Con Taytor () — 2036-cı ildən gəldiyini iddia edən şəxs.
2000-2001-ci illərdə müxtəlif internet xəbər saytlarında qeyri-müəyyən, bir çoxunun yanlışlığı sübut edilə bilən məlumatlar yollamış, yaxın gələcək haqqında proqnozlar və yaşadığı zaman haqqında məlumatlar vermişdir. Belə ki, göndərdiyi yazılar 2000-2037-ci illər arasında "baş verən" bir sıra hadisələrlə bağlıdır. İddiaları arasında diqqəti cəlb edən məlumatlardan biri 2015-ci ildə Üçüncü dünya müharibəsinin baş verəcəyini bildirməsi olmuşdur. Con Taytorun söylədikləri dünyada bir çox mübahisələrə səbəb olmuşdur.
Populyar mədəniyyətdə 2003-cü ildə Con Taytor Fondu "Con Taytor: Zaman səyahətçisinin nağılı" adlı kitab (ISBN 1-59196-436-9) nəşr etmişdir. Kitabda Con Taytorun iddiaları müzakirə olunur. 2004-cü ildə ABŞ-də Con Taytorun hekayəsinə əsaslanan "Zaman səyahətçisi Sıfır" adlı tamaşa səhnələşdirilmişdir. 2009-cu il istehsalı və əsasında 2011-ci ildə anime serialı da çəkilən "Steins;Gate" adlı vizual roman Con Taytor və onun hekayələrindən bəhs edir. Vizual romandakı hekayəyə görə zaman maşını icad etmiş SERN təşkilatı (real həyatdakı CERN) 2036-cı ildə dünyaya hökmranlıq etməkdədir.Video game Steins;Gate is now an anime . Japanator. Retrieved on March 03, 2017
İstinadlar
Xarici keçidlər
Con Taytor: 2036-cı ildən gəlmiş zaman səyahətçisi?
Kateqoriya:Zaman səyahəti Kateqoriya:Şəxsiyyəti naməlum şəxslər Kateqoriya:İnternet memləri Kateqoriya:Steins;Gate Kateqoriya:2000-ci ildə yaranan saytlar Kateqoriya:Şəhər əfsanələri Kateqoriya:Uydurma zaman səyyahları