Sürtkü yağları sürtkü materialları kimi istifadə olunan mayelərdir. Tərkibinə görə neft yağları və sintetik yağlar, eləcə də yarı-sintetik yağlara,təyinatına görə aşağıdakı qruplara bölünür: Motor yağları; İkitaktlı benzin mühərrikləri üçün yağlar; Transmissiya yağları; Sənaye yağları; Reaktiv yağları; Avtomatik ötürülmə sistemləri üçün işçi mayelər; Sükanla idarənin hidravlik gücləndiriciləri üçün işçi mayelər; Metal kəsən dəzgahlar üçün yağlayıcı-soyuducu emulsiyalar və s. Yaranma tarixi Müasir dövrdə hansı texnika olursa olsun, onun sürtkü materialsız işlənməsi qeyrimümkündür. İnsanlar sürtkü materiallarından hələ eramızdan xeyli əvvəl, qədim dövrlərdən istifadə etmişdirlər.Bürünc dövründə çoxsayda ixtiralar olub ki, bunlardan biri də araba təkərlərinin yaradılmasıdır. Alimlərin fikrincə sürtkü yağlarının istifadəsinə isə təkər əmələ gəldikdən sonra başlanılıb. Çünki təkəri yağlamaq lazım idi. İnsanlar lap qədim dövrdən başa düşüblər ki, hər hansı bir cismi maye ilə islatdıqda o, sürüşmə qabiliyyətinə malik olur. Sonra buxar maşınları meydana çıxdı. Bu texnologiyaları işlətmək üçün insanlar sürtkü yağları kimi bitki yağlarından istifadə ediblər. İlk sürtkü yağları əridilmiş mal ya donuz piyi və gənəgərçək yağı idi. Sonralar bu məqsədlə qoyun,balıq və bitki yağları – pambıq,soya,zeytun yağı və s. istifadə edilmişdir. Tədricən daxiliyanma mühərrikləri, avtomobillər yarandı. Artıq bitki yağları bunların işini keyfiyyətcə və miqdarca təmin etmək üçün kifayət deyildi. Ona görə də, o dövrdə sürtkü yağı kimi başqa mənbədən istifadə etməyə başlandı. Texnika inkişaf etdikcə sürtkü yağlarına olan tələbat da artdı. Xüsusən, maşın texnikasına keçid və onun sürətlə inkşafı XIX əsrdə bu problemi daha aktual etmişdir. İlk dəfə olaraq 1876-cı ildə D.İ. Mendeleyev sürtkü yağlarını ağır Qafqaz neftinin mazutundan alınması üsulunu təklif etdi. Neftin ilkin emalı nəticəsində alınan yağlar sürtkü yağlarının istehsalı üçün ən ucuz və etibarlı xammal hesab olunurdu. D.İ. Mendeleyev və V.V. Markovnikovun eyni zamanda və bir istiqamətdə apardıqları tədqiqatların neft yağları istehsalının inkşafina böyük təsiri olmuşdur. Əvvəllər neft yağları qara rəngi ilə alıcıları qorxudurdu, lakin bu yağlar açıq rəngli heyvan və bitki mənşəli yağlardan 3-4 dəfə ucuz idi. Rus alimi N.P.Petrovun və ingilis alimi Reynoldsun klassik işləri mineral (neft) yağlarının geniş yayılmasına səbəb oldu. Sonradan mineral yağların ucuz olmaqdan başqa digər üstünlükləri də müəyyən edilmişdir: saxlandıqda və işləndikdə onlar oksidləşməyə daha çox davamlıdır, yanğına qarşı az təhlükəlidir, metallara qarşı az təsirlidir. Ona görə də, 1930-cu ildə texnikada heyvan və bitki mənşəli yağlar mineral yağlarla tam əvəz edilmişdir. Beləliklə, D.İ. Mendeleyevin işlərinə əsasən neftdən alınan sürtkü yağlarının istehsalını və yağ sənayesinin müvəffəqiyyətlə inkişafını təmin edən elmi əsaslar yaradıldı. Maşın texnikasının inkişafı bitki və heyvan mənşəli yağların mineral yağlar ilə əvəz edilməsinin əsas faktorudur. Sürtkü yağlarının keyfiyyətini yaxşılaşdırmaq sahəsində elmi-tədqiqat işləri 1920-ci ildə tanınmış rus alimi L.Q. Qurviçin rəhbərliyi ilə yağlar laboratoriyasında Azneftin mərkəzi kimya laboratoriyasında aparılırdı. Azneftin mərkəzi kimya laboratoriyasında L.Q.Qurviçin rəhbərliyi ilə işləyən cavan istedadlı alimlər – N.İ.Çernojukov, K.P.Lixuşin, L.A.Quxman, İ.F.Qutt, M.L.Blaqovidov, V.L.Qurviç, Je.A.Dyaçkova və b. sonradan neft emalı və neft kimyası sahəsində görkəmli alimlər olmuşdurlar. Motor istehsalı inkişaf etdikcə detalların korroziyasının və sürtünməsinin azaldılması, əsasən geniş temperatur intervalında mühərriklərin normal işə düşməsi və işləməsini təmin etmək və s.kimi problemlər yarandı.Bu problemlər sürtkü yağlarının xassələrinə korroziya, oksidləşmə, yeyilmə, siyrilməyə qarşı, termiki stabilliyə və özlülük xassələrinə yeni tələblər qoyurdu. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, mineral yağlar nə qədər təmizlənsə də mühərriklərin normal işinı təmin edə bilmir. Belə olduqda, sürtkü yağlarının keyfiyyətinin yaxşılaşdırılması üçün yeni istiqamət yarandı, bu onların tərkibinə müxtəlif funksional qrupları olan, yağlara lazımi xassələr verən üzvi birləşmələr əlavə edilməsidir. Belə əlavələr (qatqılar) “aşqarlar” adlandırıldı.Beləliklə, artıq aşqarlar dövrü gəlib çıxdı. Sürtkü yağlarının təsnifatı Sürtkü yağlarının təsnifatı – sürtkü yağları distillat və qaliq olmaqla iki sinfə bölünür. Distillat sürtkü yağları mazutun vakuum altında distilləsindən, qalıq yağlar isə yarımqudron və ya qudrondan alınır. Distillat sürtkü yağları sinfinə maşın, avtotraktor, dizel yağları və s. daxildir. Qalıq sürtkü yağları sinfinə isə aviasiya vapor yağları və s. daxildir. Distillat və qalıq sürtkü yağları işləmə sahələrinə görə 9 sinfə bölünür. Sənaye yağları – bu yağlar nisbətən aşağı temperaturda işləyən müxtəlif maşın, dəzgah və mexanizmlərin, eləcə də maşın və mühərriklərin bilavasitə buxar, isti hava və qaz təsirinə düşməyən qovşaqlarının yağlanması üçün işlənilir. Sənaye yağlarına velosit, maşın, colyar və s. bu kimi yağlar daxildir. Avtotraktor yağları Avtotraktor yağları – avtotraktorlar üçün işlədilən sürtkü yağları iki qrupa bölünür: karbüratorlu mühərriklər üçün yağlar(avtollar) və dizel mühərrikləri üçün yağlar(dizel yağları). Karbüratorlu mühərriklərdə tətbiq olunan avtol yağlarının aşağıdakı markaları vardır: turşu-kontakt təmizləməsi avtolu AK-6; turşu-kontakt təmizləməsi avtolu AK-10; turşu-kontakt təmizləməsi avtolu AK-15; seçici həlledicilərlə təmizlənmə avtolu AC-6; seçici həlledicilərlə təmizlənmə avtolu AC-10; turşu-kontakt təmizləməsinin poliizobutilenlə qarişdirilmiş qatqili avtolu AKЗn-6; turşu-kontakt təmizləməsinin poliizobutilenlə qarişdirilmiş qatqili avtolu AKЗn-10. Transmissiya yağları Transmissiya yağları – transmissiya yağlarında dişli çarxların yeyilməsinin qarşısını almaq üçün istifadə edilir. Belə yağlar yüksək təzyiq altında işləyir. Iş rejimini nəzərə alaraq transmissiya yağları özlü, yüksək təzyiqə davamlı, yağlama qabiliyyətinə və aşağı donma temperaturuna malik olmalıdır. Turbin yağları Turbin yağları – Balaxanı və Emba yağlı neftinin mazutundan alınır. Bu yağlar su və buxar turbinlərinin, hava üfürücülərinin, eləcə də başqa maşınların yağlamasında işlədilir. Aviasiya yağları
Aviasiya yağları – yüksək temperatur və təzyiq altında müxtəlif metal və havanın oksigeni ilə sıx əlaqədar olur. Aviasiya yağlarında aşağıdakı keyfiyyətlər olmalıdır: özlülüya və yüksək yağlama qabilyyətinə malik olmalı; özlülüyüntemperatur əyrisi yatıq olmalı; maşının hissələrini korroziya etməməli; piston halqalarında köz əmələ gətirməməli; yüksək sabitliyə malik olmalı; köpüklənməməli; suyu, külü və mexaniki qarışıqları olmamalıdır. M-14B2 motor yağı M-14B2 API CB SAE 40 tipli motor yağı M-14B2 motor yağı gəmi, teplovoz, stasionar, sənaye və öz yükünü boşaldan dizellərində istifadə edilir. M-14B2 motor yağı müxtəlif ağır tonnajlı maşın və mexanizmlərdə geniş həcmdə istifadə edildiyinə görə bu motor yağının yeni analoqunun Azərbaycan neftlərindən alınan distillə yağları əsasında yaradılmasını aktual edir. M-14B2 motor yağının yeni sürtgü kompozisiyalarının yaradılması üzrə tədqiqat işləri öz əksini tapmışdır. Nəticədə müxtəlif qatılıqlarda götürülmüş müxtəlif funksional xassələrə malik aşqarlardan istifadə etməklə M-14B2 API CB SAE 40 markalı yağının yeni analoqu yaradılmışdır. Yaradılan yeni kompozisiyaları fiziki-kimyəvi və istismar xassələrinə görə sənaye, iriyüklü, öz yükünü boşaldan (), habelə istifadəsi üçün qoyulan ГОСТ 12337 tələblərinə tam cavab verir və tətbiq üçün tövsiyə edilir. Teplovoz, gəmi və stasionar ДН və ДРН 23/30 markalı dizellərdə, həmçinin iriyüklü öz yükünü boşaldan və sənaye 6-8 ЧН 21/21 markalı dizellərdə istifadə edilən M-14B2 motor yağı ilk dəfə 1984-cü ildə M-14 baza yağı və 3% ЦИАТИМ-339, 6% ПМС «А», 2% ВНИИ НП-354 və ya ДФ-11 və 0,003% ПМС-200А aşqarlarının istifadəsi ilə Rusiyanın müxtəlif şəhərlərində istehsal olunmuşdur. Hal hazırda Rusiyanın “Oils and Lubricants” LLC şirkəti tərəfindən həmin yağ müxtəlif adlarda Lukoyl M-14B2, WEGO M-14B2, Rosneft M-14B2 və s. istehsal olunur. Məqsəd - Respublikada M-14B2 motor yağı müxtəlif ağır tonnajlı maşın və mexanizmlərdə geniş həcmdə istifadə edildiyinə görə bu motor yağının yeni analoqunun Azərbaycan neftlərindən alınan distillə yağları əsasında yaradılmasını aktual etmişdir. M-8 və M-15 Bakı distillə yağlarının kompaundundan hazırlanmış M-11 baza yağı və oksidləşmə, korroziya, yuyuculuq və s. müxtəlif funksional xassələrə malik aşqarlar kimi detergtent-dispersiyaedici – suksinimid tipli OLOA-373c, yuyucu-dispersedici C-150, oksidləşmə, korroziya və yeyeilməyə qarşı – Mx-3103. Mx-3104, Viscoplex-4-550 özlülük aşqarlarının tədqiqi ilə ГОСТ 12337 tələblərinə uyğun M-14B2 sürtgü