Gecə evinə tək qayıdan bir qız (farsca : دختری در شب تنها به خانه میرود Dokhtari dar šab tanhâ be xâne miravad) — İran-Amerikalı kinorejissor Ana Lili Əmirpur tərəfindən 2014-cü ildə çəkilmişdir. İranın ilk "Vampir-Vestern" janrlı filmi hesab edilir. Filmdə hadisələr "Bad City"-də baş verir.

Məzmun İranın "Bad City" qəsəbəsində qəribə hadisələr baş verir. Bu ruhlar qəsəbəsində fahişələr , narkotik maddə istifadəçilər, qadın alverçiləri və bir çox kasıb insanda yaşamaqdadır. Ölüm və ümidsizliyin hökm sürdüyü bu qəsəbədə "Qız" adlı vampir qadın cinayətkarları izləməyə və öldürməyə başlayır."Qız"-ın məqsədi qəsəbəni pis insanlardan təmizləməkdir. Araş , atasının narkotik asılılığına görə öz maşınını narkoalverçiyə verməyə məcbur qalır. Maşın götürməyə gedəndə narkoalverçi olan Səidin öldüyünü görür. "Qız" Araşın atasını da izləməyə başlayır. Təsadüfən qarşılaşan Araş və "Qız" heç gözləmədikləri anda bir-birilərinə aşiq olurlar.

Aktyorlar Şeyla Vand — Qız Araş Mərəndi — Araş Marşall Meniz — Hüseyn Dominik Reinz — Səid Mozhan Marno — Atti

İstehsal Film Cənubi Kaliforniyadakı Taft studiyalarında çəkilib. Film Ana Lili Əmirpurun eyniadlı qrafik romanı əsasında çəkilib.

İstinadlar

Kateqoriya:İran filmləri Kateqoriya:2014-cü ilin filmləri Kateqoriya:Psixoaktiv dərmanlar haqqında filmlər Kateqoriya:İran haqqında filmlər Kateqoriya:2010-cu illərin feminist filmləri Kateqoriya:Farsca filmlər Kateqoriya:2014-cü ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin ağ-qara filmləri Kateqoriya:Müstəqil ABŞ filmləri Kateqoriya:Disfunksional ailələr haqqında filmlər Kateqoriya:Neo-Vestern filmləri Kateqoriya:ABŞ-nin qorxu filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:ABŞ-nin fövqəltəbii triller filmləri Kateqoriya:2010-cu illərin fövqəltəbii qorxu filmləri