Paris-Dofin Universiteti () — Fransa Respublikasının paytaxtı Paris şəhərində yerləşən ali təhsil müəssisəsi;
Tarixi Paris-Dofin Universiteti 1968-ci ildə Paris Universitetində keçirilən islahatlar nəticəsində təsis olunmuşdur.Paris-Dofin Universiteti . banker.az, 20.02.2014
Məkanı Hazırda bu universitet Parisin qərbində, NATO-nun keçmiş qərərgahında yerləşir.
Tərkibi Universitetin tərkibinə Maliyyə İnstitutu və Riyazi Tədqiqatlar Mərkəzi daxildir. Universitetdə əsas diqqət tətbiqi riyaziyyat, informatika və idarəçilik sahələrində tədqiqatların inkişafına ayrılır.
Kontingenti Burada 10 min tələbə təhsil alır və təxmini 365 müəllim çalışır.
Reytinqi Paris-Dofin Universiteti iqtisadiyyat və 60 istiqamətdə idarəetmə sahəsində ən yaxşı ali təhsil müəssisələrindən biridir.
Tədris Universitetin Fransanın özəl və dövlət şirkətləri ilə sıx əlaqələri burada müəssisələrin maliyyələşməsi, maliyyə menecmenti, dövlət və bələdiyyə maliyyələri kimi fənlərin yüksək səviyyədə tədris olunmasına imkan yaradır. Bu fənlərin müəllimləri universitetin 23 tədqiqi mərkəzlərində fəal şəkildə araşdırmalar aparırlar.
Magistr proqramı Universitetdə maliyyə, bank işi və sığortalama üzrə magistr proqramları çox məşhurdular. Magistr proqramına əsas iqtisadi anlayışlar (marko və mikro iqtisadiyyat, təhlilin kəmiyyət üsulları) və həmçinin xüsusi fənlər (maliyyə təhlili, bank texnologiyaları və məhsulları, maliyyə idarəçiliyi, beynəlxalq maliyyələr və s.) daxildir.
Xarici əlaqələri Universitet dünyanın təxminən 90 ali təhsil müəssisələri ilə saziş bağlayıb.
Maraqlı faktlar 1994-cü ildə universitetin professoru Pyer Lui Lion "Filds medalı"na layiq görülmüşdü.
Şəkilləri
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Fransa universitetləri Kateqoriya:Parisdə təhsil Kateqoriya:1968-ci ildə yarananlar