Əbdürrəhim İsayev (keçmiş adı: Radik; ) — 2010–2012-ci illərdə Rusiya yığmasının heyətində mübarizə aparan, 2012-ci ildən isə Azərbaycan yığmasının heyətində çıxış edən taekvondoçu. 2016-cı ildə Olimpiya Oyunlarının, 2015-ci ildə Dünya Çempionatının, 2015-ci ildə Avropa Oyunlarının, 2014-cü ildə isə Avropa Çempionatının qalibi olmaqla, dörd nüfuzlu turnirdə çempion olan yeganə Azərbaycanda yaşayan ləzgi idmançısıdır.

İsayev 2014-cü ilin mayında Azərbaycanda baş tutan Avropa Çempionatının qalibi olmaqla, birinci ciddi uğuruna imza atdı. Bir il sonra — 2015-ci ildə isə Rusiyada baş tutan Dünya Çempionatının qızıl medalını qazanmaqla, 14 ildən sonra bu idman növü üzrə Dünya Çempionatının qalibi olmağı bacaran birinci Azərbaycan idmançısı oldu. Həmin ilin iyununda isə o, Azərbaycanda baş tutan Avropa Oyunlarında da bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu.

2016-cı ildə isə İsayev ən ciddi uğuruna imza atdı. Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarının final görüşündə Niger nümayəndəsi Abdulraza İssufu üzərində 6:2 hesabı ilə qələbə qazanaraq Olimpiadanın qalibi oldu. Bununla da o, bu idman növü üzrə Olimpiadaların qalibi olan birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü.

2018-ci ildə Rusiyanın Kazan şəhərində baş tutan Avropa Çempionatının qalibi olmaqla, Niyaməddin Paşayevdən sonra 2 dəfə həmin turnirin qızıl medalına sahib olan birinci Azərbaycan idmançısı oldu.

Karyerası ərzində 66 beynəlxalq turnirdə mübarizə aparan İsayev, onların 15-də qızıl medala, 14-də gümüş medala, 16-da isə bürünc medala sahib olub. Open Turnirlərinin 8 dəfə qalibi olan İsayev, İslam Həmrəyliyi Oyunlarında bir dəfə qızıl 2017, bir dəfə 2013 isə bürünc medal qazanıb.

Radik İsayev Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Şöhrət" ordeni ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən isə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Həyatı Radik İsayev 1989-cu il sentyabrın 26-da Dağıstanın Axtı rayonunun Uxul kəndində anadan olub. Milliyyətcə ləzgidir.

Karyerası

2013-cü il: Dünya Çempionatında bürünc medal Radik İsayev 2013-cü ilin 2–11 aprelində Azərbaycan yığmasının heyətində İranda baş tutan təlim-məşq toplanışlarında oldu.

2013-cü ilin əsas turniri 15–22 iyulda Puebla şəhərində baş tutan Dünya Çempionatı oldu. İyunun 18-də turnirdə mübarizə aparacaq Azərbaycan yığmasının heyəti məlum oldu. Heyətə 24 yaşlı Radik İsayev də cəlb olundu. Dünya Çempionatından əvvəl Azərbaycan yığması Gürcüstanda baş tutan təlim-məşq toplanışlarında oldu. Radik İsayev Dünya Çempionatında iyulun 20-də çıxış etdi. 1/32 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə onun rəqibi Serbiya nümayəndəsi Dorde Marçetiç oldu. Həmin görüşdə Radik İsayev rəqibi üzərində 18:4 hesabı ilə inamlı qələbə qazandı və 1/16 final mərhələsinə adladı. Bu mərhələdə o, Norveç təmsilçisi Məhəmməd El-Hatri ilə üz-üzə gəldi. Həmin görüşdə 10:4 hesabı ilə qalib gələn Radik İsayev, turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Ermənistan nümayəndəsi Qenadi Arustamyan oldu. Bu görüşdə də qalib gələn tərəf Radik İsayev oldu və o, turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə Radik İsayev Yunanıstan nümayəndəsi Konstantinos Goltsios ilə üz-üzə gəldi. Həmin görüşdə o, rəqibi üzərində 10:5 hesabı ilə qələbə qazandı və Dünya Çempionatının yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Çin təmsilçisi Ma Jaoyonq oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Radik İsayev rəqibinə 2:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatının bürünc medalına sahib oldu. Bu onun beynəlxalq turnirlərdə qazandığı birinci ciddi uğur idi.

Daha sonra Radik İsayev 22–30 sentyabrda İndoneziyanın Palembanq şəhərində baş tutan III İslam Həmrəyliyi Oyunlarında mübarizə apardı və turnirin bürünc medalına sahib oldu.

2013-cü ilin sonuncu turniri İngiltərənin Mançester şəhərində baş tutan Dünya Qran-Prisi oldu. Dünya Çempionatının bürünc medalçısı olan Radik İsayev də həmin turnirdə mübarizə apardı. 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə onun rəqibi ABŞ nümayəndəsi Stiven Lambdin oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Radik İsayev rəqibinə 3:4 hesabı ilə məğlub oldu turnirdə mübarizəsini dayandırdı.

Radik İsayev 2013-cü ilin sonlarında Azərbaycan Çempionatında çıxış etdi və bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu.

2013-cü il ərzində Dünya Çempionatının bürünc medalına sahib olan Radik İsayev, Gənclər və İdman Nazirliyinin (GİN) versiyasına görə ilin ən yaxşı 10 idmançısından biri seçildi.

2014-cü il: Avropa Çempionatında qələbə Radik İsayev 2014-cü ilin 15–18 fevralında Misirin Əl-Üqsür şəhərində baş tutan "Egypt Open" beynəlxalq turnirində mübarizə apardı. Turnirin yarım-final mərhələsində Tunis nümayəndəsi Yasin Trabelsiyə 1:4 hesabı ilə məğlub olan Radik İsayev, "Egypt Open" beynəlxalq turnirinin bürünc medalına sahib oldu.

Daha sonra o, 24–26 fevralda İranın Tehran şəhərində baş tutan "Fajr Open" beynəlxalq turnirində çıxış etdi. Turnirin final görüşündə İran təmsilçisi Səccad Mərdaniyə qalib gələn Radik İsayev, "Fajr Open" beynəlxalq turnirinin qalibi oldu.

Radik İsayev növbəti uğuruna 15–16 martda Niderlandın Eyndhoven şəhərində baş tutan "Dutch Open" beynəlxalq turnirində imza atdı. Turnirin həlledici görüşündə Fransa nümayəndəsi M'Bar N'Diayeyə 2:3 hesabı ilə məğlub olan Radik İsayev, "Dutch Open" beynəlxalq turnirinin gümüş medalına sahib oldu.

thumb|360x360px|alt=|Radik İsayev 2014-cü ildə baş tutan Avropa Çempionatında 2014-cü ilin əsas turniri 1–4 mayda Azərbaycanda baş tutan Avropa Çempionatı oldu. İlin üç ayı ərzində beynəlxalq turnirlərdə üç medala sahib olan Radik İsayev, Azərbaycan yığmasının Avropa Çempionatında mübarizə aparacaq heyətinə cəlb olundu. Radik İsayev Avropa Çempionatında mayın 2-də çıxış etdi. 1/8 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə onun rəqibi Xorvatiya nümayəndəsi Nihola Bojo oldu. Həmin görüşdə Radik İsayev rəqibi üzərində 14:4 hesabı ilə inamlı qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə o, İsveç təmsilçisi Samuel Vestermar ilə üz-üzə gəldi və 14:0 hesabı ilə inamlı qələbə qazandı. Bununla da Radik İsayev Avropa Çempionatının yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi 2012-ci ildə Avropa Çempionatının qalibi, London Olimpiadasının isə bürünc medalına sahib olan Birləşmiş Krallıq nümayəndəsi Lutalo Məhəmməd oldu. Təcrübəli və titullu rəqibi ilə görüşdə Radik İsayev 14:5 hesabı ilə qalib gəldi və Avropa Çempionatının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə o, Fransa təmsilçisi M'Bar N'Diaye ilə üz-üzə gəldi. İsayev N'Diayeyə martda baş tutan "Dutch Open" beynəlxalq turnirində məğlub olmuşdu. Bu səfər isə Radik İsayev rəqibi üzərində 12:2 hesabı ilə qələbə qazandı və Avropa Çempionatının qalibi oldu.

Avropa Çempionatından sonra Radik İsayev, 4–6 iyulda Çinin Suju şəhərində baş tutan Dünya Qran-Prisində mübarizə apardı. Turnirin 1/16 final mərhələsi çərçivəsində baş tutan görüşdə o, Misir nümayəndəsi Məhəmməd Ayman ilə üz-üzə gəlməli idi. Amma ailə problemlərinə görə Radik İsayev həmin turnirdən çıxış edə bilmədi və WTF tərəfindən onun turnirdən uzaqlaşdırılması qərara alındı.

Daha sonra o, 28–31 avqustda Qazaxıstanın Astana şəhərində baş tutan Dünya Qran-Prisində çıxış etdi. Turnirin 1/8 final mərhələsində çərçivəsində baş tutan birinci görüşündə İtaliya təmsilçisi Karlo Molfettaya 3:4 hesabı ilə məğlub olan Radik İsayev, turnirdə mübarizəsini dayandırdı.

