiyyətində də güclü mövqeyə və təsir dairəsinə malik olan Erməni Qriqoryan Kilsəsi homoseksualizmə qarşı sərt mövqedə dayanaraq, eynicinsli münasibətləri "xəstəlik" hesab edir, lakin cəmiyyətdə kilsənin bu mövqeyinə qarşı çıxan və mübarizə aparan müxtəlif şəxslər və təşkilarlar mövcuddur.Shushan Harutyunyan — "When the world you lived in doesn’t tolerate you": Armenia’s animosity towards gays , 21 iyul 2007, İstifadə tarixi:10 may 2015

3 dekabr 2013-cü ildə İrəvanda Rusiya əleyhinə keçirilən "#PUTinOUT" etiraz kompaniyası çərçivəsində Ermənistan tarixində ilk dəfə etirazçılar meydana LGBT bayraqları ilə çıxmışlar.Historic first: Armenia activist holds rainbow flag during #PUTinOUT protest action in Yerevan , 3 december 2013, İstifadə tarixi: 10 may 2015 2013-cü ildə Nyu-York Erməni Gey və Lezbiyan Assosasiyasının təşkilatçılığı iləStatement Against Armenian Police Proposal , İstifadə tarixi: 10 may 2015 aralarında musiqiçi Serj Tankyan, şairə Dianna der Hovannisyan, aktrisa və prodüser Arsine Xançiyan və rejissor Atom Eqoyanın da olduğu Erməni diasporunun ən tanınmış nümayəndələri Ermənistan prezidentinə açıq müraciət ünvanlayaraq Ermənistanda LGBT hüquqlarının tanınmasını tələb etmişlər.Prominent Armenians issue statement in support of LGBT human rights (in English and Armenian) , 30 october 2013, İstifadə tarixi: 10 may 2015Letter to Armenian President Regarding Proposal for Anti-LGBT Legislation , Human rights Watch, 18 october 2013, İstifadə tarixi: 10 may 2015

2014-cü ildə erməni trans oğlan T. J. Curiyanın adı illik təşkil edilən və dünyanın yaşayan ən nüfuzlu trans şəxslərinin göstərildiyi "Trans 100" siyahısına daxil edilmişdir.Armenian trans guy T.J. Jourian named in the Trans 100 (2014) , 8 apreil 2014, İstifadə tarixi: 10 may 2015

Erməni mədəniyyətində homoseksualizm 230px|thumbnail|right|Ermənistan və Ukraynanın Xalq Artisti ssenarist və rejissor Sergey Paracanov homoseksual olduğunu gizlətmədiyinə görə 1973-cü ildə həbs edilmiş və nüfuzlu mədəniyyət xadimlərinin etirazından sonra 1977-ci ildə azadlığa buraxılmışdır. Ən qədim dövrlərdən erməni mədəniyyətində fallos kultunun olması haqqında məlumatlar vardır. Belə ki, Qədim Yunanıstan mədəniyyətindəki mimlərdə olduğu kimi, ermənilər arasında geniş yayılmış qusanlar adlandırılan küçə aktyorları da, fallos formal geyimlər geyinirdilər. Lakin bu simvolun Ermənistanda daha qədimlərə gedən tarixi olduğunu iddia etmək üçün əsas vardır. Belə ki, Nərədüz yaxınlığında yerləşən Müqəddəs Minas monastırında, Göyçə gölünün cənubunda, Zəngəzur ərazisindəki Ardzevəng kəndində fallos formalı daş stellalar aşkarlanmışdır. Qars ərazisindəki Sarıqamış kəndi yaxınlığında arxeoloji qazıntılar zamanı isə bürünc fallos fiqurları və bu formalı paltar geyinmiş kişi heykəlcikləri aşkarlanmışdır. Sonrakı dövrdə bu cür təsvirlər erməni miniatür sənətində və digər təsviri sənət sahələrində də meydana çıxır. Belə ki, 1410-cu ilə aid Bibliya əlyazmasında orkestrin müşayiət etdiyi qusan məhz bu cür geyimdə təsvir edilir. Həmçinin Ağdamar kilsəsindəki 915–921-ci illərə aid çılpaq Vəftizçi İohann freskasını və Eçmiədzin İncilində Makar və Markos tərəfindən çəkilmiş Adəm təsvirləri də bu xüsusiyyətinə görə diqqət çəkir.Armenian phallic cult , 31 august 2009, İstifadə: 10 may 2015