+ İmitasiya Oyunu filminin aldığı mükafatların siyahısı center|300px Benedikt Kamberbetç filmdəki roluna görə müxtəlif mükafatlara layiq görülmüşdür. Mükafat & nominasiyalar Mükafat Qalib NominantAvstraliya Fİ MükafatıOskar mükafatıEkran Aktyorları GildiyasıAmerika Film RedaktorlarıAmerika Film İnstitutuAmerika Operatorlar CəmiyyətiSənət Rejissorları GildiyasıAfro-Amerikan Film Tənqidçiləri AssosasiyasıBritaniya Akademiya Film mükafatıEşvill Film FestivalıAspen Film FestivalıMərkəzi Ohayo Film Tənqidçiləri AssosasiyasıÇikaqqo Film Tənqidçiləri AssosasiyasıMükafatlar Dairəsi Cəmiyyətinin mükafatıTənqidçilərin Seçimi MükafatıDallas-Fort-Uort Film Tənqidçiləri AssosasiyasıEmpire mükafatıBritaniya Müstəqil Film MükafatıQızıl Qlobus mükafatıQothem mükafatıKapri Hollivud Film FestivalıÇikaqo Beynəlxalq Film FestivalıLas Veqas Film Tənqidçiləri CəmiyyətiLondon Film Tənqidçiləri DairəsiLondon Film Tənqidçiləri DairəsiLondon Film FestivalıLos Anceles İtaliya Film FestivalıMemfis İndi Film FestivalıMil Valli Film FestivalıKino Səs Redaktorları MükafatıABŞ Film Tənqidçilərinin Milli SovetiNyu-York Onlayn Film TənqidçiləriŞimali Karolina Film Tənqidçiləri CəmiyyətiOklahoma Film Tənqidçiləri DairəsiOnlayn Film və Televiziya AsossasiyasıPGA MükafatıPalm Sprinqs Beynəlxalq Film FestivalıFeniks Film Tənqidçiləri CəmiyyətiSan Diyeqo Film Tənqidçiləri CəmiyyətiSan Diyeqo Film FestivalıSan Fransisko Film Tənqidçiləri DairəsiSanta Barbara Beynəlxalqq Film FestivalıSan Fransisko Film Tənqidçiləri DairəsiPeyk mükafatıSaturn mükafatıSent-Luiz Getvey Film Tənqidçiləri AssosasiyasıSkotsdeyl Beynəlxalq Film FestivalıPeople's Choice AwardsTvin Sitis Film FestivalıUSC Skripter MükafatıUtah Film TƏnqidçiləri DairəsiVankuver Film Tənqidçiləri DairəsiVizual Effektlər Cəmiyyətinin MükafatıVaşinqton D.C. Area Film Tənqidçiləri AssosasiyasıAmerika Yazıçılar Gildiyasının MükafatıQələbə və nominasiyaların ümumi sayı İstinadlar "İmitasiya Oyunu" () — 2014-cü ildə rejissor Morten Tildumun Qrehem Murun Endryu Hudcsun “Alan Türinq:Eniqma” bioqrafik əsəri (əsər daha əvvəl BBC tərəfindən “Kodun sındırılması” tamaşası üçün adaptasiya edilmişdir) əsasında yazdığı ssenariyə uyğun olaraq çəkdiyi tarixi triller janrında olan ABŞ filmi. Filmdə aktyor Benedikt Kamberbetç İkinci Dünya müharibəsi zamanı alman hökumət və ordu başçılarının gizli yazışmalarını anlamaq üçün Eniqma maşınını sındırmağa çalışan Britaniya kriptoanalitiki Alan Türinq obrazını canlandırmışdır.
Filmin ssenarisi 2011-ci ildə ekranlaşdırılmamış ən yaxşı Hollivud ssenarilərinin ənənəvi Qara siyahısına salınmışdır. “The Weinstein Company” 2014-cü ilin fevralında Avropa Film Bazarında filmi əldə etmək üçün $7 milyon ödəmişdir ki, bu da ABŞ distribyutorluğu üçün ödənən ən böyük məbləğdir. Film Birləşmiş Krallıq kinoteatrlarında 14 noyabr, ABŞ-də isə 28 noyabrda təqdim edilmişdir.
İmitasiya oyunu həm gəlir, həm də tənqidçilərin mövqeyi baxımından uğur qazanmışdır. $14 milyon istehsal büdcəsi olan film 2015-ci ilin aprelinə kimi ümumilikdə $219 milyon gəlirlə 2014-cü ilin ən çox gəlirli müstəqil filmi olmuşdur. 87-ci Oskar mükafatlarının təqdim edilməsi mərasimində film Ən Yaxşı film, Ən Yaxşı Rejissor (Tildum), Ən Yaxşı Aktyor (Kamberbetç), İkinci dərəcəli rolda Ən Yaxşı Aktrisa (Kira Naytli) kateqoriyaları da daxil olmaqla ümumilikdə səkkiz kateqoriyafa mükafata namizəd göstərilmişdir. Film Ən Yaxşı Adaptasiya edilmiş Ssenari nominasiyasında Oskara layiq görülmüşdür. Film, 72-ci Qızıl Qlobus mükafatlarının təqdim edilməsi mərasimində beş, 21-ci Ekran Aktyorları Gildiyası mükafatlarının təqdim edilməsi mərasimində Ekran əsərində Ən Yaxşı Performans kateqoriyası da daxil olmaqla üç kateqoriyada mükafata namizəd göstərilmişdir. Ən Yaxşı Film və Ən Yaxşı Britaniya Filmi nominasiyaları da daxil olmaqla film doqquz nominasiyada BAFTA mükafatına namizəd göstərilmiş, 39-cu Toronto Beynəlxalq Film Festivalında isə Xalqın Seçimi Mükafatına layiq görülmüşdür.
LGBT vətəndaş haqqları təşkilatları və siyasi lobbiləşmə təşkilatı İnsan Haqqları Kompaniyası Türinqin irsini geniş ictimayətə çatdırdığına görə “İmitasiya oyunu” filmini yüksək qiymətləndirmişdir. Lakin, film bəzi tarixi hadisələrin dəqiq təsvir edilməməsi, Türinqin xasiyyətləri və əlaqələrinin düzgün çatdırılmamasına görə tənqid edilmişdir.
Benedikt Kamberbetçin yaratdığı Türinq obrazı xüsusi diqqət cəlb etmişdir. Filmin aktyor və yaradıcı heyəti həm də İnsan Haqqları Kompaniyası, geniş LGBT insan haqqları müdafiəçiləri heyəti və ABŞ lobbi təşkilatları tərəfindən yüksək dəyərləndirilmişdir. “Biz fəxr edirik ki, Alan Türinqin faciəvi həyat jekayəsini böyük ekranlara gətirən İmitasiya Oyunu filminin ulduzları və yaradıcı heyətini mükafatlandırmaq şərəfinə layiq görülmüşük.” deyə İnsan Haqqları Kompaniyasının prezidenti Çad Qriffin qeyd edir. Mükafatlar və nominasiyalar