Amber şahmat turniri (rəsmi adı ilə ) — 1992-2011-ci illərdə keçirilmiş illik şahmat turniri. Turnirə ancaq dəvət yolu ilə dünyanın ən yaxşı şahmatçıları iştirak edirdilər. 1993-cü ildə keçirilən ikinci turnirdən etibarən gözübağlı şahmat və sürətli şahmat da turnirin proqramına salınmış və turnirin özü Monakonun paytaxtı Monte Karlo şəhərində keçirilməyə başlanmışdır. Turnirin sponsoru qiyabi şahmat üzrə dünya çempionu olmuş holland biznesmen Yup Van Osterom olmuşdur. Onun qızının şərəfinə adlandırılmış bu turnirin ilin mart ayında təşkil olunurdu. Van Osteromun bacısı da öz adını Kristal Kelli şahmat turnirinə vermişdir.

Turniri ən çox Vladimir Kramnik qazanmışdır. (6 dəfə) Vişvanatan Anand yeganə şahmatçıdır ki, eyni turnirdə həm sürətli şahmat, həm də gözübağlı şahmat turnirlərinin qalibi olub. (Bunu iki dəfə etmişdir: 1997 və 2005-ci ildə) Sürətli şahmatda ən çox qalib gələn Anand (9 dəfə), gözübağlı şahmatda isə ən çox qalib gələn Kramnikdir. (9 dəfə)

Harri Kasparovdan başqa turnirdə bir çox məşhur sima iştirak etmişdir. Vasili İvançuk bütün mövsümlərdə iştirak etmiş yeganə şahmatçıdır.

Turnirin sonuncu — 20-ci mövsümü 2011-ci ildə baş tutmuşdur.

Qaliblər # İl Qlibi Sürətli şahmat qalibi Gözübağlı şahmat qalibi 1 1992 Vasili İvançuk keçirilmədi 2 1993 Lyubomir Lyuboyeviç Lyubomir Lyuboyeviç Vişvanatan Anand Anatoli Karpov 3 1994 Vişvanatan Anand Vişvanatan AnandVladimir Kramnik Vişvanatan Anand 4 1995 Anatoli Karpov Anatoli Karpov Vladimir Kramnik 5 1996 Vladimir Kramnik Vişvanatan AnandVasili İvançuk Vladimir Kramnik 6 1997 Vişvanatan Anand Vişvanatan Anand Vişvanatan Anand 7 1998 Aleksey Şirov Vladimir Kramnik Vasili İvançuk Aleksey Şirov Vladimir Kramnik 8 1999 Vladimir Kramnik Vişvanatan Anand Vladimir Kramnik Aleksey Şirov Veselin Topalov 9 2000 Alexey Şirov Aleksey Şirov Vladimir Kramnik 10 2001 Vladimir Kramnik Veselin Topalov Boris QelfandVladimir Kramnik Veselin Topalov 11 2002 Aleksandr Morozeviç Boris Gelfand Aleksandr Morozeviç 12 2003 Vişvanatan Anand Yevgeni Bareyev Vladimir Kramnik 13 2004 Aleksandr Morozeviç Vladimir Kramnik Vişvanatan Anand Aleksander Morozeviç 14 2005 Vişvanatan Anand Vişvanatan Anand Vişvanatan Anand 15 2006 Vişvanatan AnandAleksander Morozeviç Vişvanatan Anand Aleksander Morozeviç 16 2007 Vladimir Kramnik Vişvanatan Anand Vladimir Kramnik 17 2008 Levon Aronyan Levon Aronyan Levon Aronyan Vladimir Kramnik Aleksander Morozeviç Veselin Topalov http://www.chessvibes.com/tournaments/lang_nlr11-vier-delen-1e-prijs-blindtoernooilang_nllang_enr11-four-share-1st-prize-blindfold-tournamentlang_en/ 18 2009 Levon Aronyan Vişvanatan Anand Levon Aronyan Qata Kamski Levon Aronyan Maqnus Karlsen Vladimir Kramnik 19 2010 Maqnus Karlsen Vasili İvançuk Maqnus Karlsen Vasili İvançuk Aleksandr Qrisçuk 20 2011 Levon Aronyan Maqnus Karlsen Levon Aronyan

1992 thumbnail|Vasili İvançuk ilk qalibdir. İlk dəfə turnir 1992-ci ilin 3-13 fevral tarixləri arasında Monakoda, Rokeprun-Kap-Martində dairəvi sistem üzrə keçirilmişdir. Bu zamana gözübağlı şahmat turniri keçirilməmişdir. İlk dövrəni məğlubiyyətsiz Vişvanatan Anand 8/11 xalla udmuşdur. Vasili İvançuk isə 7.5 xalla ikinci olmuşdur. Viktor Karçnoy 7 xal toplamışdır. Anand daha sonra 3 oyun uduzmuş və İvançuk qalib gəlmişdir. İvançuk 14 xalla birinci, Anand 13 xalla ikinci, Anatoli Karpov, Viktor Karçnoy və Lyubomeir Lyuboyeviç isə 12.5 xalla 3-cü olmuşdurlar. 15 yaşında turnirə qatılan Yudit Polqar 10-cu yeri tutmuşdur.

Turnir kitabları

Turnirlə əlaqədar ilk kitab 1992-ci ildə çap olunmuşdur. Erik Bouwmans; et al.,Melody Amber Rapid Chess Tournament, Schaaknieuws, 1992, ISBN 90-73216-08-7 1993-1998-ci illərdə hər il turnir kitabçaları çap olunmuşdur.

İstinadlar

Xarici keçidlər 2010-cu ildəki turnirin rəsmi saytı 2011-ci ildəki turnirin rəsmi saytı

Kateqoriya:Şahmat turnirləri