Azərbaycan–Kuba münasibətləri — Azərbaycan Respublikası ilə Kuba Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.

Tarixi thumb|300x300px|Azərbaycan və Kuba Prezidentləri|alt= Kuba Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 26-da tanımış, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il martın 27-də qurulmuşdurAzərbaycanın Mərkəzi və Cənubi Amerika ölkələri ilə əlaqələri . "Səs" qəzeti, 2 fevral 2013, səh.14. anl.az Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı . mfa.gov.az .

Kuba özünün Rusiyadakı səfirini həm də Azərbaycana səfir təyin etmişdir. 2004-cü il aprelin 9-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kubanın Rusiyada və eyni zamanda, Azərbaycandakı səfiri M.Xorxeni qəbul etmişdir. Qonaq etimadnaməsinin surətini təqdim etmiş, Azərbaycan-Kuba əlaqələri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılmışdır. Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfirin etimadnaməsini qəbul etmişdir.

Parlamentlərarası əlaqələr Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az . Bu işçi qrupu 13 dekabr 2005-ci il tarixində yaradılmış və ilk rəhbəri Ağacan Abıyev olmuşdur"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 13 dekabr 2005-ci il tarixli, 21-IIIQR nömrəli Qərarı. e-qanun.az . 4 mart 2016-cı il tarixindən də Ağacan Abıyev işçi qrupunun rəhbəridir.

İqtisadi əlaqələr Azərbaycanla Kuba arasında iqtisadi əlaqələr çox zəifdir və ticarət dövriyyəsi təxminən 1 milyon ABŞ dolları təşkil edir.

Əmtəə dövriyyəsi (min doll.) İlİxracİdxalÜmumi dövriyyəsi20130.007.97.920140.044.144.120155.868.874.620161.169.97120170.02223.27223.320180.01167.52167.5320200,10289,03289,13202119,79123,50143,29

İstinadlar

Həmçinin bax Azadlıq adasında (film, 1967) Azadlıq adasının elçiləri Azərbaycanda (film, 1968)

Xarici keçidlər Azərbaycandaki Kubanin səfirliyi Rəsmi sayti Cuba in Azerbaijan İkitərəfli münasibətlər