2015 Ermənistan etirazları — 17 iyun 2015-ci ildə Ermənistanda başlayan etirazlardır. Etirazların əsas səbəbi elektrik tarifinin artımıdır.
Haqqında Etirazçılar hökumətdən avqustun 1-dən evlərə verilən elektrik enerjisi qiymətlərinin 17-22 faiz artırılması qərarını dəyişməyi tələb etdilər. Ermənistanın elektrik şəbəkəsinin sahibi Rusiya şirkətidir. Şirkət deyir ki, qiymətlərin qalxması zəruridir, çünki Ermənistan milli valyutası olan dramın dəyəri aşağı düşüb. Şəhər meydanlarına toplaşan yerli əhali Rusiyanın Ermənistan ərazisində olan çoxsaylı sülhməramlı bazalarını "işğal" adlandırıblar. Ermənilər həmçinin Rusiyanın atom stansiyası, dəmir yolları, bir neçə elektrik stansiyası və digər strateji mühüm obyektlərə nəzarət etməsinin də "işğal" olduğunu hesab edirlər. Küçələrə çıxan insanlar əllərində "Biz erməniyik, öz ölkəmizin sahibi!" şüarının yazıldığı plakatlar tutublar. Həmçinin bax İstinadlar
Xarici keçidlər
Armenians resume energy price protests, defying police
Kateqoriya:2015-ci ildə Ermənistan Kateqoriya:2015-ci ildəki hadisələr Kateqoriya:Ermənistanda etiraz aksiyaları Kateqoriya:2015-ci ildəki etiraz aksiyaları