Qaraqoyunlu hökmdarlarının siyahısı — Qaraqoyunlu tayfa ittifaqını idarə edən Baranlı sülaləsindən olan hökmdarların siyahısı. Baranlı sülaləsi mənşəcə oğuzların Yıva boyuna aid edilir. Qaraqoyunlular 11 hökmdar tərəfindən idarə edilmişlər. Ən çox hakimiyyətdə olan hökmdar Cahan şah olmuşdur. Onun hakimiyyət dövrü 1436–1467-ci illəri əhatə edir və ümumilikdə 31 il təşkil edir.

Qaraqoyunlular qüdrətli dövrlərində hazırkı Şərqi Anadolu, Azərbaycan, Suriya, İraq, İran, Rusiya və Gürcüstan ərazilərində hökm sürmüşlər. Ölkənin rəsmi mərkəzi əvvəlcə Ərciş, sonra isə Təbriz şəhəri olmuşdur.

Qaraqoyunlu hakimiyyətinin əsası Bayram xoca tərəfindən qoyulmuşdur. Cahan şahın 1467-ci ildə Səncəq döyüşündə Uzun Həsən tərəfindən öldürülməsindən sonra Qaraqoyunlular dağılma dövrünə qədəm qoydular. Ardınca Həsənəlinin və Yusif mirzənin öldürülməsi ilə Qaraqoyunlular süquta uğradılar və yerində Ağqoyunlular imperiyası yarandı.

Qaraqoyunlularda hökmdar thumb|250px|Qaraqoyunlular Qara Yusif dövründə

Qaraqoyunlularda saray, divan, qoşun təşkilatı, ayrı-ayrı əyalətlərin və şəhərlərin idarə quruluşu Elxanilər dövründə mövcud olmuş siyasi strukturun inkişaf etmiş forması idi. Qaraqoyunlularda hökmdar qeyri-məhdud hakimiyyətə malik idi. Rəsmi sənədlərdən, "fərman"lardan və zərb edilmiş "sikkə"lərin oxunuşundan məlum olur ki, Qaraqoyunlu hökmdarları "sultan" və ya "padşah" titulu daşımışlar. Vilayət hakimlərinin və divan üzvlərinin təyin edilməsi birbaşa hökmdarın əmri ilə həyata keçirilirdi. Hökmdarların verdikləri fərmanın və ya hökmün sərlövhəsində sultanın adı və ləqəbi, sonunda isə möhürləri vurulurdu. Qaraqoyunlu hökmdarı Cahan şahın 1458-ci ildə verdiyi bir hökmün sərlövhəsində "məğlubedilməz Cahan şah hökmümüz" sözləri yazılmış möhür vardı.

Hökmdarların siyahısı — Qaraqoyunlu xanədanlığının əsasını qoyan hökmdarlar. — müstəqilliyini hər hansı bir vilayətdə elan edib, bütün ölkə ərazisində hökmdar deyil.

