Tarrakon (Tarraco/Colonia Tarraco) - İcpaniyada Aralıq dənizi sahillərində qədim şəhər (indiki Tarraqona şəhəri).
Haqqında Tarrakon şəhəri e.ə. 218-ci ildə romalılar tərəfindən işğal edilmiş və Yaxın İspaniya əyalətinin paytaxtı olmuşdur. Qay Yuli Sezarın hakimiyyəti dövründə burada Rma əyalətinin (Colonia Tarraco) əsası qoyulmuşdur. E.ə. I əsrin sonlarında Qalisiya ilə birləşdiriləndən sonra Tarrakon İspaniyası əyaləti adlandırılmışdır.
Kantabriya müharibələrini uğurla başa vuran Roma imperatoru Tarrakon şəhərində qış mövsümünü keçirmiş və qələbə münasibətilə şəhərdə çoxlu binalar tikdirmişdir.
İstinadlar
Kateqoriya:İspaniya Kateqoriya:İspaniyadakı ümumdünya irsi