Radik İsayev Avropa Çempionatından sonra birinci uğuruna Ujraynada baş tutan "Ukraine Open" beynəlxalq turnirində imza atdı. Turnirin həlledici görüşündə İtaliya nümayəndəsi Karlo Molfettaya 2:3 hesabı ilə məğlub olan Radik İsayev, "Ukraine Open" beynəlxalq turnirinin gümüş medalına sahib oldu.

2014-cü ilin sonuncu nüfuzlu turniri İngiltərənin Mançester şəhərində baş tutan Dünya Qran-Prisi oldu. Avropa Çempionatının qalibi olan Radik İsayev də həmin turnirdə mübarizə apardı. 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə onun rəqibi 2008-ci Olimpiadasının bürünc medalına sahib olan Nigeriya nümayəndəsi Çija Çujvumerjie oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Radik İsayev rəqibinə 2:3 hesabı ilə məğlub oldu turnirdə mübarizəsini dayandırdı.

Radik İsayev 25–28 noyabrda Antalya şəhərində baş tutan Klublararası Avropa Çempionatında mübarizə apardı. "Gilan" TK üzvü olan Radik İsayev, turnirin final görüşündə Tunis nümayəndəsi Yasin Trabelsiyə məğlub oldu və turnirin gümüş medalına sahib oldu.

Daha sonra o, 28–30 noyabrda Antalya şəhərində baş tutan "Turkish Open" beynəlxalq turnirində çıxış etdi. Turnirin yarım-final mərhələsində Avstriya nümayəndəsi Əhməd Məhəmmədiyə 6:10 hesabı ilə məğlub olan Radik İsayev, "Turkish Open" beynəlxalq turnirinin bürünc medalına sahib oldu.

2014-cü il ərzində Avropa Çempionatının qalibi olan Radik İsayev, Gənclər və İdman Nazirliyinin (GİN) və "Azerisport" idman portalının versiyalarına görə ilin ən yaxşı 10 idmançısından biri seçildi.

2015-ci il: Dünya Çempionatında zəfər Radik İsayev 2015-ci ilin 12–15 fevralında Antalya şəhərində baş tutan "Turkish Open" beynəlxalq turnirində mübarizə apardı. Turnirin yarım-final mərhələsində Özbəjistan nümayəndəsi Cəsur Bayquziyevə 2:3 hesabı ilə məğlub olan Radik İsayev, "Turkish Open" beynəlxalq turnirinin bürünc medalına sahib oldu.

Daha sonra o, 26 fevral-1 martda Misirin Əl-Üqsür şəhərində baş tutan "Luxor Open" beynəlxalq turnirində çıxış etdi. Turnirin yarım-final mərhələsində Türjiyə nümayəndəsi Sərdar Yüsələ 12:2 hesabı ilə qalib gələn, final görüşündə isə Rusiya təmsilçisi Vladislav Larinə 5:8 hesabı ilə məğlub olan Radik İsayev, "Luxor Open" beynəlxalq turnirinin qalibi oldu.

Radik İsayev növbəti uğuruna bir həftə sonra — 6–10 martda Qətərin Doha şəhərində baş tutan "Qatar Open" beynəlxalq turnirində imza atdı. Turnirin yarım-final mərhələsində Avstraliya təmsilçisi Dafyod Sandersa 20:5, həlledici görüşündə isə Özbəjistan nümayəndəsi Cəsur Bayquziyeva 6:1 hesabı ilə qalib gələn Radik İsayev, "Qatar Open" beynəlxalq turnirinin qızıl medalına sahib oldu. Bununla da o, bir həftə ərzində həm Misirdə, həm də Qətərdə beynəlxalq turnirlərin qalibi olmaqla özündən söz etdirdi.

Radik İsayev növbəti uğuruna 12–15 martda Niderlandın Eyndhoven şəhərində baş tutan "Dutch Open" beynəlxalq turnirində imza atdı. Turnirin yarım-final mərhələsində 2008-ci il Olimpiadasının bürünc medalına sahib olan Cənubi Koreya nümayəndəsi Ça Donq-Minə 5:11 hesabı ilə məğlub olan Radik İsayev, "Dutch Open" beynəlxalq turnirinin bürünc medalına sahib oldu.

2015-ci ilin 26–30 martında Rusiyada Avropa Çempionatı baş tutdu. Həmin turnirdə mübarizə aparan Radik İsayev, 1/8 final mərhələsində Polşa nümayəndəsi Petro Xatovsxini 12:2, 1/4 final mərhələsində isə Ujrayna təmsilçisi Danil İqnatiyanı 10:4 hesabların ilə məğlub etdi və çempionatın yarım-final mərhələsinə aldadı. Bu mərhələdə o, Serbiya nümayəndəsi Marho Curiçinadan üstün oldu və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə Radik İsayev Rusiya təmsilçisi Vladislav Larinə 5:18 hesabı ilə məğlub oldu və turnirin gümüş medalına sahib oldu.