Namik Kamal (; ) — Türkiyə şairi, jurnalist, nasir, tərcüməçi və ictimai xadim. Tənzimat ədəbiyyatının əsas nümayəndələrindən biri. "Gənc osmanlılar" cəmiyyətinin yaradıcılarından və rəhbərlərindən biri. Dərc etdiyi qəzetlər ("Azadlıq", London, 1863–1870; "Təlimat", İstanbul, 1872–1873) Türkiyədə konstitusion fikirlərin yayılmasında böyük rol oynamışdır. 1876-cı il ilk türk konstitusiya layihəsinin hazırlanmasında iştirak etmişdir. Mədəniyyətdə Avropa istiqamətinin tərəfdarı olmuşdur. 1865-ci ildə İbrahim Şinasinin mühacirətindən sonra "Təsviri-əfkar" qəzetini nəşr etməya başlamışdır. Namik Kamal türk romanının banilərindəndir. "Əli bəyin sərgüzəştləri" (1876), "Cəzmi" (1880) kimi romanlar onun qələminə aiddir. İlk dramı olan " Vətən yaxud Silistrə" (1873) əsəri Krım müharibəsi (1853–1856) ərəfəsindəki hadisələri əks etdirir. Müəllifə uğuru əsərin hökumət əleyhinə yazılması gətirib və bu səbəbdən yazıçı 38 ay müddətinə Kiprdəki Maqoz qalasında azadlıqdan məhrum edilib. Zindanda olarkən Namik Kamal "Zavallı uşaq" (1873), "Akif bey" (1874), "Gülnihal" (1875) əsərlərini yazmışdır. "Cəlaləddin, Xarəzm şahı" (1885) dramı monqol işğalına qarşı mübarizəyə həsr olunmuşdur.
İstinadlar
Kateqoriya:Türkiyə yazıçıları Kateqoriya:Türk yazıçılar Kateqoriya:Namiq Kamal Kateqoriya:Türkçülər Kateqoriya:Osmanlı tarixçiləri Kateqoriya:Osmanlı şairləri Kateqoriya:Türkiyə şairləri Kateqoriya:Türkiyə tərcüməçiləri Kateqoriya:Osmanlı siyasətçiləri Kateqoriya:XIX əsr dramaturqları Kateqoriya:XIX əsr şairləri Kateqoriya:XIX əsr yazıçıları Kateqoriya:Türkiyə jurnalistləri