Kristofer Uolken (, ilk adı Ronald Uoken (); ) — amerikalı aktyor.
Öz nəslinin ən aktiv Hollywood aktyorlarından biri. Özünün də etiraf etdiyi kimi, ona təklif olunan rolların hər birini yeni bir təcrübə hesab edərək demək olar ki, heç vaxt rədd etmir. Son onilliklərdə hər il təxminən beş filmdə rol alır. Onun iştirakı ilə çəkilən filmlər Şimali Amerika prokatında 1.8 milyard dollardan çox gəlir əldə ediblər. Karyerası boyunca 100-dən çox filmdə rol alıb. Uoken "Yuxulu dərə", "Öldürməyə baxış" və s. kimi filmlərdə çoxsaylı mənfi və ya tanımaq istəməmə hissləri oyadan, cinayətkar dahilər, məşum mistik şəxsiyyətləri əks etdirə bacarmışdır.
Uoken 1940-cı illərin sonu və 1950-ci illərin əvvəllərində televiziya debütünü etmişdir, 11 yaşında, 1952-ci ildən 2009-cu ilə qədər televiziyada yayımlanan kult sayılan və ən uzun sürən "Yol göstərən işıq" adlı sabun operasında çəkilmişdir. Serialın mövcud olduğu 57 ili ərzində 18.262 bölüm buraxıldı, bu nailiyyət Ginnesin Rekordlar Kitabına daxil edildi. Uokenin özü iki il (1954–1956) ərzində Mayk Bauer rolunu oynamışdır və 15 yaşında teatr səhnəsində uğurla debüt etdi,
Aktyorluq sənətinin zirvəsi, rus mənşəli Amerika əsgəri Nik Çevotareviç rolunu oynadığı "Maral ovçusu" döyüş draması hesab olunur. Bu filmdə göstərdiyi performansa görə "Oskar" mükafatını almışdır. "Oskar"dan savayı "Bacarırsansa tut" filmində ikinci dərəcəli aktyor roluna görə BAFTA və ABŞ Kinoaktyorlar Gildiyası mükafatlarına layiq görülmüşdür. Aktyorun aktivində "Qızıl moruq" anti-mükafatına iki nominasiyası da var.
Həyatı Uolken, Nyu-Yorkda, Kuinsdə anadan olmuşdur. Atası alman, anası isə şotlanddır. Universitet təhsili almış, lakin məzun ola bilməmişdir. 1969-cu ildən bəri Gorgien Uolken ilə evli olan aktyorun uşağı yoxdur.
Filmoqrafiya Öldürməyə baxış Qarışqa Zed Yuxulu dərə
Kateqoriya:BAFTA mükafatı laureatları Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:ABŞ səs aktyorları Kateqoriya:Ən yaxşı ikinci plan kişi roluna görə Oskar mükafatı qalibləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Ginnesin Rekordlar Kitabına düşənlər Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:ABŞ televiziya aktyorları