“Fifty Shades of Grey: Original Motion Picture Soundtrack” — E.L. Ceymsin eyni adlı romanı əsasında 2015-ci ildə istehsal edilmiş “Bozun 50 çaları” filminin “Republic Records” tərəfindən 10 fevral 2015-ci ildə çıxarılmış film musiqisi albomudur. Hazırlanması

Albom haqqında danışıqlara çıxış tarixindən iki il əvvəl, filmin çəkiləcəyi elan edildiyi vaxtdan başlanmışdı. Universal studiyasının film musiqisi və yayımı üzrə prezidenti Mayk Knoblox deyir: “Biz həqiqətən də, musiqinin filmin özəyi olmasını istəyirdik. Planlaşdırırdıq ki, mümkün qədər original material yaradaq, film musiqiləri həm sözləri həm də musiqiləri ilə kitabın məzmununu ifadə etsin.”

Beyonse filmlə maraqlanan ilk musiqiçilərdən biri olmuşdur. Knoblox deyir: “O, fikirləşirdi ki, karyerasında nəsə gözəl bir addım ata bilər və ya öz brendi üçün irəliləyiş edə bilər.” Sia Knoblox və musiqi rəhbəri Dano Dano tərəfindən filmdə işə cəlb edilmişdi: “İki əsas qəhrəman arasında ilk dəfə intim yaxınlaşmanın baş verdiyi səhnə filmin ən mühüm anlarından biridir. Sia bizim üçün mahnını ifa etdi və biz dedik ki: “Bu çox yaxşıdı, lakin, bundan daha yaxşısı və ya daha güclü nəsə etmək mümkündürmü?” Sonda biz işi onun öhdəsinə buraxaraq film üçün yaxşı mahnı yazmasını xahiş etdik.” “The Weeknd” layihənin lap əvvəlindən ona qoşulmuş musiqiçilərdən biridir. “Republic Records”un meneceri Tom Makkey qeyd edir ki, “O, müxtəlif səhnələr üçün bir neçə mahnı üzərində işləyirdi. Bəziləri üzərində iş davam etdirildi, bəziləri üzərində isə yox. Lakin o işə davam etdi və sonda “Earned It” mahnısını yazdı ki, bu da onun yaradıcılığında həmin vaxta kimi yazılmış ən böyük mahnı idi. Bu, filmdə iki dəfə istifadə olunmuş yeganə mahnıdır.”

12 yanvar 2015-ci ildə E.L.Ceyms film musiqisi albomunun 10 fevral 2015-ci ildə çıxarılacağını elan etmişdi.

Sinqllar

Film musiqisi albomunun çıxarılmasından əvvəl iki sinql çıxarılmışdı. “The Weeknd” qrupunun ifasında “Earned It” mahnısı albomun ilk sinqlı kimi 23 dekabr 2014-cü ildə çıxarılmış və “Billboard Hot 100” hit-paradında üçüncü yerə kimi yüksəldilmişdir. Elli Qoldinqin ifasında “Love Me like You Do” mahnısı albomun ikinci sinqlı kimi 7 yanvar 2015-ci ildə çıxarılmış və albomun ən yaxşı sinqlı kimi “UK Singles Chart” da daxil olmaqla 16 ölkənin milli hit-paradında birinciliyə, ə “Billboard Hot 100” hit-paradında isə üçüncü yerə yüksəlmişdir. Qoldinq və “The Weeknd”in mahnılarının ilk onluğa daxil olması ilə “Bozun 50 çaları” film musiqisi albomu eyni vaxtda iki sinql ilə təmsil olunan son albom olmuşdur.

Təbliğat sinqlları

Sianın ifasında “Salted Wound” mahnısı ilk təbliğat sinqlı kimi 27 yanvar 2015-ci ildə çıxarılmışdır. Digər iki təbliğat sinqlı – Vaultsun “One Last Night” mahnısı və Skaylar Qreyin "I Know You" mahnısı 3 fevral 2015-ci ildə çıxarılmışdır. Brüs Sprinqstinin "I'm on Fire" mahnısının “Awolnation” tərəfindən ifa olunmuş koveri dördüncü təbliğat sinqlı kimi 9 fevral 2015-ci ildə çıxarılmışdır.

Qəbulu

Gəlir göstəriciləri

258.000 nüsxə ilə (210.000 ənənəvi albom) satılan albom, “Billboard 200” hit-paradında Dreykin “If You're Reading This It's Too Late” albomundan sonra ikinci yerdə debüt etmişdir. 2015-ci ilin martına kimi albom təkcə ABŞ-da 516.000 nüsxə ilə satılmışdı.

