Rumıniya Milli Azad Həmkarlar İttifaqları Konfederasiyası ( və ya qısaca ) — Rumıniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konfederasiyanın baş qərargahı Buxarestdə yerləşir.

Tarixi 1993-cü ildə yaradılmışdır.

Fəaliyyəti Konfederasiya öz üzvlərinin əsas peşə, sosial, iqtisadi və mədəni hüquqlarını təmsil və müdafiə edir. Həmkarlar ittifaqı üzvlərinin iqtisadi, sosial və peşə fəaliyyəti ilə əlaqədar olan qanunvericilik aktlarının işlənib hazırlanması və onlara dəyişikliklər edilməsi barədə kollektiv danışıqlarda tərəfdaş və nümayəndə qismində çıxış edir. Ədalət və sülh məsələləri ilə məşğul olan müxtəlif milli və beynəlxalq həmkarlar ittifaqı təşkilatları ilə əməkdaşlığa, həmrəyliyə imkan yaradır.

Tərkibi Bu konfederasiya siyasi partiyalardan, dövlətdən və işəgötürənlərdən asılı olmayan, ali statusa malik milli həmkarlar ittifaqı təşkilatıdır. Hazırda ölkə iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən 40 həmkarlar ittifaqı federasiyasını – sahə birliklərini özündə birləşdirir. Ümumilikdə 800.000 nəfər üzvü var.Romania Trade Unions , worker-participation.eu, accesat la 19 septembrie 2009

Rəhbərləri Hazırda təşkilata Marius Petku rəhbərlik edir.

Beynəlxalq əməkdaşlıq Təşkilat Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və Avropa Həmkarlar İttifaqları Konfederasiyası ilə sıx əməkdaşlıq edir və onların tamhüquqlu üzvüdür.

Həmçinin bax Rumıniya Milli Həmkarlar İttifaqları Konfederasiyası

Mənbə Arzu ŞAHBAZİ. Rumıniya Milli Azad Həmkarlar İttifaqları Konfederasiyası - CNSLR . "Ülfət" qəzeti, 31.08.2012.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Rumıniya həmkarlar ittifaqları Kateqoriya:1993-cü ildə yarananlar