— Yaponiya müğənnisi Alisa Mizukinin 11-ci sinqlı. 1996-cı ilin 20 aprelində özünün 3-cü albomu olan "Fiore II" albomunun 2-ci sinqlı kimi yayımlanmışdır. Sinqlın sözləri Çika Ueda tərəfindən yazılmışdır. Mahnıdan Yaponiyanın TV Asahi telekanalında yayımlanmış "Seylor Mun" animesinin 5-ci mövsümündə bağlanış mahnısı kimi istifadə olunmuşdur. Animedə bu sinqlın iki versiyası səslənmişdir: Takao Konişi tərəfindən qaydaya salınan ilkin versiyası (167-172-ci seriyalar) və Hiroyuki Otsuki tərəfindən qaydaya salınan hazırkı versiyası (173-199-cu seriyalar).

Hit paradlar

"Kaze mo Sora mo Kitto..." ilk həftəsində Oricon Weekly Singles hit-paradında 24-cü yerdə göstərilmiş və 14.130 nüsxəsi satılmışdır. Sinql hit-paradda 3 həftə qalmışdır və ümumilikdə 27.530 nüsxəsi alıcılarına qovuşmuşdur.

Mahnı siyahısı

Hit parad və satış

Hit parad (1996) Yüksəldiyiyer Satış Oricon Weekly Singles2427.530

İstinadlar

Xarici keçidlər Youtube linki. VikiMunda.

Kateqoriya:Sailor Moon Kateqoriya:1996-cı ilin sinqlları Kateqoriya:Alisa Mizuki mahnıları Kateqoriya:1996-cı ilin mahnıları Kateqoriya:Anime mahnıları