Muğam üçlüyü — Azərbaycanın milli musiqi alətləri olan tar, kamança və qaval ifaçılarından ibarət klassik muğam triosu; Azərbaycan muğam dəstgahlarını icra edən ənənəvi sazəndələr ansamblıHəcər Babayeva. Azərbaycan muğamı . strategiya.az, 30.04.2013; xanəndə və sazəndə dəstəsi.Muğam Üçlüyü . mugam.musigi-dunya.az

Muğam üçlüyün ifa etdiyi vokal instrumental bütöv muğam dəsgahı adlanır. Dəsgah muğamın küll halında, yəni, onun dəramədinin, bütün şöbə və guşələrinin, eləcə də hər şöbənin təsnif və rəng, yaxud diringələrinin ardıcıl ifa olunması deməkdir. Muğam kompozisiyasına daxil olan şöbələr əsərin musiqi-poetik məzmununu müəyyənləşdirən improvizə reçitavit səpkili vokal melodiyalardan ibarətdir. Bunlar dəqiq ritmə malik mahnı və rəqs epizodları ilə əvəzlənir. Mahnı epizodları təsnif, rəqsinki isə rəng adlanır.

Quruluşu Muğam üçlüyü adından da göründüyü kimi üç nəfərdən ibarətdir. Bu dəstə yeganə çalğıçı üçlüyüdür ki, muğamlar bütöv, dəstgah şəklində, bütün incəlikləri ilə dinləyiciyə çatdırılır.Səadət Abdullayeva. AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRİ ANSAMBLLARI TƏSVİRİ SƏNƏTDƏ . azyb.net

thumbnail|left|250px|Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasına çəkilmiş XVI əsrə aid miniatürdə təsvir olunmuş muğam üçlüyüNizami Ganjavi, Khamsa, Khosrow and Shirin, 70tn of the XVI century, SPL, Dorn 341. f. 70 b.

thumbnail|250px|Qoşanağaranın da olduğu muğam dəstəsi – Bülbülcanın ansamblı, XIX əsrin axırları.

thumbnail|250px|Qoşanağaranın da olduğu muğam dəstəsi – Seyid Şuşinskinin ansamblı, 1916-cı il.

İlk dövrlərdə sazəndə dəstəsində tar, kamança və balabandan, təsnif və rəngləri ifa etdikdə isə dairə, qoşanağaradan istifadə olunurdu. Məşhur tarzən Mirzə Sadıq Əsəd oğlunun tar alətində apardığı yenidənqurma işlərindən sonra artıq gur səsli qoşanağaraya ehtiyac qalmır, bu, xanəndənin əlində tutduğu incə səsli qaval ilə əvəz olunur. Beləliklə, bu dəstə yalnız 3 nəfərdən ibarət olur. Bu dəstəyə tarzən, kamançaçı və xanəndə daxildir ki, həmin üçlük XIX əsrin ikinci yarısından başlayaraq ta bu günə qədər fəaliyyət göstərir. Onların Azərbaycan xalq musiqisinin inkişafında, muğam ifaçılıq məktəbinin yaradılmasında rolu misilsizdir.

Üçlüyün başlıca icraçısı qavalda çalan müğənni — xanəndədir. O, öz zövqünə və fərdi imkanlarına görə kompozisiya qurur. Daha doğrusu, dəstgaha hansı şöbələrə hansı guşələrin daxil edilməsi, onların həcmi, rəng və ya təsniflərin yerləşdirilməsini məhz xanəndə həll edir. Xanəndə muğamı oxuyarkən qavalı üzünə yaxınlaşdırır, səsinin dinləyicilərə yönəlməsini, rezonanslanmasının təmin edir. Rəng və təsniflərin ifası zamanı isə xanəndə tərəf müqabillərini və özünü qavalla müşayiət edir.

