thumbnail|SSRİ poçt markası Nikolay Semaşko (; ) — həkim, partiya və dövlət xadimi, SSRİ-nin səhiyyə sisteminin qurucularından biridir.

Həyatı Nikolay Semaşko Lipetsk vilayətində sadə pedaqoq ailəsində dünyaya gəlmişdir. 1891-ci ildə Yelets qimnaziyasında təhsil alır, daha sonra təhsilini Moskva Universitetinin tibb fakültəsində davam etdirir. 1906-cı ildə İsveçrəyə emiqrasiya olunub, Cenevrədə yaşayıb, harada ki, siyasətçi Vladimir Leninlə görüşüb. 1907-ci ildə Semaşko 2-ci Beynəlxalq Ştutqart Konqresində Cenevrə bolşevik təşkilatının nümayəndəsi olur. Tiflisdə izlənilən Sarra Raviçin Semaşkoya məktub göndərməsi səbəbilə həbs edilir (bəzi mənbələrə görə 377 gün). 1913-cü ildə o, Serbiya və Bolqarıstan sosial-demokratik hərəkatında iştirak edir.

Demək olar ki, müasir Rusiyanın ilk sovet komissarı Semaşko dünya ölkələrində istifadə olunacaq yeni tibb modeli yaradır. Oktyabr inqilabından sonra o, Moskva Sovetində tibb-sanitar şöbəsinə rəhbərlik edir.

1918–1930-cu illərdə Semaşko Rusiyanın xalq səhiyyə komissarı olur. 1927-ci O, qida institutunun yaradılması ilə bağlı məsələ qaldırır. Belə bir institut 1930-cu ildə Mərkəzi Dövlət Qida İnstitutu adı altında yaradılır.

Semaşko ömrünün sonunadək (1949-cu il) Rusiya tibbinə, o cümlədən, dünya tibb sahəsinə böyük töhfələr verir. 1949-cu ildə O, Moskva qəbirstanlığında dəfn olunur.

Xatirəsi Əvvəllər, indiki 1 saylı Bakı şəhər klinik xəstəxanası Semaşko adlandırılırdı.

İstinadlar Kateqoriya:Rusiya həkimləri Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:"Lenin" ordeni ilə təltif edilənlər Kateqoriya:Marksistlər Kateqoriya:Rusiya inqilabçıları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Novodeviçye qəbiristanlığında dəfn olunanlar

Kateqoriya:ÜİK(b)P-nin XVI qurultayının nümayəndələri Kateqoriya:ÜİK(b)P-nin XV qurultayının nümayəndələri Kateqoriya:ÜİK(b)P-nin XIV qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin XIII qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin XII qurultayının nümayəndələri Kateqoriya:Əmək qəhrəmanları Kateqoriya:RK(b)P-nin XIII konfransının nümayəndələri Kateqoriya:Köhnə bolşeviklər Kateqoriya:RK(b)P-nin X qurultayının nümayəndələri Kateqoriya:Rusiya imperiyası həkimləri Kateqoriya:RSDF(b)P-nin VI qurultayının nümayəndələri