Türkmənbaşı körfəzi — Xəzər dənizinin şərqində, Türkmənistan sahillərində yerləşir.
Körfəz dənizdən Türkmənbaşı və Şimali Çələkən burnuları ilə ayrırır. Uzunluğu 46 km, eni 18 km, maksimal dərinliyi isə 5-6 metr təşkil edir. Sahilləri parçalıdır. Daxilində çoxlu kiçik buxtalar vardır. Suyunun duzluğu 13-16 ‰ təşkil edir. Körfəzin sahilində Türkmənbaşı limanı yerləşir.
Körfəzdən şərqdə Dərdcə yarımadası yerləşir. Yarımada öz növbəsində şimaldan Balxan körfəzi, cənubdan isə Şimali Çələkən körfəzini ayırır.
Mənbə
Kateqoriya:Xəzər dənizi körfəzləri Kateqoriya:Türkmənistan körfəzləri