Kanadada 18.000 nüsxə ilə satılan albom “Canadian Albums Chart”da ikinci yerdə debüt etmişdir.

Tənqidçilərin mövqeyi

Film daha çox qarışıq rəylər alsa da, film musiqisi albomu musiqi tənqidçiləri tərəfindən əsasən müsbət rəylər almışdır. “Metacritic”də 7 rəy əsasında albom 100 xaldan 65 xalla qiymətləndirilir. “Billboard” jurnalından Kennet Partric albomu beş ulduzdan üç ulduz yarımla qiymətləndirir və deyir ki, “albom ağıllı şəkildə müasir tələblərə uyğunlaşdırılmışdır”. “Rolling Stone” jurnalından Çak Arnold albomu “Alatoran” və “Aclıq Oyunları” filmlərinin musiqi albomları ilə müqayisə edir və bildirir ki, “The Weeknd”in “Earned It” mahnısı alboma “Bond əhval-ruhiyyəsi gətirir”. “AllMusic”dən Stefan Tomas Erlvayn alboma qarışıq rəy verərək, onu “istənilən romantik gecə üçün əlverişli” ifadəsi ilə təsvir edir. “New York Daily News”dab Cim Ferber də alboma qarışıq rəy verərək qeyd edir ki, “mahnıların sözləri “romantik seks”dən xəbər verərək, albomun “incə istehsal planlaşdırması”nı nəzərə çatdırır. “ABC News”dan Allan Reybl albomu “boğucu elekto-pop bluz kolleksiyası” kimi təsvir edir, lakin, köhnə mahnıların da alboma daxil edilməsini tənqid edir. “Los Angeles Times”dan Mikayıl Vud albomu “güclü” adlandırsa da, albomun midtempo mahnılarını tənqid edir, həmçinin albomun gəlir göstəricilərini Teylor Sviftin “1989” albomu ilə müqayisə edir.

Kompozisiyaların siyahısı

Heyət

Albomun hazırlanmasında iştirak edənlərin siyahısı “AllMusic”dən götürülmüşdür.

Qrehem Arşer - əlavə istehsalçı, proqramlaşdırıcı AWOLNATION – müğənni Əhməd Balşe – bəstəkar Stiv Bartek – orkestrasiya Conatan Martin Berri – gitara Beyonse – müğənni Cey Biknell – mühəndis, proqramçı Elison Bjorkdal – arfa, instrumentasiya, proqramçı Simon Blur – gitara, dilli alətlər Buts – bəstəkar, mühəndis, instrumentasiya, prodüser, remix prodüseri, simli alətlər üçün aranjiman, vocal fon. Riçard Bruk – zərb alətləri Sendi Brummels – albom dizaynı və qablaşdırma dizaynı. Aaron Bruno – instrumentasiya, miksinq, müğənni, prodüser, proqramçı Devid Bukovinski – violonçel Pol Buşnell – bass Mattias Baylund – montajçı, mühəndis, simli alətlər aranjimanı, simli alətlər Piter Karlsson – vocal montaj, vocal fon Şoun Karter – bəstəkar Deyv Kavana – prodüser Maykl Çaves – gitara, instrumentasiya, omnikord, proqramçı Adam Kristqau – instrumentasiya, perkussiya, proqramçı Filip Koen – kommersiya işləri üzrə musiqi meneceri Si Koleman – bəstəkar Martin Kuki – mühəndis Ceyson Kuper – zərb alətləri, instrumentasiya, proqramçı Riç Kosti – miksinq Mayk Din – bəstəkar, zərb alətləri, mühəndis, gitara, dilli alətlər, miksinq, prodüser, proqramçı Maykl Daymond – remix Derek Diksi – miksinq məsləhətçisi Cerald İton – bəstəkar Denni Elfman – bəstəkar, prodüser Mayk Fennel – mühəndis Simon Finç – truba Nikola Furniye – mühəndis Robin Fredriksson – vocal fon Vanessa Fribeyrn-Smit – violonçel Barnabas Friman – bəstəkar Barni Friman – prodüser, proqramçı Sia Furler – bəstəkar, instrumentasiya, proqramçı, müğənni Brayan Qardner – mənimsəmə Serban Ginea – miksinq Amanda Qost – bəstəkar Oskar Görres – vocal fon Elli Qoldinq – müğənni Skaylar Qrey – bəstəkar,. Müğənni Con Hans – mühəndis Riç Harrison – bəstəkar Cey Havkins – bəstəkar Emili Hayni – bəstəkar, prodüser Din Fit – prodüser Castin Herget – miksinq assistant Kris Hill – bass gitara Hit-boy – zərbli alətlərin proqramlaşdırması Sem Holland – mühəndis Oskar Holter – vocal fon İvan Hassi – violonçel Stefan Hassi – orkestrasiya, viola, skripka Devonte Haynis – bəstəkar Mik Cagger – bəstəkar, vocal, vocal fon Mattias Yohansson – skripka Cessika Kelli – tərtibçi rəssam, qablaşdırma dizaynı Mayk Knoblox – musiqi üzrə cavabdeh şəxs

