Fasih Əhməd Cəlaləddin Havafi (1375, Ruy ş. – 1442, Herat ş.)—teymurlular dövrü tarixçisi.
Həyatı Əmir Teymur və Teymurlular dövründə yazıb-yaradan Fasih Əhməd Cəlaləddin Havafi 28 sentyabr 1375-ci ildə Xorasan əyalətinin Xaf vilayətinin Ruy kəndində anadan olmuşdu. Təlim-tərbiyəsini mədrəsədə almışdı. 1405-ci ildə Səmərqəndə yönəlmişdi. 1415-ci ildə dönəminin nüfuzlu əmirlərindən Əlaəddin Əli Tarxanın, sonra Şahrux mirzənin yanında xidmət etmişdi.
Fasih Havafi həyatının əsas hissəsini Şahrux mirzənin oğlu Baysunqur mirzənin sarayında keçirdi. Divanda münşilik edirdi. Bəzi məlumatlara görə tarixçiliyə "Məcmuə ət-təvarix" adlı əsərlə başlamışdı. Bu əsər sonralar "Məcmuəi-Fasihi" kimi tanınmışdı.
Fasih Havafi 1442-ci ildə Herat şəhərində vəfat edib.
Əsərləri Havahi Fasih Əhməd b. Cəlaləddin Məhəmməd, Mücməl-i fasihi C.1. Tsh. ve thş: M. Fərrux, Kitabfuruş-i Bastan, Məşhəd- Tehran, 1341.
Xarici keçidlər Фасих ал-Хавафи. Фасихов свод / Пер. Д. Ю. Юсуповой. — Ташкент: Фан, 1980.
Kateqoriya:Tarixçilər Kateqoriya:İran tarixçiləri Kateqoriya:Xorasanda doğulanlar Kateqoriya:Teymurlular dövrünün sənətkarları Kateqoriya:Mərkəzi Asiya tarixi Kateqoriya:XV əsr tarixçiləri