Samaqar — İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı.
Haqqında Samaqar kəndi 1728-ci ilə aid mənbədə Xınzirək nahiyəsində qeyd olunmuşdur. XIX əsrin 70-ci illərində kəndin əhalisi ermənilərdən ibarət idi. 1978-ci ildə kənd ermənicə Qeqakert adlandırılmışdır. Əsli Sovməqar şəklindədir. Ərəbcə soymə (Azərbaycan dilində sovmə) "ibadətgah", "monastır", "ucu şiş tikinti", "minarə" və ərəb dilində qar-"mağara" sözlərindən ibarətdir.
Mənbə B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı, 1998.
Kateqoriya:Eçmiədzin qəzasının kəndləri Kateqoriya:Armavir mərzinin yaşayış məntəqələri