Zöhrablı (Mrqanuş) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002.

Tarixi Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Kəndin digər adı Zorbalı olmuşdurQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.48. "İrəvan əyalətinin icmal dəftəri"ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.75 qeyd edilmişdir.

Toponim qaşqay türk tayfasından olan zöhrablı nəsil adı əsasındaİbrahimov (Şahin) T. Ə. Qaşqaylar, Bakı, "Elm", 1988. s.39 əmələ gəlmişdir. Patronomik toponimdir. Quruluşca sadə toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20. VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Mrqanuş qoyulmuşdur.

Əhalisi Burada tarixən azərbaycanlılar yaşamışdır.

1828–30-cu illərdə kəndə İrandan köçürülən ermənilər yerləşdirilmiş və azərbaycanlılar deportasiya olunmuşdur.

İstinadlar

Kateqoriya:Gərnibasar kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri