Azərbaycan–Paraqvay münasibətləri — Azərbaycan Respublikası ilə Paraqvay Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Diplomatik əlaqələr İki ölkə arasında diplomatik əlaqələr 2004-cü ilin aprel ayının 20-də qurulmuşdurAzərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı . mfa.gov.az. Elə həmin vaxt iki ölkə arasında diplomatik münasibətlərin yaradılması haqqında birgə kommünike imzalanmışdırAzərbaycanın Mərkəzi və Cənubi Amerika ölkələri ilə əlaqələri . "Səs" qəzeti, 2 fevral 2013, səh.14. anl.az.
İdman sahəsində əməkdaşlıq
1985 FİFA Dünya Gənclər Çempionatı 1985-ci ildə SSRİ-də təşkil olunmuş FİFA Dünya Gənclər Çempionatının "D" qrupunun oyunları Azərbaycanda keçirilmişdir ki, Paraqvayın gənclər millisi də həmin qrupda yer almışdır. Onlar qrup mərhələsinin ilk iki oyununu Bakıda, sonuncu matçı isə Sumqayıtda keçirmişlər. Lakin üç oyundan yalnız ilk qarşılaşmada İngiltərəylə 2:2FIFA World Youth Championship USSR 1985: First stage — Group D: England–Paraguay . fifa.com hesablı bərabərlik əldə etmiş, sonrakı iki matçda isə Meksikaya 0:2FIFA World Youth Championship USSR 1985: First stage — Group D: Paraguay–Mexico . fifa.com , Çinə də 1:2FIFA World Youth Championship USSR 1985: First stage — Group D: Paraguay–China PR . fifa.com hesabları ilə məğlub olaraq, qrup mərhələsini üçüncü pillədə başa vurub, mübarizəni dayandırmışlarFIFA World Youth Championship USSR 1985: Groups . fifa.com .
İstinadlar