Çubuxlu — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Sevan rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 15 km məsafədə, Göyçə gölünün yanında, İrəvan-Dilican yolunun üstündə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.53, Qafqazın 5 verstlikПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.288 qeyd edilmişdir.

Toponim çubuqlu türk etnonimiMəmmədov H. «Dəftəri - müfəssəli əyaləti Tiflis»də yer adları. - Azərbaycan filologiya məsələləri, II bur., Bakı, «Elm», 1984. s.160 əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dzovagyuğ (Gölkənd) qoyulmuşdur.

Əhalisi İstinadlar

Kateqoriya:Göyçə kəndləri