Henk Pim () — Marvel Comics personajı. Əsasən Qarışqa-adam kimi tanınır. Lakin müxtəlif vaxtlarda Qoliaf, Eşşək arısı, Sarı Jaket və Nəhəng adam kimi adlarla da çıxış etmişdir. Qisasçılar komandasının qurucu və sabiq üzvüdür. Ən yaxın partneri həyat yoldaşı Eşşək arısıdır.
Nəşr olunma tarixi
Henk Pim ilk dəfə "Heyranedici hekayələr" antologiyasının 7-ci buraxılışında yer alan 7 səhifəlik "Qarışqa yuvansındakı adam" hekayəsində peyda olmuşdur. Yaradıcı heyət redaktor-rəssam Sten Li, ssenarist Lari Liber, yazıçı Cek Kirbi və Dik Ayersdən ibarət idi. 2008-ci ildə Sten Li demişdi: "Mən kiçilən insandan və onu təqib edən qarışqalardan bəhs edən "Qarışqa yuvasındakı adam" adlı komiks yaratdım. Düşünmüşdüm ki, belə bir super qəhrəman yaratmaq əyləncəli olardı".
8 buraxılışdan sonra Henk Pim özünə Qarışqa-adam adını götürmüşdür. "Heyranedici hekayələr"in 35-ci sayında (yanvar, 1962) 13 səhifəlik və 3 hissəli ("Qarışqa-adamın qayıdışı", "Qarışqa ordusu", "Hesablaşma") hekayədə ilk dəfə özünə kostyum düzəltmişdir. 44-cü buraxılışda (iyun, 1963) Cenet Van Din debüt etmişdir. Cenet Van Din Eşşək arısı adını alaraq Henk Pimlə birlikdə super qəhrəman olmuşdur. 1963-cü ilin sentyabrında Sten Li və Cek Kirbi "Qisasçılar" komiksini yaratmış, Eşşək arısı və Qarışqa-adam 1-ci sayda qurucu üzvlərdən biri olmuşdur.
İllər sonra Sten Li niyə Henk Pim çox da məşhurlaşmadığı haqda açıqlama vermişdir:
Pim tezliklə "Heyranedici hekayələr"in dəyişməz super qəhrəmanlarından birinə çevrilmişdir. Bu komiskin 1963-cü ilin noyabrında çıxan 49-cı sayında ilk dəfə Nəhəng adam olmuşdur. 69-cu saya qədər (iyun, 1965) Cenet Van Dinlə partner olmuşdur. "Qisasçılar" komiksinin 1965-ci ilin aprelində nəşr olunan 15-ci sayına qədər Qisasçıların üzvü olmuşdur.
"Qisasçılar" komiksinin 28-ci sayında (may, 1966) Qoliaf adı ilə komandaya dönmüşdür. Tədricən psixoloji problemləri üzündən 59-cu buraxılışda (dekabr, 1968) Sarı Jaket adını almışdır. "Qisasçılar" komiksinin 93-cü sayında (noyabr, 1971), "Marvel Feature" komiksinin 4-10-cu saylarında (iyul, 1972 — iyul, 1973) Qarışqa-adam olmuşdur. "Qərb Sahili Qisasçıları"nın 2-ci nəşrinin 1987-ci ilin iyulunda çıxan 21-ci sayında Qərb Sahili Qisasçılarına alim kimi qatılmışdır. Qisasçılara "Qisasçılar" komiksinin 3-cü nəşrinin 1-ci sayında (fevral, 1998) Nəhəng adam kimi qayıtmışdır. Qisasçıların dağılması ilə Sarı Jaket olmuşdur. 85-ci saydan (sentyabr, 2004) etibarən yoxa çıxmışdır.
Bir zamanlar evli olduğu Eşşək arısının ölümündən sonra "Gizli işğal: Rekviem" komiksində (yanvar, 2009) onun şərəfinə Eşşək arısı olmuşdur. "Qisasçılar Akademiyası" komiksində 1-ci saydan (avqust, 2010) son saya — 39-cu saya (yanvar, 2013) qədər bu komiksdə yer almışdır. "Qarışqa-adam və Eşşək arısı" komiksində də (yanvar, 2011) peyda olmuşdur.
