Rodion Yakovleviç Malinovski (, ) — Sovet İttifaqı Marşalı (1944), iki dəfə Sovet İtfaqı Qəhrəmanı (1945,1958), Yuqoslaviya Xalq Qəhrəmanı (1964),1926-cı ildən Sov. İKP üzvü. Sovet Ordusunda 1919-cu ildən xidmət etmişdir. M. V. Frunze ad. Hərbi Akademiyanı bitirmişdir (1930). Rusiyada Vətəndaş müharibəsinin və 1937–1938-ci illərdə İspaniyada Vətəndaş müharibəsinin iştirakçısı olmuşdur. Böyük Vətən müharibəsində Yassı-Kişinyov əməliyyatı, Budapeşt əməliyyatı və s. əməliyyatlara rəhbərlik etmişdir. Müharibədən sonra bir sıra məsul hərbi vəzifələrdə işləmiş, SSRİ müdafiə nazirinin birinci müavini-quru qoşunlarının baş komandanı (1956–1957), SSRİ müdafiə naziri (1957-ci ildən ömrünün sonunadək) olmuşdur. 1952-ci ildən Sov. İKP MK üzvlüyünə namizəd, 1956-cı ildən Sov. İKP MK üzvü secilmişdir.

SSRİ Ali Sovetinin (2–7-ci cağırış) deputatı olmuşdur. 5 dəfə Lenin ordeni, "Qələbə" ordeni, 3 Qırmızı Bayraq ordeni, 2 dəfə 1-ci dərəcəli Suvorov ordeni, 1-ci dərəcəli Kutuzov ordeni, medallar və 16 xarici ordenlə təltif edilmişdir. Qızıl meydanda Kreml divarı yanında dəfn olunmuşdur. Zirehli Tank Qoşunları Hərbi Akademiyasına Malinovskinin adı verilmişdir.

İstinadlar

Kateqoriya:Sovet İttifaqı marşalları Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Odessada doğulanlar Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:İki dəfə Sovet İttifaqı Qəhrəmanları Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ hərbçiləri Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XX qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXI qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XIX qurultayının nümayəndələri Kateqoriya:1945 Moskva Qələbə Paradının iştirakçıları Kateqoriya:RSFSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin III çağırış deputatları Kateqoriya:Birinci Dünya müharibəsində Rusiya hərbçiləri Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin VI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin VII çağırış deputatları Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları (qırmızılar)