Mien () — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adaları və Sverdrup adaları qrupuna daxildir. Hal-hazırda adada həyat yoxdur (2012).

Coğrafiyası left|thumb|Mien adası. Adanın sahəsi 955 km², sahil xətdinin uzunluğu 188 km təşkil edir. Adanın uzunluğu 57 км (şimaldan cənuba), eni isə 14 km - 26 km arasənda dəyişir. Arxipelaqın digər adaları kimi adada hündürlük yüksək deyildir. Düzənliyin hündürlüyü 80 metr təşkil edir. Ada üzəri buz örtüyünə malikdir. Onun şərq sahillərindən 5 km daxili hissədən başlayır. 17,5 km uzunluğa və 8,5 km enə malikdir. Buzların qalınlığı 160 metr təşkil edir. Ən hündür nöqtəsində hündürlük buz qatı ilə birlikdə 260 m təşkil edir.

Mien adası Kanada Artik arxipelaqının şimal-qərbində yerləşir. Sverdrup boğazı adanı onda 41 km şərqdə yerləşən Aksel-Heyberq adasında ayırır. Piri boğazı isə adanı 88 km cənub-qərbdə yerləşən Ellef-Rinqnes adasında ayırır. Qərb və şimal sahillərini Şimal Buzlu okeanın suları yuyur.

Tarixi Ada 1916-cı ildə Vilyalmur Stefanson tərəfindən Kanada arktik ekspedisiyası kəşf edilir. Bir müddət sonra ada Kanadanın baş vaziri (1920-1921, 1926) olmuş Artur Meyenenin şərəfinə adlandırılmışdır.

İstinadlar

Kateqoriya:Kanada adaları Kateqoriya:Şimal Buzlu okeanın adaları Kateqoriya:Kanada Arktik arxipelaqı Kateqoriya:Şimal Buzlu okeanın yaşayış olmayan adaları