Üçlüyün ikinci iştirakçısı tarzən, çaldığı alət isə tardır. Tarzən, xanəndənin oxuduğu zaman, orqan punktu ilə müşayiət edər, nəfəsarası solo muğam parçaları çalır, yeni guşələrə modulyasiyalar edir. Dəstgahın icrası bir növ xanəndə ilə tarzənin dialoqundan ibarət olur. Çünki tar hər hansı guşəni əvvəlcə instrumental ifa edib, sonra yerini xanəndəyə verir. Muğam şöbələrilə növbələşən instrumental pyeslərdə isə tarzən yeganə solistdir. Tarzən gözəl ansambl duyumuna malik olmalı xanəndəni müşayiət etməklə yanaşı ona nə zaman nəfəsin dərməyə imkan verməyi, onun fərdi imkanlarını böyük həssaslıqla duymalıdır.

Üçlüyün son iştirakçısı yayla çalınan kamançanın funksiyası bir qədər məhduddur. Eyni zamanda xanəndəni və tarzəni müşayiət edən kamançaçı nəticə etibarilə mürəkkəb muğam ifadə tərzinin əmələ gəlməsinə xidmət edir. Bundan əlavə, tarın xanəndəni, kamançanın tarı təqlid etməsi musiqişünaslıq dilində ikiqat imitasiya deyilən mürəkkəb bir ifadə tərzini yaradır. Lakin kamança təkcə müşayiətçi deyil. Muğamın ən lirik, yanıqlı epizodlarında xanəndənin deklamasiya epizodlarından sonra kamançanın soloları insan səsi qədər ifadəli, təsirli səslənir.

İstifadə olunan musiqi alətləri Qaval – zərbli musiqi alətidir. Qaval bir üzünə balıq dərisi çəkilmiş dəyirmi ağac halqadan ibarətdir. Dairəşəkilli, eni 60–75 mm və diametri 350–450 mm olan sağanağın içərisinə dairə boyu xırda halqalar bərkidilir və onlar çalğı vaxtı səslənir. Muğam ifaçılığında geniş tətbiq olunur. Bir növ xanəndənin atributudur. Belə ki, xanəndə qavalda çalaraq, üçlüyün dəqiq ritmli musiqi epizodlarının ifasında iştirak edir. Buna görə də qaval aləti, bir növ xanəndənin atributuna çevrilmişdir.Azərbaycan muğamı . 09.05.2013

Tar – mizrabla çalınan simli-dartımlı musiqi alətidir. Onun səkkiz rəqəminə bənzər gövdəsi böyük və kiçik çanaqdan ibarətdir. Çanaqların üzü (yəni ön tərəfi) dəri ilə örtülür. Kiçik çanağa bərkidilən "qol"a — "qrif"ə heyvan bağırsaqlarından hazırlanmış iyirmi iki pərdə bağlanır. Tarın qolu üzərindən keçən simlər yuxarıdan "aşıq"lar vasitəsilə "kəllə"yə aşağıdan isə böyük çanağın altındakı xərəyə bağlanır. Muğam üçlüyündə tar aparıcı alətdir.

Muğam üçlüyündə istifadə olunan Azərbaycan tarı özünəməxsus quruluşa, konstruksiyaya və bədii-texniki imkanlara malikdir. Belə ki, 11 simli müasir Azərbaycan tarı, geniş səs diapazonuna və zəngin ifaçılıq imkanlarına malik alətdir. Təkrarsız tembr gözəlliyinə, tükənməz virtuoz imkanlara malik olan Azərbaycan tarı XIX əsrin II yarısında Sadıqcan adı ilə tanınan görkəmli el sənətkarı Mirzə Sadıq tərəfindən İran tarı əsasında təkmilləşdirilmişdir. O, İran tarının simlərinin sayını beşdən on birədək artırmış, gövdəsini yüngülləşdirib, diz üstdən qaldıraraq köksə sıxmış və Azərbaycan tarını yaratmışdır. Nəticədə alətin tembr və texniki imkanları xeyli artmışdır.

Kamança – simli-kamanlı musiqi alətidir. Azərbaycanın ən qədim musiqi alətlərindən biridir.Kamança . mugam.musigi-dunya.az Kamança Azərbaycan xalq çalğı alətləri arasinda yeganə yaylı alətdir. Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında adı çəkilmiş, Təbriz miniatür rəsm əsərlərində (Ağamirək İsfahani, Mir Seyid Əli) təsvir olunmuşdur. Kamança, əsasən, qoz ağacından düzəldilir. Bu alət şarabənzər gövdədən – kürəşəkilli çanaqdan, dairəvi qol, "aşıq"lar yerləşən kəllə hissədən və "şiş" adlanan dəmir mildən ibarətdir. Aşağı tərəfdən gövdəyə birləşdirilən metal dayaq kamançanın diz üstə qoyulub çalınmasına imkan yaradır. Metal dayaq həm də kamançanın qolları və gövdəsi üzərindən keçib gələn dörd simi aşağı tərəfdən saxlayır. Yuxarıdan isə simlər "aşıq"lar vasitəsilə kəlləyə bərkidilir. Kamançanın gövdəsinə ön tərəfdən dəri çəkilir. Çanağın üzü – membranı balıq dərisindən, ya da qaramal ciyərinin pərdəsindən çəkilir, qolu pərdəsizdir. Simləri kaman vasitəsilə səsləndirilir. Kaman — uclarına bir çəngə at tükü bağlanmış yayşəkilli ağac çubuqdur. Alətin ümumi uzunluğu 65–90 sm olur. Əvvəllər 1–3 simdən ibarət idi. Hazırda 4 simi var: kiçik oktavada "lya", birinci oktavada "mi, lya", ikinci oktavada "mi" səslənir. Diapazonu kiçik oktavanın "lya" — üçüncü oktavanın "mi" (bəzən solo) səsləri həcmindədir. İncə, həzin səsi var.

Məşhur üçlüklər 250px|thumbnail|Keçəçioğlu Məhəmmədin ansamblı Varşavada (1912-ci il). left|thumbnail|250px|Muğam üçlüyü – Segah İslamın ansamblı, Bakı, 1912-ci il. Soldan sağa: İslam Abdullayev, Şirin Salyanlı, Levon Qaraxanov. XIX əsrin məşhur tarzəni Mirzə Sadıq əvvəlcə kamançaçalan Ata Bağdagül oğlu ilə birlikdə Şərqin böyük müğənnisi Hacı Hüsünü müşayiət edir, sonra isə şuşalı xanəndə Məşədi İsinin üçlüyünə keçir.İradə Sarıyeva. Tarı diz üstdən sinəyə qaldıran virtuoz musiqiçi — Sadıqcan… "Bakı Xəbər" qəzeti. 26 noyabr 2014, səh. 15. 1880-ci ildə onu üçlüyün tərkibində Təbrizə – Nasirəddin şah Qacarın oğlu Müzəffərəddin Qacar Mirzənin toy məclisinə dəvət edirlər. Toyda çox sənətkarlar çalıb-oxuyur. Lakin Hacı Hüsü ən yaxşı xanəndə, Sadıqcan isə ən gözəl tarzən sayılaraq, fəxri "Şiri-Xurşid" ordeni ilə təltif olunur.

XX əsrin əvvəllərində Keçəçioğlu Məhəmmədin ansamblı məşhur muğam üçlüklərindən biri idi. Bu ansamblı hətta 1912-ci ildə Polşanın paytaxtı Varşavada çıxış etmişdir. Həmin vaxt onun ansamblı özündən başqa tarzən Qurban Primov və kamançaçı Saşa Oqanezaşvilidən ibarət olmuşdur. thumbnail|left|250px|Tarzən Qurban Primovun ustad xanəndə Cabbar Qaryağdıoğlu və kamançaçı Saşa Oqanezaşvili ilə birgə yaratdıqları üçlük thumbnail|250px|1930-cu illərdə Cabbar Qaryağdıoğlunun "Heyratı" muğamını oxuması (onu tarda Qurban Primov və kamançada Qılman Salahov müşayiət edir). Tarzən Qurban Primovun ustad xanəndə Cabbar Qaryağdıoğlu və kamançaçı Saşa Oqanezaşvili ilə birgə yaratdıqları üçlüyün fəaliyyətini də xüsusi qeyd etməliyik.Səadət Təhmirazqızı. Qurbansız qalan tarım . "Mədəniyyət" qəzeti, 3 noyabr 2010, səh. 12. Çünki 1905-ci ildən başlayaraq 20 ilə qədər fəaliyyət göstərən bu muğam üçlüyü onların yaradıcılığında xüsusi bir mərhələ olub. Bu üçlük nəinki Azərbaycanda və Qafqazda, hətta bütün Orta Asiyada tanınmağa başlayır.Məhərrəmova T. Azərbaycan musiqisinin atası Qurban Pirimov hamı üçün nümunə idi . "Kaspi" qəzeti, 28 avqust 2011, səh. 11. Onlar həmin fəaliyyəti dövründə məşhurlaşıb, müxtəlif ölkələrdə qastrol səfərlərində olub, ifaları qrammofon vallarına yazılıb. Bu mənada 1906–1916-cı illər ərzində Riqa, Varşava və Kiyev şəhərlərində "Potte", "Sport-Rekord", "Qrammafon" şirkətləri tərəfindən yazılan valları qeyd etmək olar. Onu da qeyd edək ki, Qurban Primov bu nadir lent yazılarında Cabbar Qaryağdıoğlundan başqa Keçəçioğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev, Ələsgər Abdullayev, Seyid Şuşinski kimi xanəndələri müşayiət edib.

