Filiz Akın () — Türkiyəli kinoaktrisa.
Türk kinosunun nəcib, müasir, şəhərli və zərif siması kimi kinosevərlərin rəğbətini qazanan Filiz Akın həm də Avropa siması, kollec qızı və böyük ekranın sarışın ulduzu kimi tanınır. O, kino aktyorları Türkan Şoray, Hülya Koçyiğit və Fatma Girik ilə yanaşı türk kinosunun bir dönəmində iz qoyan dörd önəmli aktrisadan biri hesab olunur.
Filiz Akın orta təhsilini başa vurduqdan sonra bir turizm şirkətinin Ankara agentliyində işləməyə başlayıb. Göndərdiyi fotoşəkillə 1962-ci ildə "Artist" jurnalının müsabiqəsinin qalibi olur. Memduh Ünün təkidi ilə "Akasyalar Açarken" filmi üçün kamera qarşısına keçməyə razılıq verir. Beləliklə, onun 13 il davam edəcək aktiv aktyorluq karyerası başlayır. 1964-cü ildə "Qadın bərbər" filminin çəkiliş meydanında tanış olduğu prodüser-rejissor Türker İnanoğlu ilə evlənir. 1965-ci ildə oğlu İlkər İnanoğlu dünyaya gəlir. 1974-cü ildə Türker İnanoğlu ilə boşanan Akın 1975-ci ildə "Ataların atası" filmi ilə kinoyla vidalaşır.
İstinadlar
Kateqoriya:Türkiyə aktrisaları Kateqoriya:Ankarada doğulanlar Kateqoriya:Türkiyə çərkəzləri Kateqoriya:Albaniyaəsilli Türkiyə şəxsləri Kateqoriya:Türkiyə film aktrisaları Kateqoriya:XX əsr Türkiyə aktrisaları