Etibar Sinabəddin oğlu Pirverdiyev () — "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin keçmiş prezidenti, mühəndis-elektrik.
Həyatı Etibar Pirverdiyev 23 iyun 1964-cü ildə Qusar rayonunun Yuxarı Ləgər kəndində anadan olmuşdur.
1983–1987-ci illərdə V. D. Kalmıkov adına Taqanroq Radiotexnika İnstitutunda təhsil almışdır.
İxtisasca mühəndisdir.
1988–1991-ci illərdə Azərbaycan Kosmik Araşdırmalar İnstitutunda, Bakı Qazan-Mexaniki Zavodunda müxtəlif vəzifələrdə çalışmışdır.
2000–2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin Özəlləşdirilmiş səhmdar cəmiyyətlərində dövlət payının tənzimlənməsi şöbəsinin rəisi, "Bakıelektrikşəbəkə" Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri vəzifələrində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2001-ci il tarixli 830 nömrəli Sərəncamı ilə "Azərenerji" ASC-nin prezidenti təyin edilmişdir.
4 sentyabr 2018-ci ildə "Azərenerji" ASC prezidenti vəzifəsindən azad edilmişdir.
Ailəlidir, 3 övladı var.
İstinadlar
Xarici keçidlər Bakıda Elektrik Şəbəkəsinin Tarixi: Azərbaycan Elektrik Şəbəkəsi haqqında ümumi məlumat: Pirverdiyev Etibar Sinabəddin oğlu
Kateqoriya:Azərbaycan mühəndisləri