Düzkənd (1991-ci ildən Alvar) — Ermənistanın Şirak mərzinin Amasiya bələdiyyəsində yerləşən kənd. Tarixən Qars vilayətinin Qars qəzasına, 1930–1995-ci illərdə isə Amasiya rayonuna tabe olmuşdur.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002.
Tarixi Rayon mərkəzindən 13 km şimalda, Arpaçayın sağ sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.132, Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.90 qeyd edilmişdir. Amasiya rayonunda tarixən Düzkənd adında iki kənd olmuşdur: Böyük Düzkənd, Kiçik DüzkəndQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.20. XIX əsrin əvəllərində Böyük Düzkənd və Kiçik Düzkənd kəndləri birləşdirilərək Düzkənd kəndi kimi rəsmiləşdirilmişdir.
Toponimi Toponim Azərbaycan dilində "düzən, çöl, düzənlik", "eniş, yoxuşu, çuxuru olmayan yer" mənasında işlənən düz sözü iləYüzbaşov R. Azərbaycan coğrafiya terminləri (tədqiqlər), Bakı, "Elm", 1966. s.70Бушуева Е.Н. Словарь русской транскрипции географических терминов и других слов, встречающихся в топонимии Азербайджанской ССР, М., 1971. s.68Azərbaycan dilinin izahlı lüğəti, II c., Bakı, "Elm", 1980. s.168Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.195 qədim türk dilində "yaşayış yeri, şəhər" mənasında işlənən kənd sözününРадлов В.В. Опыт словарья тюркских наречий, т. II, ч.2, СПб, 1899. s. 1079–1080Древнетюркский словарь, Л., "Наука", 1969. s.290Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.270–271 birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan prezidentinin 19aprel 1991-ci il fərmanı ilə adı dəyişdirilib "Alvar" qoyulmuşdur.
Əhalisi Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kənddə qarapapaqların yaşadığı göstərilir. Kənddə 1886-cı ildə 348 nəfər, 1897-ci ildə 520 nəfər, 1908-ci ildə 636 nəfər, 1914-cü ildə 722 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.20–21, 104–105. 1916-cı ildən başlayaraq azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra azərbaycanlılar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 359 nəfər, 1926-cı ildə 402 nəfər, 1931-ci ildə 468 nəfər, 1970-ci ildə 516 nəfər, 1987-ci ildə 580 nəfərBayramov A. Qədim Oğuz ellərinin — Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin yer-yurd adları (toponimləri), Sumqayıt, 1996. s.168 yalnız azərbaycanlılar yaşamışdır. 1988-ci ilin noyabr-dekabr, 1989-cu ilin yanvar aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. 1988-ci ildə əhalisi tamamilə Azərbaycana qovulmuşdur. İndi ermənilər yaşayır. Arpaçayın sahilində düzənlikdə yerləşdiyinə görə Düzkənd adını almışdır.
İstinadlar
Kateqoriya:Ağbaba kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri