San Paulu Universiteti () — Braziliyanın San-Paulu şəhərində yerləşən ali təhsil müəssisəsi.
Tarixi San-Paulu Universiteti 1934-cü ildə yaradılmışdır. Həmin dövrdə buraya Avropanın yalnız məşhur professorlarını işə götürürdülər.Misir Mərdanov. Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. "525-ci qəzet", 20 mart 2009, № 52, səhifə 10-11.
Fəaliyyəti Hazırda bu universitet Braziliyanın ən tələbkar universitetidir. Burada hər il ABŞ-nin istənilən universiteti ilə müqayisədə daha çox elmlər doktoru yetişdirilir. Lakin Dünyanın ən zəngin universiteti olsa da, öz vəsaitlərindən səmərəli istifadə edə bilmir. Beynəlxalq elmi işçilər birliyi ilə az əməkdaşlıq edir. Fəaliyyəti əsasən ölkənin daxili tələbatının ödənilməsinə yönəlmişdir.
Tədris Tədris yalnız portuqal dilində aparılır.
Kontingent Tələbələrinin əksəriyyəti San-Paulu ştatının sakinləridir, yalnız 3%-i əcnəbilərdir. Müəllimlərinin əksəriyyəti isə həmin universitetin məzunlarıdır. Əcnəbilərə burada müəllimlik etmək və xarici dildə doktorluq dissertasiyası müdafiə etmək qadağan edilmişdir.
Xarici əlaqələri Liman Şəhərlərinin Universitet Liqasının üzvüdür.Member Universities (As of 2014) . pul.ynu.ac.jp
Reytinqi CWUR 2015 reytinqində Braziliya üzrə 1-ci, Dünya üzrə isə 132-ci pillədə olmuşdur.CWUR 2015 - Brazil . cwur.org + "Academic Ranking of World Universities"dəki yeri: 2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014 2015 152-200153-201101-152102-150102-150101-151101-151101-150102-150101-150101-150101-150101-150
Şəkilləri
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Braziliya universitetləri Kateqoriya:San-Pauluda təhsil Kateqoriya:1934-cü ildə yarananlar