Azərbaycan Badminton Federasiyası — Azərbaycanda badmintona nəzarət edən rəsmi qurum. Mənzil-qərargahı Bakı şəhərində yerləşir.Olimpiya idman növləri üzrə milli federasiyalar . azerbaijans.com Prezidenti Taleh Ziyadovdir. Azərbaycan Badminton Federasiyasına yeni prezident seçilib . apa.az, 08.12.2021
Tarixi Azərbaycan Badminton Federasiyası 1962-ci ildə Bakı şəhərində yaradılmış, 1996-cı ildə yenidən təsis edilmişdir. 1998-ci ildən Beynəlxalq Badminton Federasiyasının (İBF) və Avropa Badminton Federasiyasının (EBF) üzvüdür. 1962-ci ildə Bakı şəhərində ilk badminton yarışları və çempionat, 1963-cü ildə Azərbaycan birinciliyi keçirilmişdir. Yeniyetmələrin 1969-cu ildə Klaypeda şəhərində keçirilən SSRİ birinciliyində Q. Hadıyev çempion, 1976-cı il (Mogilyov şəhəri) birinciliyində isə M. Orucov mütləq çempion olmuşdur. 1997-ci ildə İslam Ölkələri Qadınlarının İdman oyunlarında N. Mehdiyeva III yeri tutmuşdur. 2010-cu ildə İran İslam Respublikasında keçirilən beynəlxalq turnirdə Azərbaycan idmançıları qoşa yarışlarda bürünc medal qazanmışlar.
Rəhbərlik Taleh Ziyadov — Prezident Nəsimi Musayev — Baş katib
Prezidentləri Kamal Abdulla – 17 iyun 2015-ci ilə qədər; Mikayıl CabbarovMikayıl Cabbarov Azərbaycan Badminton Federasiyasının prezidenti seçilib . report.az, 17.06.2015 – 17 iyun 2015 – 8 dekabr 2021 Taleh Ziyadov – 8 dekabr 2021-ci ildən
İstinadlar
Xarici keçidlər Rəsmi sayti
Badminton Kateqoriya:Azərbaycanda badminton Kateqoriya:1996-cı ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan Badminton Federasiyası