Beyonse Noulz – bəstəkar, prodüser, vocal prodüser Savan Koteça – bəstəkar, vokal fon Oliver Kraus – violonçel, bəstəkar, instrumentasiya, prodüser, proqramçı Ceyms Krausse – miksinq assiasntı Mattias Larsson – vokal fon Karolin Li – bəstəkar Enni Lennoks – müğənni, perkussiya, piano, simli alətlər aranjimanı Raşel Levi – musiqi rəhbəri Tom MakKey - A&R Bleyk Mars – mühəndis assisantı Marqot – simli alətlər aranjimanı Maks Martin – bass, bəstəkar, zərb alətləri, dilli alətlər, perkussiya, prodüser, proqramçı, vokal fon Toni Mazerati – miksinq Stefan Mokkio – aranjimançı, bəstəkar, dilli alətlər, pianino, prodüser, proqramçı Yoad Nevo – miksinq Tove Nilsson – bəstəkar Evin O’Kliri – mühəndis assisantı Deyv Okumu – bəstəkar, mühəndis, instrumentasiya, prodüser, proqramçı Ali Payami – bass, bəstəkar, zərb alətləri, dilli alətlər, perkussiya, prodüser, proqramçı, vokal fon Bliti Pepino – bəstəkar, prodüser, proqramçı Ceyson DaHeala Kuinvill – bəstəkar, mühəndis, prodüser, vokal mühəndis Ejen Rekord – bəstəkar Deyv Reytzas – miksinq Keyt Riçards – bəstəkar, gitara, vokal, vokal fon Remon Rivas – mühəndis, miksinq assiasntı Erik Robinson – mühəndis Keyt Robinson – skripka The Rolling Stones – müğənni İlya Salmanzadə - bəstəkar, vokal fon Dana Sano – film musiqisi prodüseri Sia – müğənni Co Silverston – violonçel Frenk Sinatra – müğənni Noy Snayder – mühəndis, miksinq Lüdviq Süderberq – vokal fon Brüs Sprinqstin – bəstəkar Erik Stinman – mühəndis, miksinq Mayk Stivens – gitara, dilli alətlər, miksinq, orqan, proqramçı, simli alətlər aranjimanı Cordan Stilvel – mühəndis Rob Suçeki – mühəndis assisantı Patrisiya Sullivan – mənimsəmə Sin Tallman – mühəndis Abel Tesfaye – bəstəkar, vokal Nikol Tomson – trombon Urban Soul Orkestrı – sili alətlər mühəndisi Vaults – müğənni Ben Vella – prodüser, proqramçı Bencamin Vella – bəstəkar Cessika Vare – bəstəkar Cessi Vare – müğənni Çarli Uatts – zərb alətləri The Weeknd – müğənni Laura Uelş – bəstəkar, müğənni Brayan Vest – bəstəkar Stüart Vayt – mühəndis, miksinq, vocal mühəndis Nil Uilkinson – zərb alətləri Ron Vud – gitara, vocal, vocal fon Bill Vayman – bas gitara

Hit-paradlar və sertifikatlar

Hit-paradlar Hit-parad(2015)Yüksəldiyi yer Argentinian Albums (CAPIF) To view the chart position Select '2015' and 'Febrero'. 4Brazilian Albums (ABPD)5Greek Albums (IFPI)2Irish Compilation Albums (IRMA)1Italian Compilation Albums (FIMI)2Japanese Albums (Oricon)184Mexican Albums (AMPROFON)1Russian Albums (2M)1

Sertifikatlar

İstinadlar

Kateqoriya:50 çalar trilogiyası Kateqoriya:Film musiqiləri Kateqoriya:2015-ci ilin musiqi albomları Kateqoriya:2015-ci ilin saundtrekləri Kateqoriya:Republic Records saundtrekləri Kateqoriya:50 çalar