Padua Universiteti ( - UNIPD) — İtaliya Respublikasının Padua şəhərində yerləşən ali təhsil müəssisəsi; Dünyanın ən qədim ali məktəblərindən biridir.Bəşarət Məmmədov, Dilrubə Bayramova. İtaliyanın təhsil sistemi , "Azərbaycan müəllimi" qəzeti, 13.01.2012, № 02.
Tarixi 1222-ci ildə yaradılmış Padua Universiteti İtaliyanın və ümumiyyətlə Avropanın ən qədim universitetlərindən biridir.Paris-Dofin Universiteti . banker.az, 20.02.2014 Həmin vaxt akedemik azadlıqlar uğrunda rəhbərliklə mübahisə yaşamış və bu səbəbdən Bolonya Universitetini tərk etmiş tələbə və müəllimlər tərəfindən Padua Universiteti yaradılmışdır. Universitet ilkin olaraq anatomik mərkəz kimi fəaliyyət göstərirdi; hansı ki, bura həmin dövrlərdə ictimai təzyiqlər altında insan bədənini öyrənən alimlər və rəssamlar üçün nəzərdə tutulmuşdu.
Universitet 1339-cu ildən 1813-cü ilə qədər iki təşkilata – "Universitas Artistarum" və "Universitas Iuristarum"a bölünmüşdü. "Universitas Artistarum"da mülkilik, hüquq və ilahiyyat, "Universitas Iuristarum"da isə astronomiya, dialektika, fəlsəfə, qrammatika, tibb və natiqliq sənəti tədris edilirdi. thumbnail|Girolamo Martinenqonun diplomu, 1582-ci il. Padua Universiteti İntibah dövründə əsas elm (astronomiya, tibb, hüquq) mərkəzlərindən birinə çevrilmişdir. Burada Covanni Piko della Mirandolla, Nikolay Kuzanus, Nikolay Kopernik, Pietro Bembo, Torkvato Tasso, Qalileo Qaliley, Andreas Vezali kimi dahilər təhsil almış və müəllimlik fəaliyyəti ilə məşğul olmuşlar. 1678-ci ildə dünyada ilk dəfə qadın – Yelena Kornaro Piskopiya fəlsəfə üzrə doktorluq dərəcəsi əldə etmişdir.
XIX-XX əsrlərdə universitetdə desentralizasiya tendensiyaları müşahidə edilmiş və Paduanın sərhədlərindən kənarda laboratoriya və kampuslar yaradılmışdı. 8 fevral 1848-ci ildə 1848-1849-cu illərin inqilabı zamanı tələbələrin Avstriya hökmranlığına qarşı üsyanı baş verir. Bunun nəticəsi olaraq universitet 1850-ci ilə qədər bağlı qalmışdır. 1995-ci ildə isə universitetə müstəqillik verən yeni nizamnamə qəbul edilmişdir.
Simvolları Universitetin devizi belədir:
Fakültələri Hazırda universitetdə 13 fakültə var (2014): Humanitar elmlər; Fəlsəfə; İqtisadiyyat; Mühəndislik; Hüquq; Fizika-riyaziyyat; Tibbi cərrahlıq; Əczaçılıq; Kənd təsərrüfatı; Psixologiya; Politologiya; Statistik; Veterinar.
Xarici əlaqələri Hələ orta əsrlərdə burada bütün Avropadan gələn tələbələr təhsil alırdı və "milliyyətlərə" bölünürdülər.
Universitetin rəhbəri Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun İcraedici Şurasına daxildir.Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun növbəti iclası Malayziyada keçirilmişdir . xalqqazeti.com, 14.02.2013 Azərbaycan Turizm İnstitutunun nümayəndələri Ərzurumda keçirilən beynəlxalq tədbirlərdə iştirak etmişlər. tourism.edu.az
Koimbra qrupunun üzvüdür.
Reytinqi + "Academic Ranking of World Universities"dəki yeri: 2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014 2015 152-200153-201153-202151-200151-202152-200152-200151-200151-200151-200151-200151-200151-200
Şəkilləri
Məzunları Stanislav Ojexovski Həmçinin bax
Anatomik teatr
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İtaliya universitetləri Kateqoriya:1222-ci ildə yarananlar Kateqoriya:Koimbra qrupu