Kvetta () — Pakistanın Bəlucistan əyalətinin mərkəzi.

Tarixi

Mahmud Qəznəvi 1001-1026-cı illərdə 17 dəfə Hindistana hücum etmişdi. Onun şimal və şimal-şərq torpaqlarını, yəni Kəşmir, Pəncab, Qucarat vilayətlərini Qəznəvi dövlətinə qatmış, Hindistandan çoxlu qənimət əldə etmişdi. Onun hücumları sırasında Kvettanın adı ilk dəfə çəkilir.

Böyük Moqollar sülaləsinin hökmdarı Sultan Hümayun 1543-cü ildə Kvetta şəhərində dincəlmişdi.

Mərkəzi Kvetta şəhəri olan Pakistanın Belucistan əyaləti Cənubi Asiyada ən qaynar nöqtələrdən biridir. Burada çoxlu sayda daxili və xarici ekstremist, "Əl-Qaidə" terror təşkilatının nümayəndələri yaşayırlar. Həmçinin ölkənin şimal-qərbində Qəbilə Zonası adlı yer yaradılıb. Artıq burada hökumət qanunları işləmir. Zonada yeddi "mini-dövlət" fəaliyyət göstərir. Zona terrorçuların sığınacaq yeri sayılır. Burada yaşayan taliblər bildirirlər ki, Pakistan və Əfqanıstan "islam normalarını pozurlar" və buna görə də onlara qarşı mübarizə gedir.

Coğrafiyası

Kvetta dəniz səviyyəsindən 1685 metr hündürlükdə yerləşir.

Əhalisi

Şəhərin illərə görə əhalisi: + 1961 1972 1981 1998 2012 106 633 158 026 285 719 565 137 842 410

Qalereya

İstinadlar

Həmçinin bax

Pakistan

Xarici keçidlər

QUETTA - Ketta şəhəri üçün rəhbər Şəhərin tarixi

Kateqoriya:Pakistan şəhərləri Kateqoriya:1876-cı ildə yaranan yaşayış məntəqələri Kateqoriya:Kvetta