Hunlar — IV–VI əsrlərdə Mərkəzi Asiyada, Qafqazda və Şərqi Avropada yaşamış köçəri xalq. Avropa ənənəsinə görə, onlar ilk əvvəllərdə Volqa çayının şərqində, yəni o dönəmdə Skitiya adlandırılan yerlərdə yaşamışlar. Hunların qərbə doğru köçmələri ariyanlardan hesab edilən Alanların qərbə doğru yürüşü ilə əlaqələndirilir. 370-ci ildən etibarən Hunlar Volqa sahillərinə gəldilər və 430-cu ildə Avropada özlərinin böyük, lakin qısaömürlü dövlətlərini qurdular. Hunlar tədricən Qotları və Roma sərhədlərindən kənarda yaşayan bir çox digər german tayfalarını özlərinə tabe etdilər, yerdə qalanları isə Roma sərhədləri daxilinə miqrasiya etməyə məcbur oldu.
Hunlar, xüsusən Attilanın rəhbərliyi altında tez-tez Şərqi Roma imperiyası üzərinə dağıdıcı yürüşlər həyata keçirdilər. 451-ci ildə onlar Qərbi Roma imperiyasının əyaləti olan Qaulu ələ keçirdilər. Onlar buanı ələ keçirmək üçün romalılarla vestqotların birləşmiş ordusu ilə Katalaun döyüşündə döyüşmüdülər. 452-ci ildə onlar İtaliyanı ələ keçirdilər. Attilanın 453-cü ildə ölümündən sonra Hunlar artıq Roma üçün əsas təhlükə olmaqdan çıxdılqar və öz torpaqlarının çoxunu 454-cü ildə baş vermiş Nedao döyüşündən sonra itirdilər. Hunların varisləri və ya onların adlarına bənzər adlara IV–VI əsrlər boyunca Avropanın bir sıra yerlərində rast gəlinir. VIII əsrin əvvəllərinə qədər belə adlara Qafqaz bölgələrində də rast gəlinmişdir.
XVIII əsrdə fransız alim Jozef de Quiqnes hunlarla xionqnular arasında əlaqənin olmasını təklif etdi. Xionqnular e.ə. III əsrdən I əsrı qıdır Çinin şimalında yaşamışdılar. Quiqnesin zamanından etibarən alimlər bu əlaqəni sübut etmək üçün müxtəlif araşdırmalar etdilər. Məsələ mübahisəli olaraq qalır, lakin son arxeogenetik tədqiqatlar onların Monqolustandan Xiongnu mənşəli olduğunu, həmçinin skif və german xalqları ilə qarışdığını göstərir. Onların digər birliklərlə, məsələn İran və Cənubi Asiya Hunları ilə olan münasibətləri mübahisəlidir.
Hunların mədəniyyəti barədə az məlumat bilinməkdədir və onlarla assosiasiya edilən çox az sayda arxeoloji materiallar dövrümüzə gəlib çatmışdır. Onların tunc qazanlardan istifadə etdikləri və kəllə sümüklərinin süni deformasiyası həyata keçirdikləri güman edilir. Attilanın dövründəki Hun dininin təsviri yoxdur, lakin falçılıq kimi şeylərin olduğu təstiqlənmişdir və şamanların mövcudluğu ehtimal edilməkdədir. Hunların özlərinə məxsus dillərinin olması bilinsə də, bu dildən yalnız 3 söz və şəxs adları dövrümüzə qədər gəlib çatmışdır.
İqtisadi olaraq Hunlar köçəri həyat tərzi sürmüşlər. Onların Roma dünyası ilə əlaqəsi artdıqca, onların iqtisadiyyatı xərac, basqın və ticarət yolu ilə Roma ilə getdikcə daha çox bağlandı. Güman edilir ki, Avropaya daxil olan zaman Hunların vahid dövləti olmamışdır, lakin romalılarla müharibələr genişləndikcə Hunlar da vahid tayfa hakimiyyətini formalaşdıra bilmişlər. Hunlar müxtəlif dillərdə danışan xeyli sayda xalqlara hakimlik etməkdə idilər, onlardan bəzilərinin öz hökmdarları da var idi. Hunların rəqiblərini məğlub etməkdə istifadə etdikləri əsas hərbi taktika atlı oxçuluq idi.
Hunların Xalqların böyük köçünə yol açdıqları güman edilir. Bu köç nəticəsində Qərbi Roma imperiyasına son qoyulmuşdur. Hunların xatirəsi müxtəlif xristian müqəddəslərin həyat hekayələrində də yaşadılmışdır. Bu hekayələrdə Hunlar mənfi obraz kimi təqdim edilmişlər. Qədim german qəhrəmanlıq dastanlarında da Hunlardan bəhs edilmişdir. Bu dastanlarda onlardan həm mənfi, həm də müttəfiq kimi bəhs edilmişdir. Macarıstanda macarların orta əsr xronikalarına əsaslanan əfsana formalaşdırılmışdır. Bu əfsanəyə görə macarlar və sekellər Hunlardan törəmişlər. Hər bir halda, tarix elmi əsasən macarlarla hunlar arasındakı əlaqəni inkar edir. Avropadakı müasir populyar mədəniyyətdə hunlar tez-tez qəddarlıq və barbarlıqla assosiasiya edilir.
453-cü ildə Attilanın ölümündən sonra hunlar Roma üçün böyük bir təhdid olmaqdan çıxmış və Nedao döyüşündəki məğlubiyyətdən sonra keçmiş torpaqlarının böyük bir hissəsini itirmişlər. 469-cu ildə Attilanın oğlu Dengizikin ölümündən sonra hunların qəflətən yoxa çıxdığı düşünülürdü. Lakin bəzi alimlər iddia edir ki, xüsusən bulqarlar hunlarla yüksək dərəcədə davamlılıq göstərməkdədirlər. Hyun Cin Kim isə bildirir ki, Hun imperiyasının dağılmasından sonra ortaya çıxan 3 böyük german tayfaları — gepitlər, ostroqotlar və skirilər geniş bir şəkildə hunlaşmışdılar. O, hətta bu tayfaların hakimlərin yerli olmasından çox, Hun kökənli şəxslər olmasını daha yüksək ehtimal hesab edirş
Hun adının fərqli versiyaları Qafqaz bölgəsində uzun müddət qorunmuşdur. Burada özlərinə dövlət də quran hunların Azərbaycan türklərinin təşəkkülündə mühüm rol oynadığı düşünülür. Eyni zamanda, hunlar bəzi qumuq müəlliflər tərəfindən Şimali Qafqazın türk xalqlarından biri olan qumuqların əcdadı da hesab edilir.
Alimlər Qərbi Roma imperiyasının çökməsində hunların əsas məsuliyyət daşıya biləcəyini bildirirlər. Həmçinin hunlar birbaşa və ya dolayı yolla özlərindən sonra türk tayfalarının dörd əsr boyunca Avrasiya bozqırlarında hakim olmalarının təməllərini atmışdır.
Kökənləri Hunların kökəni və onların digər bozqır xalqları ilə əlaqələri hələ də qeyri-dəqiq olaraq qalmaqdadır.. Alimlər əsasən bildirirlər ki, Hunlar Mərkəzi Asiyada formalaşmışlar, lakin onlar kökən məsələsində yekdil fikir bildir bilməyirlər. Klassik qaynaqlar Hunların 370-ci ildə qəflətən Avropada peydə olmasını yazırlar. Əsasən Roma qaynaqları onları əvvəlki bozqır xalqları ilə əlaqələndirməkdədirlər. Roma müəllifləri Hunların özlərinin bir maralıın və ya inəklərinin ardınca gedərkən Kerç boğazını keçərək qotların ərazisi olan Krıma daxil olması hekayəsini təkrarlamaqdadırlar. Buradakı torpaqların yaxşı olduğunu görən hunlar bundan sonra qotlar üzərinə hücum etmişlər. Jordanesin Getica əsərində deyilir ki, qotlar hunları "murdar ruhların" və qotik cadugərlərin nəsli hesab edirdilər.
