Ayxan Mamayev () — Əslən Axısqa türkü olan Azərbaycan karateçisi. Azərbaycan çempionu, gənclər arasında Avropa və Dünya çempionu, Avropa Oyunlarının qızıl medalçısı, III və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı.

Həyatı Ayxan Mamayev 3 dekabr 1991-ci ildə Bakı şəhərində anadan olub. O, ali təhsilini Bakı Dövlət Universitetində alıb.

Karyerası İlk dəfə karate ilə 7 yaşında məşğul olmağa başlamışdır. İlk medalı (bürünc) 6 ay sonra qazanmışdır. İlk dəfə 2008-ci ildə 17 yaşında Azərbaycan çempionu olmuşdur. 2011-ci ildə Malaziyada (Melaka) 19 yaşında −78 kq. gənclər arasında dünya çempionu olmuşdur. 2012-ci ildə Bakıda (20 yaşında) −78kq. gənclər arasında Avropa çempionu olmuş və böyüklərə keçmişdir. 2012-ci ildə İspaniyada (Tenerife) −84 kiloda ilk böyüklər yarışında Avropanın gümüş medalçısı olmuşdur. 2012-ci ildə Fransada (Paris) Dünya Çempionatının bürünc mükafatçısı olmuşdur. Həmin ildə ilin 10 idmançısı sırasına girmişdir. 2013-cü ildə İndoneziyada (Palembang) 3. İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmışdır. 2014-cü ildə sol dizindən əməliyyat olmuşdur. Ayxan Mamayev, 2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatıldı. −84 kiloqram çəki dərəcəsində çıxış edən Ayxan Mamayev, final görüşündə, Yunanıstan nümayəndəsi Geoegios Tzanosu 1:1 hesabı ilə məğlub etdi və I Avropa Oyunlarının qızıl medalına sahib oldu.

Bu uğuruna görə Ayxan Mamayev, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Şöhrət" ordeni ilə təltif edildi.

Ayxan Mamayev, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. −84 kiloqram çəki dərəcəsində çıxış edən Ayxan Mamayev, finalda görüşündə, Türkiyə nümayəndəsi Alparslan Yamanoğlunu 1:0 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib oldu.

Həmçinin bax Azərbaycan 2013 İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 2015 Avropa Oyunlarında Azərbaycan 2017 İslam Həmrəyliyi Oyunlarında

İstinadlar

Kateqoriya:2013 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:2015 Avropa Oyunlarında karateçilər Kateqoriya:2015 Avropa Oyunlarında qızıl medal qazananlar Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında karateçilər Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:Karate üzrə Avropa Oyunları medalçıları Kateqoriya:Karate üzrə Dünya Çempionatı medalçıları Kateqoriya:Azərbaycan karateçiləri Kateqoriya:Axısqa türkləri