Nadir Əli Əhmədov () — Azərbaycan Respublikasının rabitə naziri (1997–2004).
Həyatı Nadir Əli Əhmədov 1940-cı ildə anadan olmuş, 1957-ci ildə Şəki şəhər 10 saylı məktəbini qurtarmışdır. 1960-cı ildə Bakı Rabitə Elektrotexnikumunu, 1965-ci ildə Odessa Elektrotexniki İnstitutunu Elektrik Rabitəsi mühəndisi ixtisası üzrə bitirmişdir. 1968–70-ci illərdə Sovet Ordusunda xidmət etmişdir. 1960–1985-ci illərdə Bakı telefon şəbəkəsində texnik, mühəndis, sex rəisi, stansiya xidməti rəisi, baş mühəndis, 12 il rəis, 1985-ci ildən 12 il Rabitə nazirinin müavini və 1997-ci ildən 7 il Rabitə naziri vəzifəsində işləmişdir. 50-dən çox səmərələşdirici təklifin, bir ixtiranın, beş texniki kitabın, çoxsaylı məqalələrin müəllifidir.
Dövlət və ictimai işlərdə xidmətlərinə görə "Şərəf nişanı" ordeni ilə təltif olunmuş, SSRİ Rabitə Nazirliyinin "Rabitə ustası" adına, Respublikanın "Əməkdar rabitəçisi" fəxri adına, MDB Dövlətlərinin Assambleyasında qızıl medala və xüsusi diploma layiq görülmüşdür.
1979–1987-ci illərdə Bakı şəhər Xalq Deputatları Sovetinə deputat seçilmişdir.
Qarabağ müharibəsinin veteranıdır. Adam 1985-ci ildən 1997-ci ilə qədər nazir müavini olube. Bu nətər müharibə veteranı vəsiqəsi alıb? Bildim o 1941-45-ci illərdə olan müahribənin veteranıdır. Həmin müharibədə iştirak edib demək 10 yaşında
Abşeron rayonunun və Mingəçevir şəhərinin fəxri vətəndaşı olmuşdur. Evlidir, 3 övladı və 3 nəvəsi var.
N. Əhmədov Bakı telefon şəbəkəsinə rəhbərlik etdiyi dövrdə telefonların sayı 2,5 dəfə artmış, telefonun keyfiyyətli işləməsinə, rüşvətxorluğun aradan qaldırılmasına, şəffaflığa nail olmuşdur. Rabitə nazirinin müavini vəzifəsində işlədiyi dövrdə Respublikanın rabitə sisteminin inkişafında böyük xidmətləri olmuşdur. Məlum Qarabağ hadisələri başlanan vaxtdan (1988–1992) müntəzəm olaraq Qarabağa getmiş, çətin şəraitdə azərbaycanlıların qorunması, onların təhlükəsizliyinin təmin olunması, hərbi hissələrin və yaşayış məntəqələrinin telefonlaşdırılması ilə məşğul olmuşdur. Həmin illərdə həyatını dəfələrlə təhlükəyə qoymuş və son dərəcə riskli anlarla rastlaşmışdır. Xocalını radiotelefonlarla təmin etdiyinə görə SSRİ-nin prokurorluq orqanlarının təzyiqlərinə və istintaqa cəlb olunmuşdur.
İstinadlar
Kateqoriya:Azərbaycan ssenaristləri