II əsr coğrafiyaçısı Ptolemey Avrasiya bozqırının qərb hissəsində yaşayan xalqların adını çəkərkən Χοῦνοι Xunnoi-larında adını çəkmişdir. O, bu tayfanın "Bastarn və Roksolan tayfalarının arasında" yaşadıqlarını yazmışdır. Zosimus tərəfindən qeyd edilən və 250-ci ildə Dunay çayının aşağı axarını ələ keçirdiyi iddia edilən Ουρουγούνδοι Ourougoúndoi (və ya Urugundi) tayfasının da Hun tayfası ola biləcəyi iddia edilmişdir. Çünki bu tayfanın adı Aqatia tərəfindən VI əsrdə Hun tayfalarından biri kimi adı çəkilən Βουρουγουνδοι Bourougoundoi-a bənzəməsidir. Bəzi tarixçilər isə bunun əksini iddia edirlər və qeyd edilnə tayfanın german kökənli olan Burqundi tayfası ilə eyniləşdirirlər. Tarixçi Maenchen-Helfen bu məsələ barədə bir və ya hər iki adın "Vurugundi" kimi erkən türk etnoniminə yaxın ola biləcəyini yazmışdır.
Xionqnu və hunlar adlandırılan digər xalqlarla əlaqələri Jozef de Quiqnesin XVIII əsrdə yazdıqlarından etibarən müasir tarixçilər IV əsrdə Avropada peydə olan hunları Mərkəzi Asiya həndəvərlərində yaşamış, orada müxtəlif torpaqları ələ keçirmiş (e.ə. III və eramızın II əsrlərində) xionqnularla əlaqələndirməyə başladılar. Xan sülaləsi tərəfindən darmadağın edildikdən sonra xionqnuların şimal qolu şimal-qərbə doğru geri çəkilmiş, bundan sonra da bəlkə onların varisləri Avrasiya bozqırları vasitəsilə miqrasiyaya başlamışdır. Bu iddiaya əsasən, hunlarla xionqnular arasında mədəni və genetik davamlılıq vardır. Alimlər həmçinin xionqnularla hunlar arasındakı əlaqədən başqa, Mərkəzi Asiyada fəaliyyət göstərən, adlarında hun sözü olan xalqlarla da əlaqənin olduğunu iddia edirlər. İran hunları adlanan bu xalqalra xüsusən xionitlər, kidarlar və eftalitlər daxildir.
Otto J. Maenchen-Helfen ilk müəllifdir ki, hun tarixinin araşdırılması üçün yazılıq qaynaqların yox, arxeoloji qaynaqların əhəmiyyətinin çox olmasını bildirmişdir. Maenchen-Helfenin əsərinin çap edilməsindən sonra xionqnuların hunların əcdadı olması fikri mübahisə qaynağına çevrildi. Buna əlavə olaraq, bir çox müəllif Avropa hunları ilə İran hunları arasında əlaqənin mövcudluğuna da şübhə ilə yanaşmağa başladı. Valter Pohl yazırdı:
Bozqırın böyük konfederasiyalarından heç biri etnik olaraq yekcins deyildi və eyni adlar müxtəlif qruplar tərəfindən prestij üçün və ya xaricilər tərəfindən həyat tərzinə, coğrafi mənşəyə görə onları tərif etmək üçün istifadə edilirdi […] Buna görə də, məsələn, H(s)iung-nu, eftalitlər və Atillanın hunları arasında şəxsiyyət və ya qan qohumluğu haqqında fərziyyələr aparmaq əbəsdir. Əminliklə deyə bilərik ki, hunların adı gec antik dövrdə çöl döyüşçülərinin nüfuzlu hakim dəstələrini təsvir edirdi.
thumb|270px|E.ə. I əsrdə xionqnuların və digər bozqır xalqlarının yerləşməsi.
