Akçabük () — Türkiyənin Sinop ilinin Türkeli ilçəsində yerləşən kənd.

Tarixi

Akçabük kəndinin məlum olan ən qədim adı "Makdil" olub indiki Marbel məhəlləsindən almışdır. Daha sonrakı adı "Yervi" olub Yervi məhəlləsindən götürmüşdür. Bu adlar romalılardan qalmışdır. Son adı "Akçabük"ü isə indiki Sancaqoğlu məhəlləsinin keçmiş adı "Bayaz" adından almışdır. "Bayaz" fars sözü olub "ağ, axça" deməkdir. "Bük" isə ağacsız yer mənasını verir.

Haqqında

Əhalinin başlıca gəlir mənbəyi heyvandarlıq və əkinçilikdir. Qışda yanacaq kimi odundan istifadə olunur. Kənddə 5 avtobus, 30 avtomobil, 4 yük maşını, 10 traktor vardır. Burada 3 ibtidai məktəb, 1 sağlamlıq evi, 1 dəyirman, 1 karxana, 1 məscid, 4 ibadətxana yerləşir.

Məktəblərində 137 şagir təhsil almaqdadır. Kəndin əsas problemi işsizlik, köç və gəlir çatışmazlığıdır.

Coğrafiya

Sinop ilinin mərkəzindən 96 km, Türkeli ilçəsinin mərkəzindən 14 km uzaqlıqdadır. Dəniz səviyyəsindən 300 metr yüksəklikdədir.

İqlimi

Kəndin iqliminə Qara dəniz iqlimi hakimdir.

Əhalisi

2012-ci ilin məlumatına əsasən kəndin əhalisi 706 nəfərdir.

İl Əhali Kişi Qadın 2012 706 351 355 2011 740 367 373 2000 879 488 391 1990 890 507 383 1985 842 453 389

İstinadlar

Kateqoriya:Türkeli ilçəsinin bəldə və kəndləri