Quruluş və bəylik dövrü Titul Ad Hakimiyyət illəri QeydlərBəyBayram xoca 1374–1378 Qara Mənsurun oğlu. Elxanilər dövründə Ərciş hakimi idi. 1350-ci illərdə, Elxanilərin süqutu dövründə, hakimiyyət boşluğundan istifadə edərək Vanı və Mosulu ələ keçirdi. XIV əsrin 70-ci illərinin sonunda Xoyu, Naxçıvanı, Ağkilsəni və Sürməli bölgəsini ələ keçirmiş və Cəlairi hökmdarına vergi ödəməkdən imtina etmişdir. XIV əsrin ikinci yarısında Ərətnalıları da məğlub edərək Ərzuruma qədər əraziləri Qaraqoyunlulara tabe etdi. XIV əsrin 70-ci illərinin sonunda sultan Hüseyn Cəlayır ilə mübarizədə məğlub olduğu üçün Cəlairilərə tabeliyini bildirmişdir. 1380-ci ildə vəfat etmişdir.BəyQara Məhəmməd 1378–1388 Bayram Xocanın qardaşı Qara Dursunun oğlu. 1382-ci ildə sultan Əhməd Cəlayıra qarşı qalxmış üsyanı yatırmağa kömək etdiyi üçün Əhməd Cəlayır Qara Məhəmmədin hakimiyyətini tanıdı. Həmçinin Qara Məhəmməd Əhməd Cəlayırın qızıyla evlənərək Cəlairilər ilə siyasi əlaqələrini möhkəmləndirdi. 1387-ci ildə Çapaqçur döyüşündə Əmir Teymurun qüvvələrini sıxışdıraraq geri çəkilməyə məcbur etdi. 1388-ci ildə Əmir Teymurun İrana qayıtmasından və Cəlairi əyanları arasındakı qarışıqlıqdan istifadə edərək Təbrizi ələ keçirdi. 1389-cu ildə Pir Həsən tərəfindən öldürüldü.BəyPir Həsən 1389–1391 Hüseyn bəyin oğlu. 1389-cu ildə Qara Məhəmməd üzərində qələbə çalsa da, Qaraqoyunlu əmirləri onun yox, Qara Məhəmmədin oğlu Misir xocanın ətrafında toplaşdılar. Daha sonra hakimiyyətə gələn Qara Yusif Pir Həsənə qarşı Mardin hakimindən və digər qonşu ölkələrin hökmdarlarından kömək istədi. Lakin Cəbər hakimi Döyər Salim bəyin müdaxiləsi ilə tərəflər arasındakı münaqişə sona çatdı. 1390-cı ildə Pir Həsən bəy öldü.BəyQara Yusif Əbu Nəsr 1389–1405 Qara Məhəmmədin oğlu. 1390-cı ildə hakimiyyətə gəlmişdir. 1392-ci ildə üsyana qalxmış Pir Həsən bəyin oğlu Hüseyni məğlub etdi. Həmin ildə Qara Yusif Qaraqoyunlu hakimiyyətini Təbrizdə yenidən bərqərar etdi. 1393-cü ildə Qara Yusif Əmir Teymurun Azərbaycana ikinci yürüşü səbəbindən Əhməd Cəlayır ilə mütəfiqlik əlaqələri qurdu. 1394-cü ildə baş vermiş Bağdad döyüşündə Əmir Teymur müttəfiqləri məğlub etdi. Qara Yusif 1395-ci ildə əks-hücuma keçərək Ərcişi və Avniki geri aldı. Əmir Teymurun sərkərdəsi Atlamışı əsir götürdü. 1399-cu Əmir Teymurun geri dönməsi ilə Qara Yusif Əhməd Cəlair ilə birgə Mosula çəkildi. Teymurun qarşısında duruş gətirə bilməyən müttəfiqlər Osmanlıya sığındılar. İldırım Bəyazid onları qəbul edərək sığınacaq verdi.Əmir Teymurun Qaraqoyunlu ərazilərini ələ keçirməsi(1400–1405)

