274301 Vikipediya (müvəqqəti adları: 2008 QH24, 2007 FK34, 1997 RO4) — asteroid qurşağında yerləşən asteroid. 2008-ci ilin avqustunda Ukraynada yerləşən Andruşevka rəsədxanası tərəfindən kəşf edilmişdir. 2013-cü ilin yanvarında asteroidə onlayn ensiklopediya olan Vikipediyanın adı verilmişdir.
Kəşfi thumbnail|left|Andruşevka rəsədxanası. Asteroid Ukraynanın yeganə özəl rəsədxanası olan Andruşevka rəsədxanasının astronomları tərəfindən kəşf edilmişdir. Bu rəsədxana 2003-cü ildən bu yana 90-dan çox asteroid kəşf etmişdir. Astronomlar asteroidi 2008-ci ilin 25 avqustunda, saat 22:47-də (UTC) müşahidə ediblər. Asteroid növbəti gecə də müşahidə edilmiş və ona müvəqqəti olaraq 2008 QH24 adı verilmişdir. 6 sentyabrda rəsədxananın işçiləri asteroidin orbitini dəqiqlikdə hesabladılar. Aparılan araşdırmalar bu asteroidin daha əvvəl ODAS (Fransa), Lemmon Dağı Müşahidə Sahəsi və Stüard rəsədxanası (hər ikisi Arizona, ABŞ) tərəfindən müşahidə olunmuş 1997 RO4 və 2007 FK34 asteroidləri ilə eyni olduğunu göstərmişdir. 2011-ci ilin aprelində asteroidə 274301 nömrəsi verilmişdir. Asteroidin quruluşu öyrənilməyib, lakin asteroid qurşağında yerləşən digər asteroidlər kimi metal və qayadan ibarət olduğu fərz edilir.
Ad Səma cisimlərinə verilən adlarda məsul olan komitə tərəfindən verilən qərarla asteroidə "Vikipediya" adı verilmiş və 27 yanvar 2013-cü ildə bu haqda "Minor Planet Circular" jurnalında xəbər yerləşdirilmişdir. Bu adın verilməsinin təşəbbüskarı Vikimedia Ukraynanın üzvü Andrey Makuxa olmuşdur.
İstinadlar
Xarici keçidlər 274301 Vikipediya JPL Small-Body Database-də.
Kateqoriya:2008-ci ildə kəşf edilmiş asteroidlər Kateqoriya:Vikipediya Kateqoriya:Kiçik planetlər