Bokkoni Universiteti və ya tam adı Luici Bakkoni adına Kommersiya Universiteti () — İtaliyanın Milan şəhərində yerləşən ali təhsil müəssisəsi; biznes sahəsi üzrə ixtisaslaşan məşhur ali təhsil ocaqlarından biri. Bokkoni Universiteti dünyanın ən nüfuzlu universitetlərindən biri kimi qəbul edilir və Milanın tarixi mərkəzindəki Viale Bligny yerləşir .

Tarixi Universitet 10 noyabr 1902-ci ildə fəaliyyətə başlamışdır. thumbnail|Luici Bakkoni Universitet məşhur biznesmen və xeyriyyəçi Ferdinand Bokkoninin oğlu Luici Bakkoninin şərəfinə belə adlandırılmışdır.Bocconi universiteti . banker.az, 11.06.2015 Həmçinin bu ali təhsil müəssisəsi həmin biznesmenin maliyyələşdirməsi sayəsində yaradılmışdır. Sahibkar Birinci İtaliya-Həbəşistan müharibəsi zamanı 1 mart 1896-cı ildə Adua döyüşündə həlak olmuş oğlu Luicinin adını şərəfləndirmək və yaşatmaq qərarına gəlmişdi. Bu döyüşlərdə İtaliya Həbəşistana tam məğlub olaraq 11 mindən çox insan itirmişdir.

Bu ali məktəb İtaliyada məzunların iqtisadçı diplomu əldə etdiyi ilk təhsil müəssisəsi idi.

Fəaliyyəti Ferdinand Bokkoni tərəfindən yaradılan universitet italyan iqtisadiyyatını irəli çəkə bilən mütəxəssislərin yetişdirilməsi məqsədilə fəaliyyət göstərir. Universitet həmçinin real dünya, innovasiyalar və intellektual azadlıq prinsipləri əsasında təşkil edilmişdir. thumbnail|SDA Bokkoni Menecment məktəbinin binası Universitetdə iqtisadiyyat, menecment və digər ixtisaslar üzrə bakalavr, magistr və elmlər doktoru (PhD) dərəcəsi almaq mümkündür. MBA diplomuna isə SDA Bokkoni Menecment məktəbində təhsil almaqla əldə edilə bilər. Bundan əlavə, universitet ixtisasın artırılması və biznesin müxtəlif növləri üzrə yüzlərlə proqram təklif edir.

Əcnəbi tələbələr üçün təhsil imkanları Bokkoni Universitetinin əcnəbi tələbələr üçün əlavə cəlbedici cəhəti tək italyan dilində deyil, ingilis dilində də tədrisin aparılması, həmçinin təqaüdün əlçatan olmasıdır.

Reytinqi "Vol Strit" jurnalının () apardığı reytinq sıralamasına görə dünyada fəaliyyət göstərən 20 ən yaxşı biznes ali məktəbi sırasına daxil olub.Bəşarət Məmmədov, Dilrubə Bayramova, Dünya təhsili: İtaliyanın təhsil sistemi , "Azərbaycan müəllimi" qəzeti, 13.01.2012, № 02.

Bokkoni Universiteti əsasən "İqtisadiyyat" və "Maliyyə" ixtisasları üzrə təqdim etdiyi diplomalara görə yüksək qiymətləndirilir. SDA Bokkoni Menecment məktəbi isə Avropanın ən yaxşı biznes məktəblərinin onluğuna daxildir.

Məşhur məzunları Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar: Mario Monti — İtaliyanın sabiq baş naziri; Klarens Zeedorf — Niderlandlı keçmiş futbolçu; Alessandro Profumo — banker.

Həmçinin bax

SDA Bokkoni Menecment məktəbi

İstinadlar

Xarici keçidlər

SDA Bocconi School of Management Bocconi Alumni Association New York Website Campus Bocconi - Official Site International Students at Bocconi Website Practical information for incoming students Bocconi Chinese Students Association Website

Kateqoriya:İtaliya universitetləri Kateqoriya:1902-ci ildə yarananlar Kateqoriya:10 noyabrda yarananlar Kateqoriya:Milanda təhsil