Henk Pim 2010-2013-cü illərdə nəşr olunan "Gizli Qisasçılar" komiksinin 22-ci sayından (aprel, 2010) 37-ci sayına qədər (mart, 2013) əsas personajlardan biri idi.
Bioqrafiya
Qarışqa-adam olması thumbnail|left|Qarışqa-adam ilk dəfə komiksdə: "Heyranedici hekayələr" #35 (sentyabr, 1962) Henk Pim biokimya sahəsində ixtisaslaşmış, başqa elmlərə də maraq göstərən, gənc və bir o qədər də macərapərəst alimdir. Macar əsilli, ABŞ-a siyasi problemlər üzündən qaçan Mariya Trovaya ilə evli olmuşdur. Evlənmələrindən qısa müddət sonra Mariya ilə Macarıstana səyahətləri zamanı Mariya gizli polis agentliyi tərəfindən öldürülür. Böyük şok yaşayan Pim zəkasını və biliyini ədalətin qorunmasına sərf etməyə qərar verir. Aldığı bu qərardan qısa müddət sonra əşyaların ölçüsünü kiçildib-böyüdən Pim hissəciklərini kəşf edir.
Henri Pim maqnitizm hadisəsindən istifadə edərək Pim hissəciklərini iki fərqli zərdaba həbs etməyi bacarır.Tales to Astonish #27 (Jan. 1962) Bir zərdab cismin ölçüsünü kiçildir, digəri isə onu əvvəlki ölçüsünə qaytarır. Pim bu zərdabı üzərində yoxlayır, kiçilir, amma səhvən qarışqa yuvasına düşüb orada ilişir. Yuvadakı qarışqalar üzündən həyatı təhlükəyə düşür. Digər zərdabdan istifadə edən Pim bu hissəciklərin çox güclü və təhlükəli olduğu qərarına gələrək onları yox edir. Amma sonradan aldığı qərarın səhv olduğunu fikirləşir və bu hissəciklər üzərində yenidən təcrübələr aparmağa başlayır. Özü ilə biklikdə kiçilən kostyum da düzəldir. Qarışqa yuvasına düşdükdən sonra qarışqaları və onların ünsiyyət vasitələrini öyrənir, bir neçə aydan sonra qarışqalarla ünsiyyətə keçməyə yarayan kaska ixtira edir. Şəhərdə hər hansı bir hadisə baş verdikdə qarışqalar ona xəbər verməyə başlayır. Beləliklə, Henk Pim Qarışqa-adam olurTales to Astonish #35 (Sept. 1962) və şəhərdəki cinayətkarlara qarşı mübarizə aparmağa başlayır. Mübarizə apardığı anti-qəhrəmanlardan biri də Yumurtabaş (Elias Star) olur. Yumurtabaş kommunistlərə sirlər satdığı üçün qovulan bir fizik idi. Qarışqa-adamı məğlub etmək istəyən yerli bir qruplaşma tərəfindən kirayələnmişdir. Yumurtabaş Qarışqa-adamın əsas köməkçilərinin qarışqalar olduğunu öyrənir, onu tələyə salmaq üçün özü bir kaska düzəldib qarışqalarla ünsiyyətə girməyə cəhd edir. Amma qarışqalar bu haqda Henki xəbərdar edirlər. Qarışqa-dam Yumurtabaşı məğlub edir. Bu zaman Qarışqa-adam təkbaşına pislərə qarşı mübarizə aparmağın çətin olduğu qərarını verir. Yumurtabaş isə artıq polis tərəfindən axtarılan cinayətkardır və qisas hissi ilə alışıb yanır.