kompozisiyası yaradılmışdır. Metodlar – yağın oksidləşməyə qarşı davamlıq xassəsinin təyini birslindrli ИКМ-40 qurğusunda hər mərhələ 10 saat olmaqla 700C-də 40 saat müddətində aparılmışdır. nəticədə yağın kinematik özlülük dəyişikliyi təyin olunmuş və norma üzrə 100%-ə qarşı 55,4% təşkil etmişdir. Bu yağın oksidləşməyə qarşı yüksək davamlılıq xassəsinə malik olduğunu göstərir. Nəticə - Sürtgü kompozisiyasının yuyuculuq, korroziya və yeyilməyə qarşı xassələrinin qiymətləndirilməsi ИМ-1 qurğusunda 96 saat müddətində aparılmışdır. Bu üsul porşenin çirklənmə dərəcəsinə görə yuyuculuq, sürgü qolu içliyinin korroziyasına görə korroziya və porşen halqalarının yeyilməsinə görə yeyilməyə qarşı xassələrinin qiymətləndirilməsinə əsaslanır.
Sürtkü yağlarına əlavə edilən qatqılar Aşqarlar çoxsaylı müxtəlif elementlər və aktiv qruplar saxlayan üzvü birləşmələrdir. Müxtəlif konfranslarda və elmi-texniki jurnalların səhifə¬lərində yağların istismar xassələrinin yaxşılaşdırılması haqda ciddi müzakirələr keçirilirdi.Çoxsaylı amerika mütəxəssisləri hesab edirdilər ki, sürtkü yağlarının keyfiyyətini yaxşılaşdırmağın yeganə üsulu aşqarların istifadəsidir. Sovet alimləri isə hesab edirdilər ki, yağın keyfiyyətini yaxşılaşdırmaq üçün aparıcı rolu aşqar oynasa da, xammalın rolu da az deyil.Aşqarların təsirliliyini dəqiq müəyyənləşdirmək üçün onları təmiz (zərərli komponentlərdən təmizlənmiş) baza yağlarında tədqiq etmək lazımdır. Sürtkü yağlarına aşqarların sintezi, inkişafda olan kapitalist ölkələrində 1930-cu illərin əvvəllərindən, keçmiş SSRİ-də, o cümlədən Azərbaycanda1930-cu illərin axırlarındanV.V. Kuybişev adına Azərbaycan Neft Emalı Üzrə Elmi-Tədqiqat İnstitutunda (Аз НИИНП им. В.В. Куйбышева) başlanmışdır.Bu işlər əsasən depressator (donma temperaturunu aşağı salan aşqarlar) və yağların özlülüyünü yaxşılaşdıran aşqarların alınmasına yönəlmişdir. İkinci dünya müharibəsi ərəfəsində motor istehsalının inkişafı böyük templə irəliləyirdi. Bu, ilk növbədə güclü, yüksək sürətli təyyarə və tank mühərriklərinin inkişafına aid idi. Bizim ölkə xaricdən aşqarlar, xüsusən depressator aşqarları alırdı.Bir sıra Amerika şirkətləri depressor aşqarlarının istehsalını mənimsəmişdi və bu sahədə onların rəqibləri yox idi. Təsadüfi deyil ki, bu “soyuq müharibənin” ilk addimlarından biri Sovet birliyi ölkələrinə aşqarların ixracının imtinası və bu addımla sənayenin ürəyi olan mühərriklərə zərbə endirmək ehtimal olunurdu. Beləliklə, yerli tədqiqatçıların qarşısında iki istiqamət var idi. Birinci istiqamət şirkətin sirlərini açmaq, xaricdən alınmış məşhur xarici aşqarların tərkibini və texnologiyasını tapmaq cəhdi. Bu yol qısa və sadə idi, lakin çox az şey vəd edirdi, ən yaxşı halda sadəcə bir müəyyən sahədə Amerika tədqiqatçılarına çatmaq mümkün olardı. İkinci istiqamət daha çətin idi, çünki sürtkü yağlarına yerli aşqarların istehsalını yaratmaq lazım idi. Məhz bu yolu da Sovet və Azərbaycan alimləri seçdilər.