1970-ci illərdə muğam üçlüyü yeni bir formatda meydana çıxmışdır. Belə ki, məşhur bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi Vaqif Mustafazadə 1977-ci ildə "Muğam" caz üçlüyünü yaratmışdır.Həmidə Nizamiqızı. "Sevil"in dörd gözəli . "Mədəniyyət" qəzeti, 9 dekabr 2011, səh. 12. Və ardınca bu üçlüyə rəhbərlik edərək Tallin və Tiflisdə keçirilmiş festivalların laureatı olmuşdur.

1987-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdində ilk muğam triosu yaradılmışdır ki, onun adı "Cabbar Qaryağdıoğlu adına muğam üçlüyü" idi.Cabbar Qaryağdı oğlu adına muğam üçlüyü . mugam.musigi-dunya.az Tərkibi xalq artistləri Möhlət Müslümov (tarzən), Fəxrəddin Dadaşov (kamançaçı) və Zahid Quliyevdən (xanəndə) ibarət idi. Sonrakı illərdə bu muğam üçlüyü bir çox xanəndələrlə işləmiş, dünyanın bir çox ölkələrində qastrol səfərlərində olmuşdur. Müxtəlif xanəndələri müşayiət edən üçlüyün ifasında xarici ölkələrdə bir sıra disklər buraxılmışdır.

1992-ci ildə ildə xanəndə Ağaxan Abdullayev, tarzən Zamiq Əliyev və kamançaçı Ədalət Vəzirov birlikdə "Zülfü Adıgözəlov adına muğam üçlüyü" yaratmışdır.Əliyev Zamiq Balarza oğlu (25.05.1950, Bakı) mugam.musigi-dunya.az Bu trio İranda, İraqda Məhəmməd Füzulinin 500 illiyi ilə bağlı YUNESKO-nun tədbirlərində çıxış etmişdir. 1997-ci ildən bu trioya Ağaxan Abdullayevin əvəzinə tanınmayan, tələbə qız Simarə İmanova daxil olmuş və onlar "Şərq bülbülü muğam üçlüyü" adı ilə çıxış etmişlər.Alim Nəbioğlu. Nə tez ötdü illərim, nə tez keçdi günlərim . "Olaylar" qəzeti, 21 may 2010, səh. 12. Üçlük 1997-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş "Şərq təranələri" festivalında iştirak edərək 46 ölkə musiqiçiləri arasında ən ali mükafat olan "Qran-Pri"yə layiq görülmüşdür. Üçlük uğurlu qələbəsiylə dünyaya Azərbaycan musiqisini bir daha tanıtdırır. Üçlüyün uğurlu çıxışı və parlaq qələbəsi münasibətilə o zamanki ölkə rəhbəri – Azərbaycan Prezidenti Heydər Əliyev qalibləri qəbul edir və onların hər üçü "əməkdar artist" fəxri adına layiq görülür.""Əməkdar artist" fəxri adının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 may 1998-ci il tarixli, 711 nömrəli Fərmanı . e-qanun.az Bundan sonra dövlət tədbirlərini bu muğam üçlüyü bəzəməyə başlayır. Muğam üçlüyü dövlət tədbirlərində öz layiqli yerini tutur və mütəmadi olaraq ölkə rəhbərliyi tərəfindən dəstəklənir.