Xüsusən Hyun Cin Kim və Etienne de la Vaissiere kimi alimlər tərəfindən aparılan son araşdırmalar hunların və xiongnuların bir və eyni olması fərziyyəsini yenidən gündəmə gətirdi. De la Vaissiere iddia edir ki, qədim çinlilər və hindlilər Xionqnu və Hun ifadələrini bir-birinin tərcüməsi kimi istifadə etmişlər və müxtəlif cür adlandırılan "İran hunları" bənzər şəkild xionqnularla əlaqələndirilməlidir. Kim inanır ki, hun ifadəsi ilkin olaraq etnik qrup yox, siyasi kateqoriya ifadə edir və iddia edir ki, Xiongnu və Avropa hunları, eləcə də Xiongnu ilə "İran hunları" arasında əsaslı siyasi və mədəni davamlılıq olmuşdur.
XX əsrin əvvəllərində alman sosioloqu Fridrix Hirth Çin salnaməsində, xüsusən də Wei Kitabındakı hissələri əsas götürərək hunlarla xionqnular arasındakı əlaqənin sübut edildiyini bildirdi. Hirthin əsəri bir çox alimi inandırmışdı və 1940-cı illərin əvvəllərinə qədər hunlarla xionqnuların eyni olduğu barədə konsensus əldə edilmişdi. Lakin 1945-ci ildə Otto J. Maenchen-Helfen Hirthin Çin salnamələrini səhv şərh etdiyini iddia etdi. Maenchen-Helfenin işi ilə "Hirth tezisinə əhəmiyyətli zərbə vuruldu". Maenchen-Helfen həmçinin o zaman mövcud olan arxeologiyaya və etnoqrafik əsaslara əsaslanan identifikasiyaya qarşı çıxdı. Maenchen-Helfen daha sonra bir neçə məqalədə və özünün ən mühüm əsəri olan "Hunların dünyası" (1973, ingiliscə:The World of the Huns) adlı əsərində Hunlarla Xiongnuları adlarına görə eyniləşdirən yeni nəzəriyyələrə şübhə ilə yanaşdı. Maenchen-Helfenin skeptisizmini görkəmli avrasiyaçı Denis Sinor da paylaşmaqdadır.
2009-cu ildə yazan Kristofer Bekvit Xiongnu və hunların qohum olmadığına dair "avrasiyaçılar arasında ümumi konsensusun" olmasına istinad edir. Bu konsensus iddiasına tarixçi Étienne de la Vaissière (2005 və 2015), tarixçi və dilçi Kristofer Atvud (2012), arxeoloq Toshio Hayaşi (2014), və tarixçi Hyun Jin Kim (2013 və 2015) tərəfindən etiraz edildi. Buna baxmayaraq, 2020-ci ildə yazan Alexander Savelyev və Choongwon Jeong təklif olunan əlaqənin "müasir elmdə yalnız məhdud dəstəyə" malik olduğunu qeyd edirlər.
Etimologiya Hun adı klassik Avropa qaynaqları olan yunanca və latinca əsərlərdə keçməkdədir. Yunan dilində yazılmış əsərlərdə bu ad Οὖννοι (Ounnoi), latın dilində yazılmış əsərlərdə isə Hunni və ya Chuni deyə keçməkdədir. Con Malalas onların adını əsərlərdə Οὖννα (Ounna) kimi oxumuşdur. Yunanca əsərlərdə adı keçən və bəzən hunlarla əlaqələndirilən bir digər söz də vardır — Χοὖνοι (Khounoi). Lakin bunun hunlarla əlaqəli olub-olmaması məsələsi mübahisəlidir. Ümumiyyətlə klassik əsərlərdə tez-tez hunlara onlarla əlaqəsiz olan və onlardan daha əvvəlki dövrlərdə yaşamış tayfaların adları ilə müraciət edilir. Bunlara misal olaraq massaget, skitlər (və ya skiflər), kimmerlər və s. kimi adlandırmaları göstərmək mümkündür.