Anjela Doroqan () — 2007–2009-cu illərdə Moldovanı, 2010–2018-ci illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi, Avropa Oyunlarının qalibi.
Karyerası Anjela Doroqan birinci ciddi uğurunu 2009-cu ildə qazandı. Doroqan yeniyetmələr arasında Avropa Çempionatının gümüş medalının sahibi oldu. Bu uğur Anjela Doroqan 2009-cu ilə qədər Moldova yığmasında sahib olduğu yeganə uğur idi. Daha sonra, Azərbaycan yığmasında çıxış edən Anjela Doroqan müxtəlif beynəlxalq yarışlarda medallar qazandı.
Anjela Doroqan 2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatıldı. O, 53 kiloqram çəki dərəcəsində 1/8 final mərhələsində Türkiyəli Mərvə Kəngəri 8:2, daha sonra isə Macarıstanlı Mercedesz Denesi 4:0 və Moldovalı Nataliya Budunu 7:2 hesabları ilə məğlub etdi və finala adladı. Finalda Polşa güləşçisi Roksana Zasina ilə üz-üzə gələn Anjela Doroqan 3:2 hesablı qələbə qazandı və I Avropa Oyunlarının çempionu oldu.
Anjela Doroqan Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edildi.
İstinadlar
Kateqoriya:Moldovanın qadın güləşçiləri Kateqoriya:Azərbaycanın qadın güləşçiləri Kateqoriya:2015 Avropa Oyunlarında güləşçilər Kateqoriya:2015 Avropa Oyunlarında qızıl medal qazananlar