Julian Respublikası () — öz müstəqilliyini bir tərəfli elan edən, Braziliyanın Santa-Katarina vilayətində 1839-cu ilin 24 iyuldan 15 noyabrına qədər mövcud olmuş dövlət.

Julian Respublikası Farrapus müharibəsi zamanı 1839-cu ilin 24 iyulda qurulur. Belə ki, Cüzeppe Qaribaldinin dəstəyi üsyançılar Laqunu ələ keçirirlər və adını Julian olaraq dəyişirlər. Bununla belə vilayətin paytaxtı olan Deşterru şəhərini tutmaq mümkün olmur. Üsyançıların donanması imperiya qüvvələri tərəfindən Massiambu çayında darmadağın edilir.

Yeni respublika cəmi dörd ay yaşaya bilir. Artıq noyabrda imperiya qüvvələri Laqun şəhərini ələ keçirir. Bundan sonra üsyançılar Santa-Katarina vilayətini tərk etməli olurlar.

Əlavə məlumat Farrapus müharibəsi Riu-Qrandi Respublikası

Mənbə Farrapus müharibəsi "Latın Amerikasının" ensiklopedik lüğətində.

Kateqoriya:Tarixi dövlətlər Kateqoriya:Tanınmayan və ya qismən tanınan dövlətlər Kateqoriya:Tanınmamış tarixi dövlətlər Kateqoriya:Tarixi respublikalar