Eşşək arısı ilə tanış olması
Kosmosdan gələn bir yadplanetli Henkin həmkarlarından astrofizik Vernon Van Dini öldürür. Nə edəcəyini bilməyən qızı Cenet Van Din Henki tapır və ondan kömək istəyir. Daha əvvəl də tanış olmuşdular. Henk ölən həyat yoldaşına çox bənzədiyi üçün Ceneti yaddan çıxartmamaqdadır. Kömək istəyinin əvvəlcə zarafat kimi qəbul edən Pim qarışqalardan bunun doğru olduğunu öyrənir və Qarışqa-adam kimi onun köməyinə çatır. Cenet atasının qatilini tapmaq və ədalətə təslim etmək istəyir. Qarışqa-adam Ceneti laboratoriyasına aparır. Burada Qarışqa-adam olduğunu etiraf edir, ona Pim hissəcikləri ilə kiçilməyi öyrədir və biokimya biliyindən istifadə edərək onun üçün böcək qanadları yaradır. Beləliklə, Cenet Van Din Eşşək arısı adını alaraq super-qəhrəman olur. İkisi qatilin arxasınca düşüb onu məğlub edirlər.Tales To Astonish #44 (June 1963) Bir müddət birlikdə işləyirlər. Bir gün Halkın təcili yaxalanması siqnalı alırlar və bundan sonra həyatları tamamilə dəyişir.
Qisasçılar və Nəhəng-adam olması thumbnail|Henk Pim ilk dəfə Nəhəng adam kimi: "Heyranedici hekayələr" #56 (iyun, 1964) Siqnala cavab verən sadəcə Eşşək arısı və Qarışqa adam deyildir. Tor və Dəmir adam da hadisə yerinə gəlir.The Avengers #1 (Sept. 1963) Halkı məğlub etmək üçün böyük mübarizə verirlər. Sonda Tor hər şeyin Lokinin oyunu olduğunu anlayır. Sonda güclərini birləşdirib Lokiyə qalib gəlirlər. Henk beşinin müxtəlif güclərə sahib olduğunu və birləşib bir komanda olmalarının mütləq olduğunu bildirir. Digərləri də komanda qurmaq fikri ilə razılaşır, Cenet isə komandanın adını qoyur: Qisasçılar. Beləliklə, Marvel dünyasının ən məşhur komandası yaranır. Qisasçılar komandası kimi ilk işlərindən biri donmuş Kapitan Amerikanı buzdan çıxarıb komandalarına qoşulmalarını təmin etmək olur.
Qisasçılar qurulduqdan sonra Henk Pim hissəciklərinin cisimləri sadəcə kiçiltmədiyini, böyütdüyünü də kəşf edir.Tales to Astonish #49 (Nov. 1963) Boyu 3,5 metrə çata bilir, amma müvazinatını saxlamaqda çətinlik çətir. Buna baxmayaraq Qisasçılar macərasına Nəhəng adam kimi davam etməyə qərar verir. (İllər sonra məlum olur ki, bunun səbəbi Dəmir adam və Torun yanında yetərsiz kimi görsənməməkdirAvengers Forever #1-12 (Dec. 1998 - Feb. 2000)) Həm Qisasçı kimi, həm də Eşşək arı ilə birlikdə macəralarına davam edir. Eşşək arısı ilə birlikdə ən böyük düşmənləri olan Qasırğa tərəfindən ilk dəfə məğlubiyyətə uğrayırlar. Cenet Henkin ölçüsü böyüdükdə dəyişdiyini görür. Böyüyəndə daha diqqətsiz, daha eqoist olur. Bir tərəfdən də Qasırğa onların başına bəla olur. Henk böyüməyinin ölümcül problemlərə yol açacağından narahat olur. Qisasçılar komandası ilə olan münasibətləri də yavaş-yavaş korlanır. Komandanın Mol-adama qarşı heç bir şey etməməsi onu hirsləndirir.