İmperiya dövrü Titul Ad Hakimiyyət illəri QeydlərBəy padşah sultanQara Yusif Əbu Nəsr 1405–1420 1402-ci ildə İldırım Bəyazid və Əmir Teymur arasında baş vermiş Ankara döyüşündən sonra Qara Yusif Osmanlı topraqlarını tərk edərək yenidən Suriyaya qayıtmağa qərar verdi. Həmin ildə Qara Yusif və müttəfiqi Əhməd Cəlayır Məmlük sultanı Fərəcin əmri ilə həbs edildilər. Əmir Teymurun ölümündən sonra Məmlüklərin Suriya valisi Şeyx əl-Mahmudi Qara Yusifi azad etdi. 1406-cı ildə Qara Yusif və Əhməd Cəlayır Bağdadı ələ keçirdilər. Qara Yusifi qarşılamaq üçün Teymuri Əbu Bəkir 23 avqust 1406-cı Təbrizə daxil oldu. Oradan isə Naxçıvana yollandı. Həmin ildə baş vermiş Naxçıvan döyüşündə Qara Yusif Əbu Bəkiri məğlub etdi və irəliləyərək Təbrizə daxil oldu. Qara Yusif 1408-ci ilin 21 aprelində Sərdrud döyüşündə Teymuri Miranşahı da məğlub edərək Azərbaycanı ələ keçirdi. 1409-cu ilin 18 dekabrında sultan Əhməd Təbrizə elçi göndərərək Həmədan yaylağının ona verilməsini tələb etmişdi. Lakin Qara Yusif bu istəyi rədd etdi. Bu isə keçmiş müttəfiqlər arasında münasibətlərin pozulmasına gətirib çıxardı. 1410-cu ilin 30 avqustunda Təbriz yaxınlığında baş vermiş döyüşdə Əhməd Cəlayır məğlub edildi. Beləliklə, Bağdad mərkəz olmaqla Ərəb İraqı Qaraqoyunlular tərəfindən ələ keçirildi. 1412-ci ildə Qara Yusif üzərinə hərəkət edən şirvanşah Şeyx İbrahimin, müttəfiqi olan Şəki hakimi Seydi Əhmədin və Gürcü çarı I Konstantinin qüvvələri Kür sahilində baş tutmuş döyüşdə Qaraqoyunlular tərəfindən məğlubiyyətə uğradıldıldılar. Nəticədə Şirvan Qaraqoyunlulardan asılı vəziyyətə düşdü. Qara Yusif 1420-ci ildə Ucanda vəfat etdi. Dəfn olunduğu yer məlum deyil.Bəy padşah sultanPirbudaq 1410–1413 Qara Yusifin oğlu. Qara Yusif hakimiyyətini qanuniləşdirmək üçün vaxtilə Əhməd Cəlayırın oğulluğuna verdiyi oğlu Pirbudağı hökmdar elan etdi. Pirbudaq 1413-cü ildə vəfat etdi. Bundan sonra Qara Yusif xütbəni öz adına oxutdurub, Qaraqoyunlu səltənət taxtına əyləşdi.Bəy padşah sultanQara İsgəndər 1420–1429 Qara Yusifin oğlu. Qara İsgəndər 1421-ci ildə baş tutmuş Sincar döyüşündə Qara Yusifin ölümündən istifadə edərək fəallaşan Ağqoyunlu Qara Yuluq Osmanı məğlubiyyətə uğratdı. 1421-ci ilin avqustunda Teymuri sultan Şahruxla Qara İsgəndər arasında baş vermiş Alaşkerd döyüşündə Qaraqoyunlular məğlub oldular. Lakin döyüşdən sonra Şimali İraqa çəkilən Qara İsgəndər, Şahruxun Xorasana dönməsindən istifadə edərək Azərbaycanı yenidən ələ keçirdi. Qara İsgəndər 1422–1423-cü illərdə ona itaətsizlik edərək sultan Şahruxa tabe olan əmirləri cəzalandırmaq üçün yürüşlər etdi. Yürüşlər nəticəsində Bitlis hakimi Şərəfoğlu Şəmsəddin və yaxın adamı öldürüldü, Van hakimi Məlik Əhməd isə həbs edildi. Beləliklə, Van gölünün ətafı yenidən Qaraqoyunlu hakimiyyətinə tabe edildi. 1427–1428-ci illərdə Şirvana yürüş təşkil edildi. İsgəndər Şamaxını qarət etdikdən sonra Təbrizə çəkildi. 1429-cu ildə Qaraqoyunlular Əbhər, Qəzvin və Zəncana yürüşlər təşkil etdilər. Qaraqoyunlular üzərinə 2-ci yürüşə çıxan sultan Şahrux 1429-cu ildə Təbriz və Urmiya yaxınlığında baş tutmuş Səlmas döyüşündə İsgəndərin qüvvələrini məğlub etdi. Qara İsgəndər Ərzuruma çəkildi.Bəy padşah sultanƏbu Səid 1429–1431 Qara Yusifin oğlu. Sultan Şahrux geri qayıdarkən Qara İsgəndərin qardaşı Əbu Səidi özündən asılı şəkildə Qaraqoyunlu hökmdarı elan edərək, taxta əyləşdirdi. 1431-ci ildə Qara İsgəndər geri döndü, Əbu Səidi öldürdü və Təbrizi yenidən ələ keçirdi.Bəy padşah sultanQara İsgəndər 1431–1436 1435-ci ildə sultan Şahrux Azərbaycana 3-cü yürüşə başladı. O, 1436-cı ildə Qara İsgəndərin digər qardaşı Cahan şahı Qaraqoyunlu hökmdarı elan etdi və Herata döndü. Geri qayıdan Qara İsgəndər taxtını yenidən geri almağa çalışsa da Muğan valisi və Şirvan əmirləri ilə ittifaqa girən Cahan şah tərəfindən məğlub edildi və Əlincə qalasına çəkildi. Qara İsgəndər 1436-cı ildə Əlincədə oğlu Şahqubadın xəyanəti nəticəsində öldürüldü.Bəy padşah sultanƏmir İsfahan 1421–1445 Qara Yusifin oğlu. Əmir İsfahan 1410-cu ildə sultan Əhməd Cəlayıra qarşı Qaraqoyunlu ordusunun sol cinahına başçılıq etmişdir. Qara Yusifin ölümündən sonra Səəd tayfası tərəfindən Qaraqoyunlu taxtına namizəd kimi irəli sürülmüşdür. Bu əsnada Qaraqoyunlulara qarşı yürüşdə olan sultan Şahrux onun üzərinə qoşun göndərdi. Əmir İsfahan Şahruxa tabe olduğunu bildirdikdən sonra Teymuri qoşunu geri çəkildi. Qardaşı Qara İsgəndərin Azərbaycanda Qaraqoyunlu hakimiyyətini yenidən bərpa etməsindən sonra sultan Şahrux yenidən Azərbaycana yürüşə başladı. Teymurilər və Qaraqoyunlular arasında baş tutmuş Alaşkerd döyüşündə Qaraqoyunlu ordusunun sol cihanına başçılıq edirdi. Döyüşdə Qaraqoyunlular məğlub edildilər. Bundan sonra qardaşından ayrılan Əmir İsfahan Sultan Şahruxun Xorasana qayıtmasından istifadə edərək Naxçıvan ilə Təbrizi tutdu və müstəqil hakimiyyətə başladı. Ancaq Qara İsgəndərin üzərinə hərəkət etdiyi haqqında məlumat aldıqdan sonra Ərzuruma doğru geri çəkildi. 1433-cü ildə Hillə ilə Bağdadı ələ keçirdi və yenidən müstəqil hakimiyyətinə davam etdi. Əmir İsfahan təsir dairəsini genişləndirmək üçün Aqoyunlulara qarşı yürüş təşkil etsə də 1437-ci ilin yazında Həmzə bəy Bayandur tərəfindən məğlub edildi. O, 1445-ci ildə vəfat etdi. Ölümündən sonra tabeliyində olan ərazilər Cahan şah tərəfindən ələ keçirildi.Bəy padşah sultanCahan şah 1436–1467 Qara Yusifin oğlu. Cahan şah 1440–1444-cü illərdə Gürcüstana yürüş təşkil edərək Tiflisi tutdu. Mərkəzi hakimiyyətə tabe olmayan qardaşı Bağdad hakimi Əmir İsfahanın ölümündən sonra 1446-cı ildə Bağdadı özünə tabe etdi. 1460-cı ildə Cahan şah Səfəvi şeyxi Cüneydin üzərinə hücuma hazırlaşan şirvanşah I Xəlilullaha hərbi dəstək verdi. Həmin ildə baş tutmuş döyüşdə qızılbaşlar məğlub edildilər. Şeyx Cüneyd həlak oldu. 1447-ci ildə sultan Şahruxun ölümündən sonra Cahan şah Teymurilərin vassallığından imtina etdi. Həmin ildə Teymurilər üzərinə hücuma keçərək Sultaniyəni, Qəzvini və İsfahanı ələ keçirdi. 1452-ci ildə Teymurilərin müttəfiqi Ağqoyunluların üzərinə yürüş etdi. Nəticədə Ağqoyunlu Cahangir mirzə Qaraqoyunlu hakimiyyətini tanıdı və sülh müqaviləsi imzalandı. 1450-ci illərdə şərqi İrana yürüşlər edərək Fars və Kirman vilayətlərini tutdu. 1453-cü ildə Ağqoyunlu taxtını ələ keçirən Uzun Həsən qardaşı Cahangir mirzənin 1452-ci ildə Qaraqoyunlular ilə imzaladığı sülh sazişini qəbul etmədi. 1457-ci ildə Cahan şah Uzun Həsənin üzərinə Rüstəm bəyin başçılığı ilə qoşun göndərsə də, döyüşdə Qaraqoyunlular məğlub edildilər. Rüstəm bəy öldürüldü. Cahan şah 1458-ci ildə Cürcan, Xarəzm, Manqışlaq, Məşhəd, Nişapur və Qərbi Xorasanı ələ keçirdi. Həmin ildə Teymurilərin paytaxtı Herata daxil oldu. Lakin Qaraqoyunlu şahzadələrinin Azərbaycan və İraqda üsyan qaldırmaları səbəbindən Xorasanı Teymurilərə güzəştə gedərək Təbrizə qayıtdı. Üsyançı şahzadələrdən Həsənəli həbs olundu, Pirbudaq isə edam edildi. 1466-cı ildə Ağqoyunluları tabe etmək üçün hərəkətə keçdi. Ordusu ilə Vanda düşərgə saldı. Lakin qış fəsli olması səbəbindən çox itki verməmək üçün ordunu yaylağa göndərdi. Özü isə Muşda, Səncəq adlı yerdə yeni düşərgə saldı. Bu məlumatı aldıqdan sonra Uzun Həsən 1467-ci ilin noyabrında Cahan şahın düşərgəsinə hücuma keçdi. Hücum zamanı Cahan şah həlak oldu.Bəy padşah sultanHəsənəli 1467–1468 Cahan şahın oğlu. Atasının ölümündən sonra həbsdən çıxarılmış və rəqibi Hüseynəlini məğlub edərək 1468-ci ildə Qaraqoyunlu taxtına oturmuşdur.