Tülen adaları () və ya Suiti adaları — Xəzər dənizinin şimalında Manqışlaq körfəzi çıxışında yerləşən arxipelaq. İnzibati cəhətdən Qazaxıstanın Manqıstau vilayətinə daxildir. Ada əsasən gil və qum suxurları ilə örtülüdür. Aripelaqın ümumi sahəsi 130 km²-dir. Yarımsəhra bitkiləri yıyəlmışdır. Arxipelaqa 5 ada daxildir: Kulalı adası, Morskoy adası, Podqornıy, Novıy adası, Ribaçiy

Suiti adalarının ən iri adası Kulalı adasıdır. Onun sahəsi 68 km² təşkil edir. Balıqçılıq inkişaf etmişdir.

Tarixi 250px|left|thumb|Suiti adaları 1667-ci ilik yayında Stepan Razinin tərəfdarı olan 200 quldur Qurevdən (Atırau) Kulalı adasına qaçır. Adaya 2690 tüfəngçi, ağır artilleriya və 40 qayıqda hücum təşkil edilir. 1667-ci ilin 15 sentyabrında quldur kazak dəstəlirinin tikdikləri şəhərçik alınır.

XX əsrin əvvəllərində Kulali adasında suiti ovu həyata keçirilirdi. Üstəlik burada suiti piyini saxlayan anbarlar var idi. 1950-ci illərə qədər adada balıqçı qəsəbəsi var idi.

Kulalı adasında 1937-ci ildə meteoloji stansiya fəaliyyət göstərirdi. Hazırda isə Qazaxıstanın sərhəd xidmətinin postu vardır.

İstinadlar

Kateqoriya:Qazaxıstan adaları Kateqoriya:Xəzər dənizi adaları Kateqoriya:Asiyanın arxipelaqları