Mübariz Zeynalov (d. 18 mart 1945, Kirovabad, Azərbaycan SSR, SSRİ – ö. 8 avqust 2015, Bakı, Azərbaycan) — Azərbaycan futbolçusu. "Neftçi"nin əfsanəvi 1960-cı illər nəslinin nümayəndələrindən biri.AFFA “bürünc” veteranı təbrik etdi . publika.az, 14.03.2015 Karyerası ərzində yarımmüdafiəçi mövqeyində çıxış etmişdir.
Həyatı Mübariz Zeynalov 1945-ci il martın 18-də Kirovabad şəhərində anadan olmuşdur.
Uşaq yaşlarından futbola böyük həvəsi olan Zeynalov bu idmanı o zamanlar doğma şəhərin daşlı, qəmbərli küçələrində öyrənib. 15-16 yaşlarında ikən qonşuluğunda yaşayan Ağa Abbasovun təklifi ilə onun oynadığı "Alüminium Zavodu" komandasında meydana çıxır.Aygün İlqarqızı. "II Taym" layihəsi: “Dedim ki, bu qız mənim qismətimdir” – Azərbaycanın Bolu – FOTOLAR . publika.az, 19.10.2013 Bir müddət orada oynadıqdan sonra onu 17 yaşında ikən "Dinamo" (Kirovabad) komandasının hazırlıq qrupuna götürdülər və bir il də orada oynayır. 1964-cü ildə komandanın əsas heyətinə qəbul edilir. 1965-ci ildə "Dinamo" "Klas B"-də çempion olaraq "A qrupu"na vəsiqə qazanır və Mübariz Zeynalov da SSRİ İdman Ustası adını qazanır.
1966-cı ildən "Neftçi"nin heyətində çıxış edir. 1968-ci ildə dizindən ciddi zədə alır və Moskvada əməliyyat olunur. Bu səbəbdən də 1 il oynamır. 1969-cu il mövsümünün yarısından yenidən oynamağa başlayır. Ümumilikdə "Neftçi"də 130-a yaxın görüş keçirmişdir.
Həmin vaxtlarda Kirovabadda Kənd Təsərrüfatı İnsitutunda oxuyurdu, amma onu oyunlar səbəbindən smesterlərə gedə bilmədiyi üçün təhsildən xaric etmişdilər. Elə bu vaxtlarda Bakıda yataqxana liftində təsadüfən Kirovabadın ikinci katibi Tofiq Kazımov ilə qarşılaşır. Hansı ki, o, institutlara nəzarət edirdi. Mübariz ona İnstitutdan çıxarıldığını deyir və ondan köməklik istəyir. Tofiq Kazımov bildirdi ki, onu instituta bərpa etmək çox asandır.
"Amma bir şərtim var. Gəl Kirovabadda oyna, səni İnstitutuna qaytarım və bir ev verəcəm".
Beləliklə 1972-ci ildə Kirovabada qayıdır, İnstitutun 3-cü kursuna bərpa edilir və iki il orada oynadıqdan sonra 1974-cü ildə 29 yaşında ikən futbolçu karyerasını başa vurur. Bu haqda sonralar o, belə demişdir:
"Bəzi şeylərə görə peşmanam. Karyeramı erkən bitirdiyimə görə, futboldan uzun illər kənarlaşdığıma görə peşmanam. Nə etmək olar, həyat davam edir, qismət belə imiş.".
1992-1993-cü illərdə Ruslan Abdullayev və Ağasəlim Mircavadovla birlikdə Azərbaycan milli futbol komandasında məşqçi, 1993-cü ildə "Kəpəz"də baş məşqçi kimi fəaliyyət göstərib.
Uzun bir müddət futboldan kənar qaldıqdan sonra, 2010-cu ildən AFFA-da seleksiyaçı-məşqçi kimi çalışmışdır.
Ömrünün sonunda – 31 mart 2015-ci ildənÇingiz Abdullayev "Neftçi"nin Müşahidə Şurasının sədri seçildi (ƏLAVƏ OLUNUB-2) (FOTO) . trend.az, 31.03.2015 "Neftçi" PFK-nın Müşahidə Şurasının üzvü idi.Azərbaycanın veteran futbolçusu vəfat etdi . qafqazinfo.az, 09.08.2015
Vəfatı Mübariz Zeynalov 2015-ci ilin avqust ayının 8-də vəfat etmişdir. O, uzun müddət müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasında vəfat etmişdir."Neftçi"nin bürünc heyətinə daha bir ağır itki . sportnet.az, 09.08.2015 Ömrünün son aylarda 2 dəfə ürəktutma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdir. Sonuncu dəfə veteran futbolçunun vəziyyəti ölümündən bir ay öncə pisləşmiş və o, komadan ayılmamışdır.
Ailəsi 1970-ci ildən nişanlı olmuş və karyerasını başa vurduqdan sonra 1974-cü ildə ailə qurmuşdur. Onların 2 qız və bir oğlu dünyaya gəlmişdir.
Uğurları SSRİ çempionatı "A qrupu": Bürünc medal (1): 1966 "Klas B": Qızıl medal (1): 1965
İstinadlar
Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycanlı futbolçular Kateqoriya:Azərbaycan Dövlət Aqrar Universitetinin məzunları Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Kəpəz PFK məşqçiləri Kateqoriya:SSRİ idman ustaları Kateqoriya:SSRİ futbolçuları