Kadyak adası () — ABŞ Alyaska ştatı ərazisində yerləşir. Sahəsi 9.300 km² təşkil edir. Ada Alyaska yarımadasının şərqində yerləşir. Kodyak adı eskimos dilindən tərçümədə "iti" mənasını verir.
Coğrafiya Kadyak arxipelaqının ən iri, Amerika Birləşmiş Ştatlarının ikinci adasıdır. Ada Alyaska yarımadasından Şelixov boğazı ayırır. Kadyak adası demək olar ki bütünlüklə dağlıqdır. Ən hündür nöqtəsi isə 1353 metrdir.
Kadyak adasından şimalda nisbətən iri Afoqnak, cənub-qərbdə isə Torisı adası yerləşir.
Kadyak adası eyni adlı Kadyak ayısının vətənidir.
Tarixi Kadyak adası Koniaqa qəbiləsinin tarixi torpağıdır. Onun əhalisi ilk əvvəllər ovçuluq, balıqçılıq və yığıçılıqla məşğul olmuşlar. Adaya ilk gələnlər ruslar olmuşdur. Bura təşkil edilən ilk ekspedisiyaya Qriqori Şeloxov rəhbərlik etmiişdir. Rusların burada ilk məskənləri Üç Müqəddəs buxtası sahilində 1784-cü ildə salınır. 1867-ci ildə Alyaskanın ABŞ-yə satılmasından sonra əraziyə Amerikada insanlar axın edir.
Novarupt vulkanının təsiri Adadan 160 km şimal-şərqdə Novarupta vulkanı yerləşir. 1912-ci ildə baş vermiş və 60 saat davam edən güclü püskürmə nəticəsində ağır fəsadlar törətmişdir. Ada üzərini qalın kül təbəqəsi örtmüş, sular içilməz hala gəlmiş, sıx duman görünməni məhdudlamdırmaqla yanaşı nıfəs almanı çətinləşdirmişdir.
Əhalisi Adanın əhalisi 13,592 (2010)nəfər təşkil edir. Adada əsasən İnuitlər yaşayır. Əsas yaşayış məntəqəsi Kadyak şəhəridi, adanın şimal-şərqində yerləşir.
Nəqliyat və komanavtika Kadyak adasında aeroport fəliyyət göstərir. Bundan əlavə burada Nasanın Kadyak kosmodromu vardır. Buradan bir sıra uçuşlar həyata keçirilir.
İstinadlar
Mənbə Official Kodiak Island website Kodiak Alaska local news
Kateqoriya:Kadyak arxipelaqı Kateqoriya:Sakit okeanın adaları Kateqoriya:ABŞ adaları