Cenetin Kont Nefariyaya qarşı döyüşdə yaralanması onu qəti qərar verməyə məcbur edir. Qisasçıların Bəla Ustalarına qarşı verdiyi mübarizədən sonra Henk və Cenet komandadan ayrılmağa və kostyumlarını çıxarıb adi insan kimi yaşamağa qərar verirlər.The Avengers #15 () Aralarında sevgi münasibətləri cücərməyə başlayır.Tales To Astonish #63 (Jan. 1965)
Qayıtması
Qisasçıları həmişəlik tərk etsələr də, tək-tük anti-qəhrəmanlara qarşı döyüşürlər. Döyüşlərin birində bir yadplanetli Pimin kiçilmə qabiliyyətini işıq silahı ilə oğurlayır. Bu hadisə onun biologiyasına ciddi təsir göstərir, böyüyəndə dayanılmaz ağrılar hiss edir. Bu ərəfədə Eşşək arısı atlantidalı Attuma tərəfindən qaçırılır. Henk bacarığından istifadə etdikcə acı çəkdiyindənAvengers #28-35 (May-Dec. 1966) kömək üçün Qisasçılara gedir, kostyumunu da dəyişərək QoliafAvengers #28 (May 1966) olur. (Daha sonra bir dəfə Şahingöz də bu adı alır) Bir yandan cinayətkarlarla döyüşür, bir tərəfdən gücünü idarə etmək üçün laboratoriyasında təcrübələr aparır. Artıq Cenet və Henkin zərdaba ehtiyacları yoxdur, öz iradələri ilə boylarını dəyişdirirlər. Henk Qoliaf kimi 7,5 metr boya sahib ola bilir, amma bu boyda qalma müddəti məhduddur. Tezliklə kiçilmə qabiliyyətinə qovuşur, amma bu dəfə də böyüyə bilmir. Nəhayət, Kollektorun onun üzərində təcrübələr aparması ilə yenidən böyümə qabiliyyətini əldə edir.
Henkin ruhi problemləri Bəla Ustaları komandası ilə qarşılaşdıqda daha da artır. Bəla Ustaları Krimson Kovlun öndərliyində, Klaw, Qasırğa, Melter və Radioaktiv adamdan ibarətdir. Anti-qəhrəmanlardan ibarət bu qrup Qisasçıları ələ keçirə bilir, amma Qara cəngavər Qisasçıları xilas edir. Bu zaman Krimson Kovlun əslində Altron-5 olduğu ortaya çıxır.İlk görünmə: The Avengers #54 (July 1968); mənşə: The Avengers (Nov. 1968)
Bir müddət sonra Cenet Vijn (daha sonra Qisasçıların üzvü olacaq) adlı robotun hücumuna məruz qalır. Amma məqsədinə çatmayan Vijn Henk tərəfindən ələ keçirilərək öyrənilir. Özünə gələn Vijn Altron-5 tərəfindən düzəldiyini və bütün Qisasçıları məhv etmək üçün göndərildiyini nəql edir. Vijnin köməyi ilə Altron-5 yox edilir.Avengers #66-68 (July-Aug. 1968)
Daha sonraları Henk süni zəka üzərində işlədiyini xatırlayır, amma işin sonunu və niyə bundan imtina etdiyini xatırlamır. Qisasçılar olanları öyrənmək üçün Henkin evinə gedirlər. Henkin xatırladığı bir şey də evinin təcrübədən sonra partlamasıdır, amma ev indi möhürlənmiş və təmir olunmuşdur. Halbuki Henk bunları xatırlamır. Texnologiyanın köməyi ilə xatirələrini yenidən canlandıran Henk robot bədənli süni intellekt yaratdığını başa düşür. Bu robot onu öldürməyə çalışmışdır. Buna mane olmaq istəyən Henk uduzmuşdur. Bu robot daha sonra Henkin onu düzəltdiyini yaddaşından silmişdir. Bu yolla Qisasçıların ən böyük düşməni Altron-1 yaranır. Henk uzun müddət Altronu yaratdığı üçün özünü günahkar sayar və özünü bağışlamaz.The Avengers #74 (March 1970) Bir müddət Müdafiəçilərə qoşulur.Defenders #23-25 (May–July 1975)Giant-Size Avengers #4 (May 1975)
Sarı Jaket thumbnail|left|Henk Pim ilk dəfə Sarı Jaket kimi: "Qisasçılar" #59 (1968) Bu hadisələrdən sonra Nyu York küçələrindən qəribə super qəhrəman peyda olur. Bir soyğunu durdurdukdan sonra jurnalistlərə adının Sarı Jaket olduğunu bildirir. Qisasçıların yanına gedir və üzv olmaq istəyir.The Avengers #137 (July 1975) Qisasçılara Henk Pimi öldürdüyünü, Ceneti qaçırıb ona evlilik təklif etdiyini söyləyir.The Avengers #161 - 162 (July-Aug. 1977) After Ultron's brainwashing is reversed, Pym rejoins the Avengers as Yellowjacket.The Avengers #170 (April 1978)