Vasili Konstantinoviç Maqnitski (3 mart 1839 – 4 mart 1901) — Rusiya türkoloqu.

Həyatı Vasili Konstantinoviç Maqnitski 1839-cu ildə anadan olmuşdur. 1858–1862-ci illərdə Kazan Universitetinin hüquq fakültəsində təhsil almış, çuvaşların tarixi, etnoqrafiyası və arxeologiyası haqqında bir çox əsərlər yazmışdır. 1881-ci ildə yazdığı "Materialy k ob"jasneniju staroj cuvasskoj very" adlı əsərində çuvaşların qədim inanclarına aid maraqlı məlumatlar toplanmışdır. 1905-ci ildə "Cuvasskie jazyceskie imena" adlı kitabında çuvaşlar arasında istifadə olunan köhnə insan adlarından bəhs olunur.

Vasili Maqnitski 1901-ci ildə Yadrinskda 62 yaşında vəfat etmişdir.

Xarici keçidlər Kateqoriya:Türkoloqlar Kateqoriya:Rusiya etnoqrafları