Lissabon Universiteti () — Portuqaliyanın paytaxtı Lissabon şəhərində yerləşən ali təhsil müəssisəsi. Ölkəsinin ən böyük ali məktəbidir.

Tarixi Hazırda mövcud olan Lissabon Universiteti Lissabonun iki keçmiş dövlət ali məktəbinin birləşməsi nəticəsində yaradılmışdır. Belə ki, 1911-ci ildə yaradılmış Lissabon Universiteti ilə 1930-cu ildə yaradılmış Lissabon Texniki Universiteti birləşərək 2013-cü ildə yeni ali məktəb yaratmışlar. Qeyd edək ki, birləşmə prosesi 2011-ci ildə başladılmış və 31 dekabr 2012-ci ildə qanuniləşdirilmişdir. 2013-cü ildən yeni Lissabon Universiteti fəaliyyətə başlamışdır.

Sələfləri Lissabon Universiteti (1911–2013) Lissabon Texniki Universiteti (1930–2013)

Fakültələri Universitetdə 8 fakültə fəaliyyət göstərir: Hüquq fakültəsi Fizika fakültəsi Tibb fakültəsi Ədəbiyyat fakültəsi Əczaçılıq fakültəsi İncəsənət fakültəsi Diş həkimliyi fakültəsi Psixologiya və təhsil fakültəsi

Xarici əlaqələri Liman Şəhərlərinin Universitet Liqasının üzvüdür.Member Universities (As of 2014) . pul.ynu.ac.jp

Reytinqi 2014 və 2015-ci illərdə "Academic Ranking of World Universities"dəki yeri 201-300-cü sıralar olmuşdur.

Şəkilləri

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Portuqaliya universitetləri Kateqoriya:Lissabonda təhsil Kateqoriya:2013-cü ildə yarananlar